Mənim nə rusa, nə də soydaşlarımızı qətl edənlərə nifrət və etiraz etmək “yerim” yoxdur! Niyə?!

Rusiyada öldürülən, təzyiqlərə məruz qalan soydaşlarımız hansı səbəblərdən ölkəmizi tərk ediblər?!

Bu səbəbləri düşünənlər, araşdıranlar varmı və  vaxtında bu səbəblərə etiraz edənlər olubmu?!

Tutaq ki, ruslar düşməndir və bizimlə düşmən kimi davranır. Anladıq!

Bəs ölkəmizdə bizim hüquqlarımızı pozan, haqqlarımızı ayaq altına atan, bizi ölkəni tərk etmək məcburiyyətində qoyan məmurlar kimlərdir?

Ölkəmizdəki haqqsızlığa, qanunsuzluğa susub, başqa ölkədən, dövlətdən haqq, qanun dilənməyin adı, gözləntisi nədir?!

Ruslar dəqiq bilir ki , döydükləri, öldürdükləri, təhqir etdikləri adamlar ölkəsindən niyə qaçıblar, niyə onlara sığınıblar… Səbəblər onları cürətli edir…

Öz ölkəsinin məmurunun adam yerinə qoymadığını başqa ölkənin məmuru niyə adam yerinə qoysun ki?!

İndi ruslara mənasız nifrət havası yaradanların çoxu həmin vətəndaşlarımızı ölkədən didərgin salanlardır, onları bu bəlaya düçar qoyanlardır və vaxtında bu haqqsızlığa susanlar, etiraz etməyənlərdir!

Mən nə rusa, nə də Yekaterinburqda soydaşlarımıza “divan” tutanlara nifrət edə bilmirəm! Çünki mən bu hadisədən qabaq mənim və doğmalarımın haqqını, hüququnu pozan - fetoçu məktəb direktoru Mirzəliyev Turala, Bakı Şəhər Təhsil İdarəsinin keçmiş rəisi Rəşad Tağıyevə, keçmiş təhsil naziri Ceyhun Bayramova, saxta şahidlərə, onlara dəstək verənlərə, bütün fetoçulara, gerçəkliyi bilib, susanlara, mənə saxta cinayət işi açan prokurora, pul alıb 5 ildən sonra məni qanunsuz həbs edən hakim Mirzəli Abbasova nifrət edirəm!

Haqqsızam?!

Qoruxulu olan bu deyil…

Qorxulu olan budur - ölkədə milyonlarla mənim kimi insan var!

İndi onların səsi ayrılıqda çıxır, amma bir gün başqaları bu səsləri toplayıb bir yerdə çıxaracaq…

İstəmədiyimiz də budur!!!

Rza Rzayev

Globkom.info