
Qəzzada müharibənin 3-cü günü onun beynəlxalq ticarət yoluna nəzarətə görə baş verdiyi ehtimalı barədə yazmışdım: https://www.facebook.com/asif.shafaggatov.3/posts/3519705475012205
Yeni müstəmləkəçilik üçün resurslara sahib olmaq vacib deyil, resursların daşınmaya yollarına (logistikaya) nəzarət etmək kifayətdir. Klassik misal – Rokfeller nümunəsi: https://www.facebook.com/asif.shafaggatov.3/posts/3647526925563392
Çinin "Bir qurşaq, bir yol" ("İpək yolu") logistik layihəsi Çini daha da gücləndirir, bu yol üzərində olan ölkələrin ABŞ-dan asılılığını azaldır. Ortaq maraqlar bu ölkələri ABŞ-a alternativ ittifaqda birləşməyə sövq edir.
Buna görə ABŞ "İpək yolu"nun tam gücü ilə işləməsinə bütün vasitələrlə (siyasi, iqtisadi, hərbi və s.) mane olur: https://www.facebook.com/asif.shafaggatov.3/posts/3853981148251301
Lakin yüklərin Şərqdən Qərbə və əksinə daha qısa (quru) yolla daşınmasına zərurət yaranıbsa, "İpək yolu"nu tam bağlamaq mümkün olmayacaq – alternativ təklif edilməlidir. Alternativ kimi ABŞ IMEC-i (India - Middle East - Europe Economic Corridor / Hindistan - Orta Şərq - Avropa” iqtisadi dəhlizi) təklif etdi. Bu layihə ABŞ-ın tam nəzarətində olan ölkələrdən keçir, Çin "qurşağına" aid edilən ölkələri ofsaytda saxlayır.
Bununla belə "İpək yolu" layihəsi ilə müqayisədə IMEC layihəsi çox da səmərəli görünmür, çünki 1-ci dəhliz üzrə yüklər yalnız d/y nəqliyyatı ilə daşınmalıdırsa, 2-ci dəhliz üzrə su və d/y aşımaları bir-birini əvəzləməlidir, yəni əlavə yükləmə-boşaltma əməliyyatları sayəsində daşınma qiyməti və vaxtı artır. Başqa sözlə, IMEC "İpək yolu" ilə paralel yaradılarsa, 1-ci layihənin müflis olma ehtimalı labüddür. Deməli, IMEC alternativsiz fəaliyyət göstərməlidir – "İpək yolu" layihəsi reallaşmamalıdır.
IMEC-in uğurlu layihə olmasına nələr mane olurdu?
1. Qəzza zolağındakı fələstinlilər;
2. İran ("İpək yolu"nun bütün digər şaxələri faktiki olaraq bağlanıb).
Qəzzadan fələstinliləri tam təmizləmək (öldürmək və sürgün etmək) üçün hər şey edilir.
İranda ya ABŞ-ın istədiyi rejimi bərqərar etməklə, ya da orada xaos yaratmaqla "İpək yolu" layihəsinin reallaşmasına maneə törədilir.
Yeri gəlmişkən, IMEC gerçəkləşərsə, Türkiyə də beynəlxalq ticarət yolundan kənarda qalacaq və siyasi əhəmiyyətini itirəcək.
Yəni əslində, Orta Şərqdə xaosu planlaşdıran İsrail deyil, ABŞ-dır- İsrail, sadəcə, ABŞ-ın "şilləvuranıdır".
Asif Şəfəqqətov