
əvvəli burada
Müharibə şəraitində İranla müqayisədə Rusiya xüsusi xidmətlərinin (XX) təcrübəsinə nəzər yetirək.
Əvvəl milli təhlükəsizlik sahəsində müharibəyəqədərki Rusiya və İranın vəziyyətini müqayisə edək.
Ötən əsrin 90-cı illərindən Rusiya hakimiyyəti və iqtisadiyyatının elə sahəsi yox idi ki, orada MKİ-nin (CİA) agentləri leqal (məsləhəçi kimi) və ya gizli şəkildə işləməsinlər. Digər ölkələrin agenturası da eyni şəraitdə çalışırdı. Həmin dövrdə Rusiyanın strateji şirkətlərinin ~90%-i açıq və ya gizli sxemlərlə xarici korporasiyaların nəzarətinə keçmişdi.
Rusiya konstitusiyası ABŞ "məsləhətçiləri" tərəfindən yazılmışdı. Konstitusiyada qeyd olunur ki, dövlət ideologiyası ola bilməz. Bunsuz isə dövlət olmur. Əgər dövlətin öz ideologiyası yoxdursa, həmin boşluğu başqa dövlət(lər)in ideologiyası doldurur. Rusiyadakı boşluğu da, təbii ki, liberal ideologiya doldurdu. Rəsmi dövlət ideologiyasının olmaması təhsil sistemindən tutmuş TV proqramlarına qədər hər şeyin yad ideologiya(lar) təsiri altına düşməsinə səbəb oldu.
Nəticədə bütün təhsil idarəetmə sistemi liberal ideologiyaya uyğunlaşdırıldı. Bütün dərsliklər yeniləndi. Eyni fəndən alternativ dərsliklərin çapı və tətbiqi başlandı. Humanitar fənlər üzrə dərsliklərin çoxu Soros fondunun qrantı əsasında yazıldı. Məqsəd yeni nəsli məktəb partasından Qərb ruhunda tərbiyə etmək və tarixə münasibətdə onların beynini Qərbə sərf edən tərzdə yozumlarla doldurmaq idi. Eynisini ali məktəblərdə də etmişdilər. Boloniya sisteminə keçid özü bu planın tərkib hissəsi idi. Humanitar fənlər üzrə dərsliklər də eləcə- bu sahədə dövlət ideologiyası yox idi. Məsələn, "Siyasi iqtisad" fənni tam ləğv edildi, əvəzində "Ekonomiks" və ya "İqtisadi nəzəriyyələr" fənləri keçilməyə başladı. Siyasi iqtisad iqtisadiyyatın siyasi mahiyyətini izah edirdisə, onu əvəz edən fənlər artıq iqtisadiyyata siyasətdən kənarda baxır.
TV və digər KİV ən böyük təbliğat maşınlarıdır. 90-cı illərdə onlar hamısı 6-7 oliqarxın nəzarətində idi. Bu oliqarxlar hamısı Qərbə bağlı idilər. TV-lərdə verilişlərin strukturu, kontenti və mahiyyəti yalnız Qərbin, onun dəyərlərinin təbliğinə xidmət edirdi. Kino, teatr, estrada və digər yaradıcılıq sahələrində də vəziyyət eyni idi.
Vətəndaş cəmiyyəti formalaşdırmaq adı altında birbaşa və ya dolayı yolla xaricdən (hətta birbaşa xarici XX-lərdən) maliyyələşən saysız-hesabsız QHT-lər, mətbuat orqanları, cəmiyyətlər, internet resursları yaradılmışdı. Bunlar həm sponsorların sifarişi ilə ictimai fikir formalaşdırır, həm də lazım gələndə hakimiyyətə təzyiq vasitəsi kimi istifadə olunurdular.
Prinsipcə Rusiya əgər Qərbin hələ tam müstəmləkəsi deyildisə, yarımmüstəmləkəsi idi. Ölkəni faktiki olaraq hamısı birbaşa xaricə (əsasən, Britaniyaya) bağlı olan 7 oliqarx idarə edirdi.
