
- Qaqa, II Dünya müharibəsində Amerika Kitay ilə Çinə atom bombası atmışdı eee.
-Bəs Yaponiyadakı şəhərləri kim bombalamışdı?
-Qaqa, lap yadımdan çıxmışdı eee, amerikalılar Kitayı, Çini və Yaponiyanın iki şəhərini də viran günə qoymuşdular.
Bu “dialoq” 27 il əvvəl, məndən bir sinif aşağı oxuyan, adını açıqlamaq istəmədiyim özünü tarix “bilicisi” kimi göstərən tanışımın dilindəndir…
Bu söhbətimizdən uzun illər keçsə də, təəssüflər olsun ki, insanlarımız savadlanmaq əvəzinə daha da nadanlıq yuvasına baş vurdular. 27 il əvvəl yuxarıda qeyd etdiyim yeniyetmə cahillər bu gün orta yaşlı nəsli təmsil edərək cəmiyyəti cahillik epidemiyasına bürünməsində rol oynayırlar. Artıq bu tip ünsürlər özlərini feysbukda “intelektual”, instaqramda profillərini hərşeyşünaslıq üzrə alim kimi bəzəyir, tik-tokda “Herodot”luq edir, efirlərdə özlərini Aristoteldən, Sokratdan. Volterdən, Didrodan, Marksdan, Engelsdən, Rasseldən üstün “maarifçi”lər olduqlarını anqırırlar.
Azərbaycanda qəribə bir tendensiya yaranıb. İstənilən bir avatürist, şöhrətpərəst özünün gerizəkalılığını, bisavadlığını, nadanlığını gizlətmək üçün aşağıdakı mövzularla bağlı gopçuluq “eşq”inə düşürlər:
- Milliyyətçilik, türkçülük-turançılıq;
- Dindən və axirətdən dəm vurmaq (xurafatı yaymaq);
- I Respublika dövrünü tərifləmək (faktsız, yersiz, hədsiz);
- Rəsulzadə-Elçibəy sevdalılığı (yarınmaqlıq)
- Rusiyanı və rusları söymək, İranı və farsları lənətləmək (populistlik etmək);
- Demokratiya və liberalizmdən dəm vurmaq (maskalanmaq)
- Qadın azadlığı, feminizm, gender bərabərliyi, azad seks, LGBT-ni təbliğ etmək (diqqət çəkmək və ya hansısa qüvvələrin sifarişini yerinə yetirmək)
İş o yerə çatıb ki, adını yaza bilməyənlər, iki kəlmə sözü üst-üstə qoyub danışmaq gücündə olmayanlar, o cümlədən manqurt ilə mandarin, Ankara ilə Anqola, can ilə canan, orgiya ilə ordu, oraq ilə araq, minnət ilə minet, ananas ilə anal, Anubis ilə analinqus, Dəməşq ilə dəmək və digər bu kimi sözlərin anlamını, fərqini qanmayanlar cəmiyyətə tarixdən, fəlsəfədən, siyasətdən, müharibədən, beynəlxalq münasibətlərdən “dərs” keçir.
Bir məsələni də xüsusi vurğulayım ki, Azərbaycanın Rusiya və İranla münasibətlərdə iynənin ucu qədər də olsa, anlaşılmazlıq, soyuqluq yaranan kimi cahillər, populistlər, avantüristlər, rusafoblar, iranfoblar dərhal göbələr kimi baş qaldıraraq sosial şəbəkələri, çayxanaları, həyət-məhəllələri bürüyərək rəsmi Kreml ilə Tehranın ünvanına söyüşlər, təhqirlər yağdırmaqla yanaşı (bunu hardasa anlamaq olar) tarixdə mövcud olmayan absurdluqları dilə gətirirlər. Adətən “Rəsulzadə 100-120 il əvvəl rusları ifşa edib”, Elçibəy Vətənimizə Şimal və Cənubdan gələn təhlükələrə qarşı təkbaşına vuruşub”, “Vətən, millət, Sakarya”, “rusların başını əzməliyik”, “İranda molla rejiminə son qoyub, o taylı, bu taylı birləşməyimizə sayılı günlər qalır”, “dünyaya birdə Rəsulzadə-Elçibəy qüdrətində dahilər gəlməyəcək” və s. bu kimi şüarlarla gücənirlər…
