Volodimir Zelenski və onun Avropadakı müttəfiqləri Vladimir Putinə çox psixoloji təzyiqlər etdilər ki, o, Türkiyəyə getsin, Ukraynalı həmkarı ilə görüşsün. Həmişəki kimi hər cür söz atdılar, söhbət fırlatdılar...

“Cənab” Zelenski özünün ənənəvi tin-çömbəltmə gədə-güdəlik, cığal söz oynatmalarından istifadə etdi və həmişəki kimi yana-yana qaldı. Putin, türklər demişkən, heç oralı olmadı”.

İş orasındadır ki, Putin Türkiyəyə gedəcəyinə dair bir kəlmə də etməmişdi. Onun Ukrayna tərəfi ilə birbaşa görüşmək təklifində, sonrakı söhbətlərində bircə kəlmə, bircə işarə də yoxdur ki, danışıqlarda iştirak edəcəyini ehtimal edəsən.

Amma rusiyafob faşistlər və onların  “siyasətçi”ləri, “ekspert”lər və “jurnalist”ləri hadisəni elə fırladırlar ki, sanki Putin Zelenskidən qorxub, görüşdən imtina edib.Heç vaxt düşünməzdim ki, bir kommunist olaraq cənab Putinə hörmət edəcəm. Amma bu rusofob faşist yığınından o qədər fahişəlik gördüm ki, Putinə qarşı məndə də hörmət əmələ gəldi. Kremlin xozeyni onlarla müqayisədə ləyaqət, şərəf, mərdlik, mənəviyyat, kişilik, şəxsiyyətlilik, dahilik rəmzi oldu.

Dünən axşam Putin Rusiya deleqasiyasının tərkibini müəyyən etdi. Rusiya nümayəndələrinin rəhbəri yenə Medinski oldu. Yenə - çünki 2022-ci ilin yazında Türkiyədə baş tutmuş danışıqlarda da Rusiya nümayəndə heyətinə məhz Medinski rəhbərlik etmişdi. Ukraynanın təlxək “rəhbər”i isə danışıqlar başlamamış öz cığal-gədə açıqlamaları ilə dialoqun pozulması üçün əlindən gələni etməkdədir... Belə ki, o, Rusiyanın rəsmi heyətni "butafor" adlandırdı. Halbuki Medinski Rusiya prezidentinin köməkçisidir, nümayəndə heyəti də yüksək rütbəli dövlət və hərbi rəsmilərdən ibarətdir. Medinski İstanbula çatan kimi artıq jurnalistlərə ilk açıqlamasını verərək qeyd etdi ki, “danışıqların predmeti  "səbəbləri aradan qaldırmaq" olacaq, eynilə 2022 – ci ildə olduğu kimi. Yəni, Ukrayna NATO-a üzv olmağı unutmalıdır. Zatən ABŞ Trampın ağzı ilə Ukraynanın NATO-da olmayacağını açıq şəkildə bəyan edib və etməkdədir. Makron da buna bənzər mövqeyini bildirib. Daha aydın desək NATO tərəfi Ukraynaya artıq ümid etmir, "motaldan əl çəkməyən köpək kimi hürən Zelenskidir.

2022-dən fərqli Rusiya bu dəfə nəzarət etdiyi əraziyə 4 bölgəyə Luqans, Donets, Zaporojye və Xersona da iddialıdır və onları öz subyektləri kimi tanınmasını qəti şəkildə bildirir. Həmçinin Ukrayna dövlətinin rəsmi banderaçı-nasist ideologiyadan əl çəkməsi tələb edir ki, ən ağır bənd bu olacaq. Çünki banderaçı nasizm mövcud Ukrayna hakimiyyətinin varlığının zəmanətidir. Zelenski başqa cür hakimiyyətdə qala bilməz. Özü də bunu yaxşı başa düşür. Ona görə mən bu danışıqlardan ciddi bir dəyişiklik və silahlı münaqişənin dayandırılacağını gözləmirəm. 3 il əvvəl müqaşinə danışıqlarla aradan qaldırmaq mümkün idi, həmin vaxt Zelenskinin hakimiyyətinə də təhlükə yox idi. Amma hazırda bir milyondan çox ukraynalının həlak olması, ölkənin energetik infrastrukturu dağıdılması, əhalinin böyük hissəsinin baş götürüb qaçması, xülasə Ukraynaya və xalqına bu qədər zərər, zərbə dəyəndən sonra yəhudi təlxəyin rahatlıqla postunda qalması mümkünsüzdür. İstənilən sülh Zelenskinin və komandasının acı sonu olacaq.

A.Sultanov

Globkom.info