Putin hakimiyyətə gələndən sonra əsas işi bu oldu ki, oliqarxlar dövləti yox, dövlət oliqarxları idarə etsin. Onun bu baxışını qəbul edən oliqarxlara toxunmadı, qəbul etməyənlərlə barışmaz mübarizəyə başladı və illər sonra qalib gəldi. Lakin Putin oliqarxik sistemlə yox, konkret oliqarxlarla mübarizə aparırdı, sıradan çıxarılan oliqarxın yerini başqa– hakimiyyətə loyal olan oliqarx tuturdu. Nəticədə oliqarxik sistem indiyədək qalıb, sadəcə, oliqarxiya prezidentin (onun administrasiyasının) üstünlüyünü qəbul edir.
Putin ideoloji baxışlarına görə özü də liberal idi. Buna görə də ölkədə mövcud olan liberal ideologiya institutlarına, təhsil və təbliğat sistemlərindəki liberalizmə toxunmadı.
Rusiya 2022-ci ilə belə vəziyyətdə gəldi. Hətta 2014-cü ildə Krımın "məxməri" işğalına görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra da Rusiya hakimiyyəti ciddi dərs çıxartmadı. Müəyyən işlər görüldü, əlbəttə– əsasən, ixracdan asılılığı azaltmaq istiqamətində. Rusiyada düşünürdülər ki, Qərblə münasibətlər bir müddətdən sonra yenə düzələcək. Çünki Rusiyanın bütün siyasi, iqtisadi, intellektual və yaradıcı elitası Qərbə bağlı idi, bütün iqtisadiyyatı Qərbə inteqrasiya olunmuşdu.
30 ilin liberal təhsili və təbliğatı da öz işini görmüşdü. Gənc və orta yaşlı rusiyalıların əksəriyyəti Şengen vizası almaq hüququnu vətənpərvərlikdən üstün tuturdular. Ölkənin bütün dollar milyonerləri və milyarderləri pullarını xarici banklarda saxlayırdılar. İmkanlı adamların, hətta siyasi elitanın uşaqları Qərb ölkələrində təhsil alır, işləyir və ya yaşayırdılar.
Müharibəyə qədər Rusiyada rəsmi statistikaya görə 820 min ukraynalı yaşayırdı. Lakin özünü rus kimi qeydə alan ukrainləri də nəzərə alsaq, onların sayı bəlkə də 10 milyon olar. Milyonlarla rusiyalı da var ki, ya ata-anasından və ya baba-nənəsindən biri ukraindir, ya da qohumları Ukraynada yaşayır. Bunlardan başqa, Rusiyada ~4 milyon qanuni əmək miqrantı, yəqin ki, ondan da çox qanunsuz miqrant yaşayır. Müharibə başlayandan sonra 3 milyona yaxın ukraynalı Rusiya tərəfinə keçib...
Belə dispozisiya uzunmüddətli müharibə şəraitində XX üçün bəlkə də həddən ağır və çətin iş yaradır. Xüsusən də, ölkəyə qarşı Qərbin ən güclü XX-ləri işləyirsə.
Həqiqətən də, müharibə başlayanda bunlar hamısı özünü göstərdi və ya təzyiq vasitəsi kimi istifadə olundular. Demək olar ki, bütün yaradıcı elita (estrada nümayəndələri, şoumenlər, kino və teatr xadimləri, teleaparıcılar, bəstəkarlar, yazıçılar və s.) ölkəsinin əleyhinə çıxdı. Onların qeyri-səmimi, Qərbin xoşuna gəlmək üçün bunu etdikləri ondan bilindi ki, çoxu İsrailə getdi, lakin İsrailin Qəzzadakı soyqırımına qarşı çıxış etmədilər.
Rusiyaya qarşı sanksiyalar tətbiq edilən kimi Qərbin fərdi maliyyə sanksiyalarına məruz qalmamaq üçün ölkədən 11 sabiq baş nazir müavini, 1 sabiq baş nazir, dəqiq bilinməyən sayda sabiq nazirlər, 100-dən çox iri şirkət rəhbəri və müavinləri qaçdılar. Onların hamısı Rusiya üçün həssas, bəzən məxfi məlumat daşıyıcıları idilər. Sonradan onların bəziləri Rusiyanın sanksiya tətbiq ediləcək şəxsləri və müəssisələrinin siyahısının hazırlanmasında iştirak etdilər.
