Xorxe Luis Borxes müsahibələrinin birində bəşəriyyətin inkişafına olan inamını təxmini belə bir fikirlə arqumentləşdir. O tarixi dövrləri müqayisəli şəkildə misal gətirərək deyirdi: Orta əsrlərin despotları ilə günümüzün despotları arasındakı əsas fərq odur ki, əvvəlki despotlar öz əməllərinə bəraət qazandırmaq zərurətinin olmaması idi. Orta ərlərin despotu öz hərəkətində daha sərbəst və rahat idi. Çünki gücünü qılıncdan- "mütləq həqiqət"dən alırdı. Günümüzün desootları - avtoritar fiqurları isə öz əməllərinə maska geydirməyə məcburdurlar. Onlar xoşagəlməz əməllərini legitimləşdirmək cəhdləri tarixin zərurətindən doğur. Çünki alternativlərə qarşı effektiv mübarizənin əsas şərtlərindən biri də alternativ mövqenin çıxış nöqtələrinə xitab etməkdir. Lakin elə Borxesin öz əsrində Avropanın başı üstünü almış “qəhvəyi taun” – Nasizm idi. Bu mənada tarixə anaxronik yanaşma idi. Nasistlər özlərini digər mürtəce idealardan fərqli olaraq idellaşdırmaq niyyətindən uzaq idilər. Onların konsepsiyası yekdil və açıq idi. Totalitarizm və özlərindən olmayanlara qarşı aqressiya. Lion Feytxvanger "Lautenzak qardaşları" əsərində alman millətçiliyini, şovinizmini və Hitlerin psixoantomiyasını çox maraqlı, amma fərqli bir rakursdan açır. Hitler digər mənfi ədəbiyyat obrazlarından fərqli olaraq burada karikatur obrazdır. Biz təsəvvür etdiyimiz ənənəvi Hitler obrazından- qəddar, qorxunc, ağıllı və hiyləgər, bir o qədər də xarizmatik Hitler şəxsiyyətindən fərqli, hətta deyərdim əksi olan bir Hitler görürük. Sözün əsl mənasında burada Feyxtvanger Hitleri dolayır, onu ələ salır. Hitler sadəlövh, ağılsız, səfeh, səbrsiz və yüngülxasiyyət bir adamdır. O bir liderə xas ola biləcək nəinki bir xarizmaya, hətta adi sıravi bir cəlbediciliyə belə malik deyildir. Burada artıq biz Paul obrazının nümunəsində Hitlerizmi qamçılayan fiquru görə bilərik. Görünür Feyxtvanger öz növbəsində günümüzün despotları ilə keçmişin despotlarına qarşı mübarizə üsulunu müqayisə edərkən onlara qarşı mübarizə üsulu kimi bu təklifi irəli sürür: Bu günün despotlarını devirmək, məhv etmək üçün qılınc qan deyil , söz- sənət, və onun verdiyi imkanlardan istifadə etmək lazımdır.

XXI əsrin ən böyük paradiqma dəyişikliyi Hararinin də həyəcan təbili çaldığı mütləq gücü və rəqəmsal dünyanın imkanlarını əlində cəmləmiş avtoritar liderlərin öz eşafotlarına çatmalarıdır. Tiranlar artıq demokratiya oyunundan bezənə oxşayırlar. Yəqin ki bizim nəsil bu şərtli azadlığın meyvəsini yeyən sonuncu nəsil olacaq.

Eyyub Məmmədov

Globkom.info