
Bu gün türk və müsəlman dünyasının görkəmli dövlət xadimi, yazıçı, publisist, maarifçi, dramaturq, həkim, Azərbaycan SSR-in qurucusu və ilk rəhbəri Nəriman Nərimanovun dünyaya gəlməsinin 155 illiyi ilə əlaqədar Bakı Atatürk Mərkəzində tədbir keçirildi. Adı çəkilən mərkəzdə mərhum dövlət xadiminin həyatı, yaradıcılığı və mübarizəsiylə bağlı ziyallılarımızın, o cümlədən tarixçi-alim Firdovsiyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova, dövlət xadimi, sabiq xarici işlər naziri Həsən Həsənov, fizika-riyaziyyat elmləri doktoru, yazıçı, publisist, şair Hamlet İsaxanlı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi, həkim-valioloq İbrahim Əsədli çıxışlar ediblər.
GlobKom.İnfo