Bütün bunlar İranda yox idi. İranda dövlət ideologiyası var, təhsil və təbliğat bu ideologiya üzərində qurulub (nə qədər keyfiyyətlə qurulub– bu başqa məsələdir), Qərb təbliğatının ölkəyə təsiri minimuma endirilib, iqtisadiyyatı Qərbə bağlı deyil, elitası pullarını ölkə banklarında saxlayır, yəhudilər İranda çox deyillər və s. Yəni İranda Qərb kəşfiyyatı üçün çox da əlverişli şərait yox idi. Bəlkə də elə bu vəziyyət İran XX-lərində arxayınlıq yaratmışdı. Hərçənd baş verən terrorlar arxayınlıq üçün əsas vermirdi.
Müharibə başlayandan sonra Rusiya təhlükəsizlik sahəsində nələr etdi?
Məlum oldu ki, Qərb sosial şəbəkələrdən insanları hakimiyyətə qarşı qaldırmaq üçün istifadə edir. Burada Rusiyanın mövqeyindən danışan və böyük auditoriyası olan bloger və vlogerlərin, həmçinin rəsmi KİV-lərin hesabları ləğv edilir, müharibə üzrə Qərb narrativlərinə uyğun gəlməyən kontentlər senzuraya məruz qalır, Rusiya ərazisi üçün monetarizasiya dayandırılır, lakin Qərbin təbliğatını daşıyan kontent önə çıxarılır. Rusiya META və keçmiş Twitter şəbəkələrini bağladı. Paralel olaraq özünə məxsus olan RuTube, VK-video, Dzen platformalarını gücləndirməyə başladı.
Rusiyada ən populyar mesajlaşma şəbəkəsi Whatsapp idi. Döyüş bölgəsində əsgər və zabitlər də bu platforma vasitəsilə yazışırdılar. Lakin Qərb bu şəbəkədəki bütün məlumatları oxuyur, analiz edir və rusların planlarını əvvəlcədən müəyyən edirdilər. Buna görə də dövlət qulluqçuları və hərbçilərin Whatsapp-dan istifadəsi qadağan edildi. Hamı Telegram-a keçdi. Beləliklə, Telegram-ın dünyada ən populyar olduğu ölkə Rusiya oldu. Rusiyadan sonra Telegram Ukraynada və başqa ölkələrdə də populyarlıq qazanmağa başladı. Çünki xaricdə Rusiya mənbələrindən operativ məlumatları yalnız Telegram-dan almaq mümkün idi. Həm də bu şəbəkədə siyasi senzura yoxdur.
Məlum oldu ki, smartfonlar da düşmən kəşfiyyatı üçün həssas məlumat mənbəyidir. Mənim bu sahədən başım çıxmır, oxuduqlarıma nəzərən yazıram. Hər smartfon müəyyən siqnal buraxır. Buna əsasən peyk kəşfiyyatı smartfonun yerini (koordinatını) və onun hansı ölkə vətəndaşına məxsus olduğunu (ölkə koduna görə) aşkar edə bilir. Əgər hərbçilərin smartfonları varsa (əvvəl hamıda var idi– onunla yazışırdılar), kosmik kəşfiyyat xəritədə smartfonların lokasiyasına əsasən əsgərlərin hansı istiqamətə getdiyini və harada toplaşdığını, neçə nəfər olduğunu müəyyən edir. Smartfonun yerdəyişmə sürətinə nəzərən xüsusi proqram əsgərin piyada və ya hansı texnikada olduğunu da müəyyən edə bilir. Bu məlumat onlayn rejimdə Ukraynaya ötürülür və onlar da həm rusiyalıların planlarından xəbərdar olur, həm də toplanma məntəqəsinə artilleriya, raket və ya dron zərbəsi endirirdilər. Rusiya ön cəbhədə smartfon istifadəsini qadağan etdi.
2022-ci ilin payızında Rusiya qismən səfərbərlik elan etdi. Bu prosesdə ordu ilə bərabər təhlükəsizlik xidmətlərinin də öz məqsədləri var idi. Yadınızdadırsa, səfərbərlik zamanı Rusiyadan, müxtəlif məlumatlara görə, 500 mindən 1,3 milyona qədər gənc, xüsusən kişilər qaçdı. Maraqlıdır ki, Rusiya hakimiyyəti səfərbərlik yaşlı bu qədər adamın (relokantın) ölkəni tərk etməsinə mane olmadı. Niyə? Məncə, ona görə ki, bu ideal təbii seçmə idi. Belələri:
-orduya çağırılarsa, döyüş bölgəsində nəinki faydasız olar, həm də çoxlu problemlər yarada bilərlər;
-orduya çağırılmazsa, arxada etirazçı kütləyə, müxtəlif nümayişlərin iştirakçısına, xarici XX-in agentinə çevrilə bilərlər.