Bu yaxınlarda “Mübarizlər Təşkilatı Vətənpərvərliyin Təbliği İctimai Birliyinin” və “Regional Sosial Təşəbbüslərə Dəstə İctimai Birliyinin” (adın uzunluğu ilə Marsa gedirlər) rəhbər heyəti sırasında yer alan, dövlətçik, xalq birliyi, tarixi təhriflərin yolverilməzliyindən (özü təhrifdə və yalanları tirajlayan avanqartlardan ola-ola), dürüstlükdən dəm vuran və dünənə kimi Elçibəydən sitat gətirməyə ehtiyat edən Gülnar Nəsibli Rusiya ilə İran arasında müəyyən gərginliklərdən “ehtiras”lanaraq saqqalı prezidentin populist çıxışlarla “zəngin” video çarxı paylaşaraq yazıb:
“Bəyin bu videosunu paylaşıb, istehza və rişxənd edirsiz. Adamın səmimiyyətinə inanmaq və yaxud inanmamaq sizin işinizdir. Bəlkə lider ola bilmədi. Fərqli ideologiyaların və çox sayda millətlərin olduğu coğrafiyada dövlətçilikdən çox, milliyyətçilik elədi. Bəli, pərakəndə, dağınıq dövlətdə zamanlama olaraq Türkçülük ideologiya olaraq düzgün siyasi gediş olmadı. İstədiyi dəstəyi, türk dövlətlərindən ala bilmədi. Amma heç biriniz deyə bilməzsiz ki, düzgün adam deyildi. Bu ölkə, onun qədər ikinci sadə birini görmədi”.
QHT rəsmisinin paylaşımındakı populizmi, savadsızlığı və yalanları ifşa edib cavablandırmadan əvvəl, onu da xüsusi vurğulayım ki, madam Nəsiblini 2 ildən çoxdur tanıyıram (istər virtual, istərsə də real həyatdan), insan olaraq nə qədər nöqsanları, qüsurları olsa da, bir çox “kişi”lərdən daha qoçaq, mərd, xeyirxahdır. Aramızda da şəxsi zəmində kin-küdrət, ədavət, düşmənçilik yoxdur. Amma və lakin…
Mövzumuzun uzunsaçlı “qəhraman”ının şöhrətpərəstlik “eşqi” dombalanda mərhum İlhamə Quliyevanı da ofsaytda saxlayaraq ağzına gələni püləyir. Üstəgəl Gədəbəyli zənənin ətrafındakıların da əksəriyyəti bir barmağa məlhəm olmayan, sosial şəbəkələrdə “turançılıq”, “türkçülük”, “revanşizm” ulayan və real həyatda bir xeyirə (ağır söz demirəm) yaramayan, mənfəətgüdən ikiayaqlılardır. Başda “ülyahəzrət” Gülnar olmaqla “intelektual” dostlarının tarix və şəxsiyyətlərlə bağlı sayaqlamalarına qarşı faktları güzgü kimi qoyanları rusofil, rusbaş, Putin sevdalısı, rusa satılan, xain, oğraş, şərəfsiz (var-yoxlarının layiq olduqları küçə söyüşlərini uzunçuluq edib qeyd etmirəm) yarlıqlarını yapışdırır və “görüş”ə də dəvət edəndə doşan vəziyyətinə gəlib “qara siyahı”ya (blok etməyə) sığınmaqdan başqa əllərindən nəsə gəlməyən gədələr və qancıqlardır. Bu məsələdə faciə və komiklik orasındadır ki, SSRİ-ni, Rusiyanı antidemokrat, yad fikirlərə qənim kəsilən, fərqli ideologialara qarşı dözümsüzlükdə ittiham edən zavallıların özləri daha antoqonist, faşistdirlər.
İctimai fəallığına baxmayaraq, 37 yaşlı madam Gülnarın siyasi, tarixi, fəlsəsi, sosial dünyagörüşü ordan-burdan eşitdiklərinə, tik-tokda manqurtların gerçəkliklərdən uzaq “tarixi” video çarxlarına, ən yaxşı halda isə bəddi əsərlərə (roman, povestə), qaynağı olmayan məqalələrə dayanır. Yəni, onun dövlətçiliyimiz, tarix və şəxsiyyətlərlə bağlı dedikləri, paylaşdıqları, təbliğ etdiyi nüansların heç biri faktlara, arxiv sənədlərə, ciddi tədqiqat əsərlərinə (monoqrafiya, araşdırma yazılar), müqayisəli təhlillərə söykənmir.
