
Sual oluna bilər ki, niyə husilər ABŞ-ın hərbi gəmilərini batırmırdılar? Düzü, bu sual məni də düşündürürdü.
Məlum idi ki, ABŞ martın 15-də Yəməni bombalamağa başlayandan sonra husilər "CVN 75 Harry S Truman" təyyarədaşıyan gəmiyə dron-raket hücumu etmiş və ona müəyyən xətər toxundurmuşdular. Bundan sonra gəmi yerləşmə mövqeyini dəyişmişdi. Sonralar bu gəmiyə və onu müşayət edən digər hərbi gəmilərə husilərin hücumları haqda heç bir məlumata rast gəlməmişdim.
Səbəbini bu günlərdə öyrəndim. Sən demə, amerikanlar bütün aviazərbə qrupunu (gəmiləri) Məkkə arxasında gizlədibmişlər. Başqa sözlə, terrorçu dinc əhalidən qalxan kimi istifadə etdiyi kimi ABŞ da müsəlmanlar üçün müqəddəs olan bu şəhərdən qalxan kimi istifadə edib.
Xəritəyə baxın.
ABŞ-ın aviazərbə qrupu Qırmızı dənizdə Ciddə şəhəri sahillərində yerləşdirilib. Yəməndən azı 835 km məsafədə yerləşən bu gəmilərə husilər yalnız ballistik və ya qanadlı raketlərlə hücum edə bilərlər. Yəməndən gəmiyə istiqamətlənən raket Məkkə şəhəri üzərindən uçmalıdır.
Husilərin raketlərini vurmaq üçün gəmilərin HHM və RHM sistemləri onlara qarşı raketlər atmalıdır. Müdafiə raketləri hücum raketlərini vura və ya vurmaya bilər. Vursa, onların qalıqları, o cüml. partlayıcı hissələri, vura bilməsə, raketin özü Məkkəyə düşə bilər. Raket və ya onun hissələri hətta Kəəbəyə də düşə bilər və ya husilərin raket hücumu zamanı ABŞ qəsdən oranı nişan ala bilər. Bu isə bütün müsəlmanları Ənsərullaha (dolayısı ilə İrana) düşmən edə bilər.
Görün, ABŞ və İsrail necə hiyləgər plan fikirləşmişdi. Risk böyük idi deyə husilər aviazərbə qrupuna hücum etmirdilər...
Asif Şəfəqqətov