Elə bil “ATV”-də telekanalında gedən xəbərlərin redaktoru Natiq Cəfərovdur. Amma bir qədər mövcud vəziyyətə dərindən baxanda görürsən ki, tək Natiq bəy yox, elə “ATV” jurnalistləri də eyni mənbədən -  burjua-faşist təbliğat maşınından qidalanıblar. Adamlar  eyni və bənzər söhbətlər edər, saxta yanaşma sərgiləyirlər. Məsələn, "300 mindən çox Azərbaycan vəətndaşı faşizmə qarşı müharibədə həlak oldu...."

Qızıl ordunun azərbaycanlı hərbçiləri, Azərbaycan vətəndaşları imişlər. Faşizm üzərində qələbədən danışırlarsa və bir kəlmə "Qızıl ordu" adını çəkmirlərsə, bilin ki, danışanlar özləri faşistdilər və boğazdan yuxarı ulayırlar, ürəklərində o Qələbəyə sevinmirlər.

Gündəlik təbliğatlaırnda Qızıl ordunu şərləyən faşistlər necə "faşizm üzərində Qızıl ordu zəfər çaldı" desinlər?! Gündəlik təbliğatlarında "SSRİ-də biz rusun koloniyası idik" narrativindən çıxış edən faşistlər eyni sovet dövrü üçün "Azərbaycan vətəndaşlığı" kəşfini etdilər.

Azərbaycan SSR və Qızıl ordunu tarixdən silən faşist zehniyyət o dövrdən necəsə pinsetlə "Azərbaycanın 300 mindən çox vətəndaşı" çıxarırlar... Natiq Cəfərov kimi imperializmı xidmət edənlər  "postsovet xalqları qalib gəlmişdi"sinə tay bir qebbelsvari ekvilibristikasıdır...

ATV-nin Almaniyadan reportajlar hazırlayan parabaş əməkdaşı deyir ki, "Rusiya bu qədər xalqların qanı hesabına əldə edilmiş qələbəni öz adına çıxır". İnanmıram ki, Almaniyada yaşayan o, debil Natiq bəyi izləyir, Natiq bəyi heç mən burdan-bura izləmirəm, sadəcə arada qarşıma atma-atma söhbəltəri çıxır. Dediyim kimi, onların hamısı eyni burjua-faşist təbliğat maşınının yalan-təhrifləri ilə qidalanırlar.

Putin hər il 9 May-da keçmiş sovet respublikalarının liderlərini ona görə Moskvaya dəvət edir ki, həmin Qələbədə payı olan xalqların indiki rəhbərlərilə o Qələbəni paylaşsın. Yəni adi bu həqiqəti çoxları görmür, başa düşmürlərsə, ya beyinsizdilər, ya də qərəzli faşistdirlər.

Hər 9 May çıxışında Putin bütün sovet xalqlarının töhfəsini qeyd edir. Bu dəfə də qeyd etdi, rus xalqının və Rusiyanın adına çıxmaq kimi nə dərdi vardı, nə də bir işarə. Hər halda həqiqət tərəfdarı olan hər kəs Putinin çıxışını dinləyə, oxuya bilər.

Xülasə, bizim faşislər 9 May hər cür ağız büzüb, aşağılamalar edəndə, qonşu Türkiyədəki kommunist bu şüarı paylaşıb:

“Şərsiz yaşayamaz faşist. Şər atmaq - faşistin nəfəs alışıdır”.

A.Sultanov

Globkom.info