Qayıdaq hərşeyşünas Gülnar Nəsiblinin Elçibəylə bağlı postundakı dediklərinə.
Bir il iqtidarda olmuş Əliyev Əbülfəz Qədirqulu oğluna daim “bəy” deyə müraciət nə dərəcədə doğrudur?! Azərbaycan dilinin izahlı lüğətində “bəy” sözünün iki əsas mənası var. Birinci, zadəgan sinfinə mənsub olan şəxslərə müraciətdə “bəy” deyilir. İkinci, isə “bəy” toyu olan kişiyə xitabdır. Birdə qədim zamanlarda başçı, rəis, hökmdar, hakim vəzifəsində olan şəxslərə də “bəy” deyilirdi (burda da əsasən ya zadəganlığa məxsus olmalı, ya da igidlik, rəşadək sərgiləmklə rəhbərliyi ələ alıb bəy olmalıydın). Sadalananlardan sonra ortaya suallar çıxır: Əbülfəz Əliyev (Elçibəy) zadəgan nəslindən idimi?, onun prezident kürsüsünə əyləşməsi toyu ilə bir vaxtamı düşmüşdü yoxsa saqqalı fiqur evlənib-boşanmağı adətə çevirmişdi? Bəlkə Elçibəy məşhur xanəndələr nəslindən olduğuna görə taxta çıxan yaxud da əzmi, biləyi, natiqliyi, sərkərdəliyi sayəsində hakimiyyətə sahiblənən çar, kral imperatorlar kimi əməl sahibi olmaqla “bəy” sözünü haqq edib?!
Gülnar “ülyahəzrət” yazır “Elçibəy istədiyi dəstəyi Türk dövlətlərindən ala bilmədi”. Sual olunur: “1992-93-cü illərdə Dünyanın siyasi xəritəsində Türkiyədən başqa real gücü (iqtisadi, siyasi, hərbi) olan hansı türk dövlətləri və ya türk dünyası (ikidəbir gözümüzə qüdrətli birlik kimi soxulan) vardı?! Uzunsaçlı Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstanı nəzərdə tutursa, adı çəkilən ölkələr həmin dövrdə özlərini nə türk dövlətləri nə türk-turan dünyasının bir parçası hesab edirdi. Lap deyək ki, Türk Dövlətləri Təşkilatı (adı çəkilən qurum 3 oktyabr 2009-cu ildə təsis edilib) vardı, onlar Azərbaycana hansı dəstəyi verə bilərdi?! Heç Türkiyənin öndə gedən siyasi və dövlət xadimlərindən Bülənt Ecevid, Kənan Evrən, Süleyman Dəmirəl, Turqut Özal və başqaları Azərbaycanın saqqalı “rəhbər”ini ciddi fiqur kimi qəbul etmirdilər. 1993-cü ildə populist Elçibəyin onsuz da laxlayan “kreslo”sunun çökdürülməsində rəsmi Ankaranın da xüsusi marağı və əli vardı. Zatən AXC-Müsavat cütünün hakimiyyəti zamanı Keçmiş Sovet İttifaqının və sonrakı MDB ölkələriylə əlaqələri heç də ürəkaçan deyildi. Qazaxlar son ana kimi Sovet İttifaqının qalmasında maraqlıydı. Zatən nəhəng SSRİ-dən qopan sonuncu dövlət də Qazaxıstan Sovet Sosialist Respublikası idi. Sonradan Qazaxıstan Respublikasında da iqtidarını bərqərar edən Nursuldan Nazarbayev Türkiyə, Turan, Avropa, Qərbə yox, birmənalı olaraq Rusiya yönümlü siyasət yürütməyə başladı. Özbəkistan ilə Qırğızıstan rəhbərləri Yeltsinin qəzəbinə tuş gəlməmək üçün ömürləri Kreml köşələrində qəbulda keçdi. Türkmənistanda prezident postlu monarxiya quruldu. Rəsmi Astana ilə Bişkek bu gün KTMT-in sadiq üzvləridir. Qısası, 33-34 il bundan əvvəl Nursultan Nazarbayev, Səfərmurad Niyazov, İslam Kərimov, Əsgər Akayev o qədər axmaq idilər ki, xulyalarda yaşayan, Rusiyaya hürən, Tehran ilə Pekinə türk bayrağımızı sancacıyıq deyə anqıran Əbülfəzin yanında yer alsınlar?!
