Bu həftə Bakı Atatürk Mərkəzində yazıçı, nasir, dramaturq, aktyor, həkim, maarifçi, ictimai, siyasi, dövlət xadimi, Azərbaycan Şura Cümhuriyyətinin banisi, görkəmli tarixi şəxsiyyətimiz Nəriman Nərimanovun dünyaya göz açmasının 155 qeyd olundu. Tədbirdə ədibin ev muzeyinin direktoru Ləman Hüseynova da iştirakçılar arasında idi. Globkom.info olaraq Ləman xanımla Nəriman Nərimanovun 155 illik yubileyi haqqında söhbətimi baş tutdu.

- Aprelinin 14-də Azərbaycanın böyük ictimai, siyasi, dövlət xadimlərindən biri Nəriman Nərimanovun anadan olmasının 155 illik yubileyi Bakı Atatürk Mərkəzində keçirildi. Dahi şəxsiyyətin ev muzeyinin rəhbəri olaraq fikirləriniz maraqlıdır...

- Beş il bundan əvvəl ölkə başçısı cənab İlham Əliyev Nəriman Nərimanovun anadan olmasının 150 illiyinin keçirilməsiylə bağlı sərəncam imzalamışdı, sadəcə pandemiyaya görə bu tədbiri həyata keçirmək mümkün olmamışdır. Şükürlər olsun ki, Azərbaycanın görkəmli şəxsiyyətinin dünya göz açmasının 155 illiyini Bakı Atatürk Mərkəzində keçirə bildik. Bir çox tarixçilərimiz, alimlərimiz, ictimai xadimlərimiz Nəriman Nərimanovla bağlı fikirlərini bildirdilər. Muzey əməkdaşı olaraq Nərimanovun şəxsiyyətini qərəzsiz, obyektiv formada cəmiyyətə çatdırmaqdır.

Nəriman Nərimanovun xalqımız üçün miras qoyduğu əsərləri, fikirləri, mübarizə yolu və Azərbaycan dövlətçiliyi var. Ölkəmizdə onun adına rayon, küçə, park var, heykəlləri mövcuddur, Azərbaycan Tibb Universiteti onun adını yaşadır. Rusiyanın Həştərxan vilayyətində Nəriman Nərimanov adına şəhər var. Sizcə, xalqımızın maarifçi oğlunun adına daha stipendiya, orden, medal da təsis edilməlidirmi?

- Nəriman Nərimanov elə bir tarixi şəxsiyyətdir ki, onun adına nəsə təsis etməyə ehtiyac yoxdur. Amma istedadlı gənclərimizi və savadlı insanlarımızı stimullaşdırmaq məqsədiylə sadaladıqlarınızı təsis etmək olar. Amma sırf Nərimanovun adını əbədiləşdirmək naminə dediklərinizin olması şərt deyil, zatən dünya və Azərbaycan mövcud olduqca onun irsi öyrəniləcək.

- Bizdə olan məlumata görə xaricdən də muzeyinizə təşrif buyuranlar çoxdur. Nəriman Nərimanovu həyat yolunu maraq bu qədərmi çoxdur?

- Bəli, xaricdən müntəzəm qonaqlarımız olur. Onlar arasında Nərimanovun həyat və yaradıcılığını, sosializm uğrundakı mübarizəsini öyrənmək istəyənlər də yetəri qədərdir. Məsələn, bu yaxınlarda Koreyanın Seul Universitetindən bir tələbə, həmçinin Yaponiyadan da tədqiqatçı muzeyimizə gəlmişdilər. Onların tədqiqan mövzusu Sovet İttifaqı olduğundan Nəriman Nərimanov şəxsiyyətinin öyrənilməsinə də xüsusi maraq göstərirlər. Qısası, əcnəbi tarxiçilər, araşdırmaçılar, siyasi və dövlət xadimlərinə marağı olan şəxslər məkanımıza gəlir və Nəriman Nərimanovla bağlı faktlardan agah olurlar.

ABDULLA İSMAYILOĞLU

Globkom.info