2 iyul 1990-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının tarixində sonuncu olan Sovet İttifaqı Kommunist Partiyasının XXVIII qurultayı (2-13 iyul) keçirilmişdir.

Daxili fikir ayrılıqlarına görə Qurultay proqram xarakterli bəyanatla məhdudlaşaraq, yeni proqram qəbul edə bilmədi. Buna baxmayaraq, Mixail Qorbaçov qurultayın bağlanışında etdiyi yekun nitqində bir daha vurğuladı ki, partiya “yeni şəraitdə avanqard partiya kimi öz rolunu səmərəli şəkildə yerinə yetirmək üçün yeni nizamnamə və qurultayın proqram bəyanatı əsasında bütün işini, strukturlarını qətiyyətlə və gecikmədən yenidən qurmalıdır”. Bu, satqın Qorbaçov tərəfindən deyilən sadəcə söz idi.

Qızğın müzakirələrdən sonra XXVIII Qurultay 1986-cı il proqramını faktiki olaraq ləğv edən və Sovet İttifaqı Kommunist Partiyasını tədricən “demokratik sosializm” mövqeyinə keçdiyini elan edən partiya “platformasını” təsdiqlədi. Yeni nizamnaməyə zəif qeyd-şərtlərə baxmayaraq, partiyanın federallaşmasını praktiki olaraq qanuniləşdirən, respublika partiya təşkilatlarının müstəqilliyini elan edən, onlara öz proqram və normativ sənədlərini hazırlamaq, yəni öz proqram və nizamnamələrinə malik olmaq hüququ verən 22-ci bənd daxil edildi. Bu bəndin qəbulu Sovet İttifaqı Kommunist Partiyasının vahid siyasi partiya kimi ləğvi demək idi,  həmçinin bununla SSRİ-nin parçalanması qarşısındakı son zəif maneələri aradan qaldırdı.

Yeni nizamnamədə qurultayda Mərkəzi Komitənin Baş katibinin seçilməsi təsbit edildi. Qurultayda seçki üçün baş katibin müavini vəzifəsi də müəyyən edildi.

XXVIII qurultayının sonunda keçirilmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda (13-14 iyul 1990-cı il) ilk dəfə olaraq, namizədlər olmadan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunu seçildi. Baş katib istisna olmaqla, Siyasi Büronun tam yenilənməsi baş verdi. Tarixdə ilk dəfə olaraq Siyasi Büroya hökumət başçıları və əsas siyasi idarələr daxil deyildi. Bununla da partiyanın tarixində sonuncu olan XXVIII qurultay başa çatdı.

Sovet İttifaqı Kommunist Partiyasının daxilində bir neçə müxalif cərəyan yarandı və tezliklə sosial-demokratik, liberal yönümlü yeni partiyaların yaradılmasına start verildi.

1991-ci il avqustun 29-da SSRİ Ali Soveti SSRİ-nin bütün ərazisində Sovet İttifaqı Kommunist Partiyasının fəaliyyətini dayandırdı. 1991-ci il sentyabrın 14-də Azərbaycan Kommunist Partiyasının XXXIII (fövqəladə) qurultayında siyasi təşkilat özünü buraxdı.

Ədalət Abdinov

Globkom.info