Hərşeyşünas Gülnar Nəsiblinin “Heç biriniz deyə bilməzsiniz ki, düzgün adam deyildi. Bu ölkə, onun qədər ikinci sadə birini görmədi” ifadəsini aydınlaşdıraq. “Düzgün adam” deyəndə gədəbəyli madam nəyi nəzərdə tutur bəlli deyil. Əbülfəz “ağa”nın rüşvət, korrupsiyadan uzaqlığını, oliqarx kimi həyat sürmədiyini nəzərdə tutursa, o zaman sual olunur – məgər XX əsrdə Azərbaycanın I şəxsləri arasında saqqalı “öndər”dən başqa təmiz, dürüst, sadə həyat tərzi keçirənlər olmayıbmı? Nəriman Nərimanov, Mir Cəfər Bağırov, Ruhulla Axundov, Vəli Axundov və bunlar kimi digərlərinin hansı biri var-dövlət, cah-cəlal içində yaşayırdı?! Adı çəkilən tarixi simaların ilk ikisinin oğulları (nə Elçibəyin, nə də onun komandasından bir nəfərin belə övladlarının 44 günlük müharibə görmədik) Böyük Vətən Müharibəsində şir kimi döyüşərək nadir qəhramanlıq nümunəsi göstərdilər. Bu böyük tarixi şəxsiyyətlərinin heç biri övladlarına daxma belə qoymayıb getdilər. Azərbaycanın ilk latın qrafikalı əlifbasının banisi, ictimai, siyasi, dövlət xadimi Səməd Ağamalıoğlu ağa-bəy nəslindən olmasına rəğmən, öz sinfindən uzaqlaşaraq, fəhlə-kəndlinin, qadınların hüquqlarını qorumaq və təhsilinin hamı üçün əlçatan olması üçün mübarizə aparırdı. Həmin sözləri kütbeyinlərin söydükləri Çingiz İldırım barədə də təkrar etmək olar. Adam öz bəy qohumlarının belə torpaqlarını müsadirə edərək kəndlilərə dağıtdı. Bu simaların və onların amlalları, həyat tərzləriylə bağlı həqiqətlər gizlədildiyi halda, manqurtlar 35 ildir “millətçi-demokrat” Əbülfəz Əliyevin olduqca yoxsul, acından ölən həyatı haqqında uydurmaları ulayırlar. Güya saqqalı “lider” prezident olarkən qızına “maaşımı alanda sənə də yeni ayaqqabı alaram” (bu sitatı dünyanın bir çox tarixi şəxsiyyətləriylə bağlı da tirajlayırlar) yalanını o qədər iyləndiriblər ki, artıq bişmiş toyuqun belə buna inanmağı gəlmir. Nədənsə sual edən, sorğulayan yoxdur ki, Azərbaycanın ən kasıb dövlət başçısı kimi təqdim olunan (absurd olduğu halda) şəxsin geyindiyi bahalı, dəbli kostyumlar, çəkdiyi “Malbro” siqaretinə (o zamanın ən bahalı tütün məhsulu idi və Elçibəy “həzrətləri günə 2-3 paket sümürürdü) pulu hardan tapırdı?! Bu barədə İsveçrədə mühacirətdə yaşayan Laçın Məmişovun araşdırmaları, Sürət Hüseynovun ömrünün son illərində 4 hissəli müsahibələri, Zərdüşt Əlizadənin yazdığı “II Respublikanın sonu” kitabını, məqalələrini, video çıxışlarını və digər məşhruların Elçibəy və onun “yaradıcı” komandasının əməlləriylə bağlı kifayət qədər faktları ortaya qoyanlar var. Bir nəfər “bəy” sevdalısı, o cümlədən də hərşeyoloq Gülnar Nəsibli sadaladığım şəxslərin dediklərinə əks arqumentlə çıxmağa cəsarətləri, hünərləri çatmayıb. Burda deyirlər nə oldu türk qeyrətiniz, cəbhəçi əzminiz, turançı ruhunuz?!” Hələ mən saqqallı “ağa”nın komandasındakı özbaşınalıqlardan, harınlıqlardan danışmıram. Bu məsələlərə toxunsam gərək palaz-palaz yazılar yazım. Elə bircə faktı vurğulayım ki, ANS efirində yayımlanan “Ən yeni tarix” verlişində Kəlbəcərin dığalara təslim edilməsiylə bağlı Əbülfəz “əfəndi” coşaraq özünün Kəlbəcərə icra başçısı təyin etdiyi Əvəz Şükürov barədə bunları dedi: “Kəlbəcəri dağıdanın biri Əvəz Şükürovun özüdür. Milyonlarını çıxartdı ordan, xalqı birinci qaçqınlığa sövq edən odur.Başdan-ayağa yalançının, rüşvətxorun, quldurun birisidir”. Görəsən, dürüst, səmimi, xalqını-vətənini sevən Elçibəyin təyin etdiyi icra başçısı niyə yalançı, quldur, rüşvətxor idi? Həmçinin müharibə gedən ölkənin Ali Baş Komandanı böyük bir rayonu düşmənə təslim ediləndən sonramı özünün təyin etdiyi məmurunun naqisliklərindən xəbərdar olmalıydı? Bunun bircə izahı var - dövlət başçısı yerində deyil. Tez-tez Napaleon Bonopartdan sitat gətirdiyim aforizmi təkrar edirəm: “Həyatda ən böyük əxlaqsız bacarmadığın işə girişməkdir”. Azərbaycanın ikinci Prezidenti (olmaz olaydı) həm bacara bilmədiyi işə girişdi, həm özünü rüsvay etdi, həm də qızğın müharibə getdiyi vaxtda dabanına tüpürərək qaçıb Kələkidəki hücərsinə girməklə əxlaqsızlıqdan da betər fərari damğasını boynuna vurdurdu...