Buna görə də ölkədə ictimai sabitliyi qorumaq üçün onların getməsinə mane olmadılar. Bu həm də xarici XX-lərin təsir auditoriyasını azaltdı.
Rusiya qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən 2 ofşor zona yaratdı və bütün Rusiya müəssisələrinin xarici ofşor hesablarının ləğv etməsini, vəsaitlərini Rusiyaya köçürməsini tələb etdi. Tələbin icrası üçün bir neçə ay möhlət qoydu. Bu qaydaya əməl etməyənlərə qarşı sərt tədbirlər görülür.
Rusiya iqtisadiyyatının strateji sahələrində dolayı sxemlərlə Qərbə məxsus olan və ya rəhbəri Qərbyönlü olan şirkətlər oliqarxlardan alınır (bəzən oliqarx özü də həbs edilir) və onun bazasında dövlət şirkəti yaradılır. Şirkətləri milliləşdirmək üçün arqumentlər qanuni və çox sadədir:
-müəssisə qanun pozuntusu ilə özəlləşdirilib (hamısı belə olub);
-müəssisənin əsl sahibi xarici vətəndaşdır– üzdə olan Rusiya vətəndaşıdır, lakin təsis sənədlərini araşdırdıqda məlum olur ki, səhmlərin böyük hissəsi xaricilərə məxsusdur (Rusiya qanunvericiliyinə görə strateji müəssisələr xarici vətəndaşa məxsus ola bilməz. Sadəcə, indiyədək buna göz yumurdular).
Müharibənin əvvəlində Rusiya ukraynalıları heç bir yoxlama aparmadan qəbul edirdi. Lakin sonra bunun fəsadlarını gördü. Rusiyaya köçən ukraynalı (ukrain, rus və digər millətdən) hətta Rusiyaya rəğbət də bəsləyə bilər. Lakin onun ailə üzvündən biri və ya qohumları Ukraynada yaşayırsa, Qərb XX-ləri bunlardan istifadə edirlər. Həmin adamlar Rusiyadakı qohumu ilə əlaqəyə girir, ya hansısa vədlərlə, ya da hansısa şantajla onu terror və ya diversiya törətməyə vadar edir. Bunları nəzərə almaqla Rusiya aşağıdakı tədbirləri gördü:
Rusiyada yaşamaq istəyən ukraynalılar yalnız Şeremetyevo hava limanından gələ bilərlər. Burada onlar əvvəl XX-lərin siyahısı (şahidlərin ifadələri və müxtəlif rəsmi və qeyri-rəsmi mənbələr əsasında tərtib edilmiş "qara" siyahı) üzrə yoxlanılır, Ukrayna güc strukturlarında qohumlarının olub-olmamsı dəqiqləşdirilir, sonra isə smartfonlarında bütün (hətta silinmiş) şəkil və videolar araşdırılır, bütün sosial şəbəkə parolları alınaraq, postları yoxlanılır, nə vaxtsa anti-Rusiya mövqeyinin olması aşkar olunduqda pasportuna 1 il müddətinə Rusiyaya gəlməyi qadağan edən ştamp vurulur. Aydındır ki, belə meyarlarla 100 adamdan biri Rusiyada yaşamaq hüququ qazana bilər, çünki Ukraynada yaxın qohumu orduda xidmət etməyən adam, demək olar ki, yoxdur.
Rusiyada yaşayan ukraynalıların sosial şəbəkələr üzərindən yazışmaları hansısa yolla nəzarətə götürülüb. Çünki xarici XX-lər rusiyalılarla sosial şəbəkələr üzərindən əlaqə qurur, müvafiq təlimatlar verirlər. Terror və diversiya planlarının çoxu Rusiya XX-lərinə məlum olur, belələri izlənir, silah və ya partladıcı maddəni haradan götürdüyü videoya alınır və yalnız bundan sonra həbs edilirlər.
