Aprelin 2-də rejissor Taleh Yüzbəyovun “Bəlkə də” filminin premyerası baş tutdu. Aprelin 23-də jurnalistlərin də dəvət aldığı Park Bulvarın “Park Cineması”nda da filmin təkrak nümayişi oldu. Filmdə Mələk obrazını canlandıran aktrisa İranə Kərimova Operativ24.az müsahibəsini satımızda da olduğu kimi oxuculara təqdim edirik.  

- “Bəlkə də” filminin bu ay premyerası reallaşdı, artıq 3 həftə keçib və yenidən ekran əsərinə baxmaq üçün toplaşmışıq. Filmlə bağlı fikirləriniz maraqlıdır

Filmdə hər şeydən əvvəl sevgi, ruh, canlılıq var. İlk dəfə ssenariylə tanış olanda çox xoşuma gəlmişdi. Düşünürdüm ki, Mələk roluna təsdiqlənib-təsdiqlənməməimdən asılı olmayaraq mütləq bu filmə tamaşaçılarla birgə baxmalıdım. Şükürlər olsun ki, rola təsdiqləndim. Ümumi götürəndə Mənim üçün çox qürur duyduğum, xoşbəxt olduğum bir proyekt oldu.

- Həm balet, həm teatr, həm də kino aktrisasısınız, həmçinin seriallarda da yer alırsız. Hamsının öhtəsindən gəlmək çətin olmur?

- Bəzən teatr ilə filmi bir arada tutmaq çox çətin olur. Günümüzün 70 faizini teatra həsr edirik. Bu baxımından çətinliklərimiz, gərginliyimiz olur. Amma hər iki sahəni sevdiyim üçün maksimum çalışıram ki, işimin öhtəsindən layiqincə gəlim.

- Gənc aktrisa kimi səmimi fikiriniz maraqlıdır, teatr rejjissorlarının yoxsa kinorejissorların kaprizlərini çəkmək çətindir?

- (gülür) Heç kimin xətrinə dəymək istəmirəm, amma mənə doğma, əziz olan kino sahəsidir. Buna baxmayaraq teatrı da sevirəm, onsuz da olmaz. Çünki teatr aktyor və aktrisa olaraq gündəlik qidalandığımız yerdir.

- “Bəlkə də” filmi Azərbaycan kinosunda fərqli və yeni janrdır. Sizcə ekran əsəri özünü doğruldacaqmı?

- İnsanlar “Bəlkə də” filminin treyleri izləyəndə elə bilirlər ki, sıradan bir fantastik kinodur. Amma ekran əsərini izləyəndə görürsən ki, dramatik janrlı, təsirli, gözəl filmdir. Ümid edirəm ki, “Bəlkə də” özünü doğruldacaq.

- Azərbaycan kinosunun ən axsaq yeri tarixi filmlərimizin azlığı, həmçinin xarakterik rolların kasadlığıdır. Gənc aktrisa olaraq özünüzü həm xarakterik rollarda, həm qadın tarixi şəxsiyyətlərimizi canlandıran obrazlarda sınamaq istərdinizmi?

- Çox istəyirəm ki, Azərbacanda tarixi filmlər çəkilsin. Yavaş-yavaş bu istiqamətdə işlərə start verilib, sevindirici haldır. Təbii ki, tarixmizdə iz qoymuş məşhur xanımlarımızı canladırmaq, ən pis halda isə tarixi kinolarımızda epizodik də olsa, rol almaq istəyirəm. Xarakterik rollara gəlincə, komedik obrazlarda yer almaq arzumdur. Bu vaxta kimi təkliflər olub, amma inanıb, risk edəcəyim layihə olmadığından arzum reallaşmayıb. Gözəl, orijinal, cəlb edici layihə olsa, özümü vəziyyət komediyasında sınamaq istəyərəm.

- İranə Kərimova hansı məşhur qadın şəxsiyyətlərimizi canlandırmağı arzu edir?

- Tariximizdə iz qoymuş xanımları canlandırmaq istəsəm də, səmimi etiraf edim ki, konkret məhz obrazı canladırmalıyam deyə düşünməmişəm (gülür).    

ABDULLA İSMAYILOĞLU, Operativ24.az