Özünü Tomiris, Marqaret Tetçer, İndira Qandi hesab edən, tarixdən, ictimai, siyasi, hərbi xadimlərdən agah olmayan olan Gülnar xanım “bu ölkə, onun qədər ikinci sadə birini görmədi” deyə car çəkir, hayqırır, gücənir...
Madam Gülnar cazibədar, açıq-saçıq paltarlar geyinib, müxtəlif pozalarda selfi çəkdirməklə özünü gözə soxmaq əvəzinə hərdən bir incə arxasını mütaliə üçün səfərbər etsə, qanardı ki, Azərbaycanın məşhur tarixi fiqurları, rəhbərləri arasında saqqalı Elçibəydən qat-qat kasıb yaşayanlar olub. Elə 1982-86-cı illərdə Azərbaycan SSR-in rəhbəri olan Kamran Bağırovun adını çəkmək kifayətdir. 6 il Respublikaya başçılıq edən Bağırov tək azərbaycanlılar arasında yox, bütün Sovet İttifaqının ən kasıb dövlət rəhbərindən biri idi. Sevil Nuriyevaya video müsahibəsində “Ey Monaquaaa, mən dəniz qurduyum, meni duyarmısın” deyə gülüş obyektinə çevrilən Əbülfəzdən fərqli olaraq Kamran Bağırov 1988-ci ildə Ermənistan ilə Azərbaycana arasında gərginlik, qarşıdurma başlayanda, proseslərin qarşısını almaqda acizliyini görəndən sonra kreslosundan on əlli yapışmayıb istefa verib siyasətdən getdi. Ömrünün son günlərinə kimi aldığı qəpik-quruşlu təqaüdü ilə kasıb mənzilində yaşadı və unudularaq öldü. Frau Gülnarın yerlisi (o, yerlibazlığı sevir) 9 il Azərbaycan Tibb Universitetinin rektoru, 1992-ci ildə isə Ali Sovetin sədri və Prezindent vəzifəsini icra edən Yaqub Məmmədov müsahibələrində qeyd edir ki, Kamran Bağırov çox kasıb yaşayırdı. Onun mənzilindəki televizor, soyuducu və digər məişət əşyaları köhnə, divarlarının oboyları uçub dağılmış vəziyyətdə idi. Respublikaya 6 il rəhbərlik etmiş bu şəxs baxımsız, təmirsiz mənzilində vəfat edəndən sonra heç təntənəli mərasim olmadan II Fəxri xiyabanda dəfn edildi (qazaxlılar demiş urvatsız). Onun barəsində tək Rusiyada yox, bütün sosilaist düşərgədə tanınan jurnalist, ictimai xadim Mixail Qusman demişdir: “Kamran Bağırov namuslu, korrupsiyaya bulaşmamış adam idi, amma bununla bərabər çox zəif siyasətçi idi”.
Amma Əbülfəz Əliyev haqqında dünya miqyasında məşhur heç bir sima xoş sözlər deməyib. Hazırkı Prezident İlham Əliyev xalqa müraciətində Elçibəylə bağlı aşağıdakı faktı vurğulamışdır:
“Prezident Kabinetində hər gün, gecə səhərə qədər kolbasa araq qonaqlığı idi. O vaxtkı prezident də saat 12-də yuxudan oyanırdı, saat 5-də də yenidən kolbasa araq...
