
Bir qələm adamı olaraq yerli ədəbi prosesi, mətbu orqanları kifayət qədər dəqiqliklə izləyirəm...
“Tez-tez bu yerlərdə görürəm səni,
Yadıma salırsan ana vətəni.
Səfalı Qubanı, gözəl Gəncəni,
Meyvən ürəklərin min bir əlacı,
Ay zoğal ağacı, zoğal ağacı.”
Yaxşı oxuyun (oxudun!)... Şeir (sənət, ədəbiyyat) adına təqdim olunan bir söz yığınına məxsus həmin bu hissə nə məktəblilərin hazırladığı divar qəzetindəndir, nə də ki, “Tumurcuq” uşaq qəzetindən. Necə deyərlər, Azər Turan “repressiyasına” məruz qalmış “Ədəbiyyat qəzeti”ndəndir.
Bəli, doğru oxudunuz, Azər Turan “repressiyasına” məruz qalmış, hamımızın çox yaxşı tanıdığı “Ədəbiyyat qəzeti”ndən!
... Azər Turan “Ədəbiyyat qəzeti”ndə bu kimi “boz matreallara” hər dəfə yol açıb, onların dərcinə imza atdıqca sənətin meyarlarına, ədəbi prinsipərə xəyanətini dönə-dönə təsdiq edir. Adam sanki and içib! And içib ki, bütün ədəbi dəyərlərin sürgünə göndərilməsində cani könüldən “xidməti” olacaq! Necə ki, olur!
... Bir dəfə də yazmışdım, bir mətbu orqanın ki, baş redaktorunu onun gözünün qabağında səhifə – səhifə, zəng – zəng, xahiş – xahiş “güllələyələr”... ondan danışmağa başlayanda bilmirsən haradan başlayıb, harada qurtarasan.
Bəli, Azər Turan mövqeyi, ədəbi prinsipləri, səlahiyyətləri, qətiyyəti, məqsədləri “güllələnmiş” adamdır.
Təbii ki, o “güllələnməyə” də özü şərait yaradıb, yaradır...
Əvvəla, bir baş redaktor olaraq iradən, əzmin, prinsiplərin, qətiyyətin olsun, “güllələnmə”! Yox, görürsən ki, iradəsizsən, səni “güllələyib”, qəzeti “boz matreallar meydanı”na, səni isə xəyanətkara çevirirlər, o zaman, heç olmasa bir parça kağıza istefa ərizəsi yazmağa iradə, istək göstər. Amma və lakin(!)... onu da göstərə bilmədiniz(!)... göstərə bilmirsiniz, Azər Turan! Çünki “maraqlara” xidmət etmək (həm də!) sizin öz təbiətinizdən doğur.
... İndi deyin görüm, sənət qarşısında xəyanətinizdən yorulmadınızmı?!
Emil Rasiomğlu
Globkom.info