
Saleh Səmədov İmişlidə Böyük Vətən müharibəsində Qələbəmizin 80-ci ildönümünə həsr olunmuş tədbirdə keçmişimizə fərəh inamı yaratdı!
Bunu SSRİ-nin bərpası və ya Rusiyanın sifarişi kimi təqdim etmək primitiv düşüncədir, ağılsızlıqdır. Boşboğazlar birdəfılik anlamalıdırlar ki, SSRİ-nin bərpası mümkün deyil! Mətbuatda dərc olunmuş tərcümeyi-halından bəlli olur ki, Saleh Səmədov peşəkar kadrdır, zəngin həyat təcrübəsi var. Onu bu cür perspektivsiz iddialarla əlaqələndirmək nadanlıqdır!
Qələbə SSRİ bayrağı ilə qazanılmışdı. Bu bayraq qanlı faşizm üzərində tarixi Qələbəmizin halal haqqıdır. Bu haqqın işığında bayrağı qaldırmaqla Saleh Səmədov özünəməxsusluğu, özünəsahibliyi təsdiq etmişdir.
Saleh Səmədov Rusiyanın bayrağını qaldırıb - deyən naşılar anlamalıdır ki, o bayraq Rusiyanın yox, SSRİ-nindir. SSRİ-də ən ön yerdə gedən isə Azərbaycan idi! O Azərbaycan ki, oraq və çəkici əks etdirən bayraq ilə misilsiz nailiyyətlər qazanmışdı!
Saleh Səmədovla həyatda heç vaxt üz-üzə gəlməmişiəm. Onun 9 Maydakı əməli həqiqətin tələbidir. Həqiqət isə insanın müqəddəs mənliyidir! Həqiqəti olduğu kimi qəbul etmək müqəddəs mənliyi qorumaqdır!
Bəzi kütbeynlər, cahillər məşhur "Qələbə Günü” (“Den Pobedı") mahısına görə hörmətli Saleh Səmədova əsassız irad tuturlar. Вəstəkar David Tuxmanovun Vladimir Xaritonovun sözləri əsasında yazdığı "Den Pobedı" mahnısı 9 May - Böyük Vətən Müharibəsində Qələbə Günü münasibətilə təkcə Rusiyada deyil, həm də MDB ölkələrində qeyd etmələrin vacib simvolik atributudur. Azərbaycan da MDB-nin üzvüdür.
Bu gün burjua ideoloji daşıyıcıları tərəfindən Saleh Səmədov əsassız tənqidlərə, mənəvi repressiyalara məruz qalıb. Hələ bu azmış, onun mal-mülkünün siyaısını 9 maydakı tədbirə bağlamaq istəyirlər. Bu, burjua mətbuatının əxlaqsızlığıdır. Əməlini rusiyapərəstlik kimi təqdim edirlər. Əslində Saleh Səmədov həqiqətsevərliyi və tarixə düzgün münasibətilə ən böyük Azərbaycanlıdır
Ədalət Abdinov
Globkom.info