...Kim idi dövlətin başında? Xalqın içində hörməti olmayan boşboğaz”.
Jurnalist Laçın Məmişovun da Elçibəy haqqında dəqiq siyasi diaqnozunu qoyubr: “Kələkiyə dızıxan dezertir lider”
Ancaq manqurtlar, cahillər və Gülnar Nəsibli kimi diqqət çəkmək, layklar toplamaq “eşqi”nə düşənlər “bu ölkə, onun qədər ikinci sadə birini görmədi” kimi ifadələri özlərini deyib, özləri də eşidirlər. Ən yaxşı halda isə anqıraraq taylarını tapırlar...
Bu məqamda dünyaca məşhur yazıçı, filosof Oldos Haksli vurğulayır:
“Heç kim yalanları uzun müddət yaşadacaq qədər müdrik və heç kim yalanlara sonsuza kimi inanacaq qədər axmaq deyil”.
P.S Əbülfəz Əliyev prezident kürsüsünə əyləş(diril)di. Amma nə dövlət başçısı, nə ali baş komandan, nə xalqın lideri oldu, nə də tarixdə nəsildən-nəsilə yaxşı nümunə olacaq iz qoydu!
ABDULLA İSMAYILOĞLU
Globkom.info
Hərşeyşünas Gülnar Nəsibli və onun hərşeyoloq dostları, tərəfdarları üçün aşağıdakı qaynaqları gözlərinə soxuram
https://globkom.info/butun-xeberler/azerbaycanin-kasibciliq-icinde-olen-rehberinin-dogum-gunudur
https://www.youtube.com/watch?v=JwocoXsTHmc (Kəlbəcərin işğalı ilə bağlı ANS efirindəki “Ən yeni Tarix” verlişi)
https://www.youtube.com/watch?v=MPRKyUW17rQ (4 iyun Gəncə qiyamı ilə bağlı MTN-in nazir müavini Sübhəddin Əkbərin müsahibəsi)
https://globkom.info/butun-xeberler/qehraman-tankci-cengaverin-movlud-ve-helakinin-115-illiyi
https://globkom.info/butun-xeberler/siyasi-luzere-cavab
https://www.youtube.com/watch?v=Py59iNUGkC4 (Zərdüşt Əlizadənin 20 Yanvar faciəsi, Elçibəy və AXC barədə müsahibəsi)
https://globkom.info/butun-xeberler/xx-esrin-faciesi-xocali-soyqirimi
https://globkom.info/butun-xeberler/xx-esrin-faciesi-xocali-soyqirimi-ii-hisse
https://globkom.info/butun-xeberler/xx-esrin-faciesi-xocali-soyqirimi-iii-hisse
https://globkom.info/butun-xeberler/qanli-yanvarin-35-ili-yalan-tebligat-ve-gerceklik
https://www.youtube.com/watch?v=qRsvclTzc_4 (Elçibəyin Monaqua ifadəsi)
https://www.youtube.com/watch?v=Uu6vjJq_GKA (İlham Əliyevin Elçibəy və AXC barədə dedikləri)
https://www.youtube.com/watch?v=V7mqS3othB8 (İlham Əliyev AXC-Müsavat hakimiyyəti haqqında)
https://www.youtube.com/watch?v=P4-OIJFtcVw (Hikmət Hacızadə öz iqtidarlarının yarıtmazlıqları barədə)
https://www.youtube.com/watch?v=gnevgaW_Uf0 (Surət Hüseynovun Laçın Məmişova müsahibəsi I hissə)
https://www.youtube.com/watch?v=vISEvpyqHoU (Surət Hüseynovun Laçın Məmişova müsahibəsi II hissə)
https://www.youtube.com/watch?v=tYhVDD5i-7M (Surət Hüseynovun Laçın Məmişova müsahibəsi III hissə)
https://www.youtube.com/watch?v=2PKXyWCbU6U (Surət Hüseynovun Laçın Məmişova müsahibəsi IV hissə)
https://www.youtube.com/watch?v=YG1cd2NdECk (Laçın Məmişov – Pənahın arsız dezinformasiyası)
https://www.youtube.com/watch?v=fGe4-jMy7gE (Zərdüşt Əlizadə: "AXC ilk gündən saxtakarlıq etdi”)