Miqrantlar tərəfindən törədilən bir neçə terror (Krokus Siti-də, general Kirillovun öldürülməsi və s.) bu kontingenti də nəzarətə götürməyə səbəb oldu. Məlum oldu ki, ölkədə bu sahədə qaydalar çox liberaldır. Orta Asiyadan miqrasiya məsələlərini Britaniya XX-ləri kurasiya edir. Rusiya miqrasiya xidmətləri rüşvət müqabilində miqrasiya qanunvericiliyini addımbaşı pozurlar. Ölkədə qanunsuz miqrantlar qanuni miqrantlardan çoxdur. Onların arasında hətta Suriyada döyüşmüş radikal islamçılar da var, belələri öz vətənlərinə buraxılmasalar da Rusiyaya buraxılırlar. Bu hallar Rusiya üçün gələcəkdə daha böyük problemlər yarada bilərdi. Rusiya nə etdi:
-Miqrasiya qanunvericiliyin sərtləşdirdi;
-Qanunsuz miqrantların ölkəni tərk etməsi və ya leqallaşması üçün sentyabradək müddət təyin etdi;
-Vətəndaşlığın ləğv edilməsi üzrə qanun təsdiq etdi;
-Miqrasiya xidmətlərində rüşvətxorların "ovlanmasına" başladı;
-Sərhəd-keçid məntəqələrində biometriyanı tətbiq etdi;
-Orta Asiya miqrantlarını Ş.Koreya miqrantları ilə əvəz etməyə başladı və s.
-Xarici agent statusu almış şəxslər və təşkilatların Rusiyada fəaliyyəti məhdudlaşdırıldı, sonradan Rusiyadan onlara reklam sifarişi verilməsi (dolayı sponsorluq edilməsi) qadağan edildi. Onların fəaliyyəti üzrə qanunvericilik sərtləşdirildi.
Dövlət orqanlarının kompyuterlərində xarici əməliyyat sistemlərinin (ƏS) tətbiqi qadağan edilib, yalnız yerli ƏS-lər tətbiq edilməlidir. Eyni zamanda bütün dövlət orqanlarında xarici istehsal proqram məhsulları istifadə edilməməlidir. Bunun üçün konkret vaxt qoyulmuşdu ki, Rusiya İT şirkətləri də həmin vaxta qədər yerli analoqu olmayan proqram təminatlarını əvəz edən məhsullar hazırlasınlar. Hazırda riteylerlər üçün tələb hazırlanır ki, ölkəyə idxal edilən bütün kompyuter, noutbuk və plaşetlərə satışa çıxarılmazdan əvvəl yerli ƏS-lər yazılsın. Smartfonlar üçün bu tələb hələ müzakirə mərhələsindədir, amma sonra onlara da tətbiq olunacaq.
Təhsil sahəsində islahatlar hazırlanır. Orta təhsil sahəsində dərsliklər yenilənir və liberal-qlobalistik ideologiya ləğv edilir. Ali təhsildə Boloniya sistemindən imtina edilir. 2024-2025-ci tədris ilində yeni yerli təhsil sisteminin 5 ali məktəbdə pilot tətbiqi olub, 2025-2026-cı tədris ilindən bütün ali məktəblərdə tətbiqi planlaşdırılır.
Dövlət ideologiyası elan edilib, bu istiqamətdə təbliğat işi təşkil edilir, lgbt+ və çayld-fri (uşaqdan azad) təbliğatı qadağan edilib. Lakin proses bitməyib– onun çərçivəsi məlumdur, kontenti üzrə isə mübahisələr davam edir. Yalnız bu məsələlər həllini tapdıqdan sonra müvafiq strukturlar yarana bilər.
Bütün bunlara baxmayaraq, Rusiyada hələ də liberallar çoxluq təşkil edir. Onlar hətta hakimiyyət dairələrində də azalmaqda olan çoxluq təşkil edirlər. Bu təbiidir– bütün kadrlar bu ruhda yetişdiriliblər. Yeni ideologiya azı 10 il sonra özünü göstərməyə başlayacaq.
Əlbəttə, Rusiya təhlükəsizlik xidmətlərinin çoxlu nöqsanları da olub. Amma yuxarıda qeyd etdiyim dispozisiyanı, ölkə əhalisinin miqrantlarla birlikdə 150 milyon nəfərdən çox olduğunu, ərazisinin böyüklüyünü, ona qarşı Qərbin bütün XX-lərinin koordinasiyalı şəkildə işlədiyini nəzərə alsaq, məncə, indiyədək çox yaxşı işləyiblər. Əsas məsələ buraxılan səhvlərdən dərs çıxartmaqdır.
İran Rusiyanın səhvlərini və təcrübəni öyrənməli idi. İndi də gec deyil. Çünki Qərb anladı ki, İranla