"...İstanbulda universitetdə şeir oxuyan azərbaycanlı şairdən bir xahişim var. O, ora getdiyi zaman mənim İstanbullu gənclərimə desin ki, bizədə sənin Nazimin gəldi biz onu qardaş kimi bağrımıza basdıq və biz ona çox şey öyrətdik. Nə öyrəndisə bu dünyada çoxunu bizdən öyrəndi. Bunu söyləməyi unutmasın və məndən salam söyləsin. Çünki, bəlkə də mən məmləkətimə qovuşa bilmədim amma o məmləkətimi görür”. İl 1957

Bu çıxışı Türk dünyasının böyük şairi Nazim Hikmət Bakıda tələbələrlə görüşündə vurğulamışdır. Gələcəyi görən sənətkarın sanki çıxışı ilə sonrakı nəsillərə qardaş yurddan bir məktub buraxmış kimi dəyərli ismarıc verdi.

"Bakıya gəldim dünyalar mənim oldu” deyən şair Bakını öz ana yurdu kimi sevir və məhəbbət bəsləyirdi.

O zaman Azərbaycanın öndə gedən ziyallıları Nazim Hikmətə sevgi ilə qucaq açmış, onun həm insani keyfiyyətlərinə, həm də yaradıcılığına böyük qiymət vermişdilər. Məhz avanqard qələm sahiblərimizin köməyi ilə Nazim Hikmətin ilk kitabı "Günəşi içənlərin türküsü” (türkcə “Güneşe susayanların türküsü”) Bakıda nəşr olunmuşdur.

Bakıda özünü doğma evindəki kimi hiss edən şairin ətrafına həmin dövrün avanqard ədiblərimiz Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Mikayıl Rəfili və eləcə də adlarını çəkmədiyim onlarla yazıçılarımız toplaşırdı.Onlar Nazim Hikmətlə elmi, bədii, ədəbi müzkirələr aparır, qardaş Türkiyənin həmin zamanlardakı vəziyyətini müzakirə edirdilər.

Nazim Hikmət həm Üzeyir Hacıbəyovun həm də maestro Niyazinin sənətinə yüksək qiymət vermiş və onlara böyük məhəbbət bəslədiyini həmişə vurğulamışdır.

XX əsrin dünyanın dəyərli baletlərindən olan “Məhəbbət Əfsanəsi” əsərini Nazim Hikmətin pyesi əsasında bəstəkarımız Arif Məlikov yazmışdır. Bu baletin maraqlı yaranma tarixi olub. Belə ki, Nazim Hikmətə bildirmişdilərki gənc Azərbaycanlı bəstəkar Arif Məlikov əsərlərinin birinə balet bəstələmək istəyindədir. Türkiyəli ədib isə demişdir: "Mən ona (Arif Məlikovu nəzərdə tutur – red. E.İ) inanıram. İnanıramki bu balet bütün dünyada məhşur olacaq və seviləcək”.

Nazim Hikmət Moskva həyatındakı ən yaxın dostlarından biri Əkbər Babayev idi. Həmyerlimiz daim onun həyat vəyaradıcılığı haqqında araşdırmalar aparıb və Nazim Hikməti heç zaman tək qoymamışdır. Sosialist ruhlu şair Əkbər Babayevdən söz düşəndə onun barəsində vurğulayırdı: "Məni mənə tanıdan adam”.

Daim Vətən, məmləkət həsrəti ilə yanıb tutuşan şair həsrətini Bakıda - Xəzərin sahilində ovudurdu. Bakını həm İstanbula, həmdə İzmirə bənzədən Nazim baba şeirlərin birində qeyd edirki:

"Xəzərdə dost gəzər eyy

Düşmən gəzər”

deyərək düşmənlərin gözü həmişə Bakıda olmağını söz altında ifadə etmişdir.

Dəyərli elm xadimlərimizdən Aqşin Babayev Nazim Hikmətlə bağlı araşdırmalar aparmış və Nazim Hikmətin Bakıda olduğu zaman özünü necədə xoşbəxt hiss etdiyini dəfələrlə vurğulamışdır. Nazim Hikmət həyatda olmasa da, Bakıya olan məhəbbətini öz əsərlərində böyük sevgi ilə bildirmiş və azərbacanlı qardaşlarına dərin hörmət bəsləmişdir.

Azərbaycanxalqı var olduqca gözəl paytaxdımız küləklər şəhəri Bakı var olduqca Nazim Hikmət unudulmayacaq və küləklər şəhərində daima ölməz şairi daim yad edəcəyik.

Emin İsrafilov

Globkom.info