Keçən postda beynəlxalq dəniz ticarət yoluna alternativ olacaq quru ticarət yolları haqqında yazmışdım: https://globkom.info/butun-xeberler/qezza-ehalisi-niye-soyqirima-meruz-qoyulur-esil-sebeb

Dəniz ticarət yollarına nəzarət Britaniyaya məxsusdur. Britaniya bu nəzarəti müxtəlif vasitələrlə həyata keçirir: dəniz daşımalarının sığortası (yalnız Britaniya tərəfindən aparılır), əsas (kritik) boğazlara nəzarət (boğazlarda yaratdığı oyuncaq cırtdan dövlətlər vasitəsilə), dəniz nəqliyyatı sahəsində beynəlxalq standartlar (demək olar ki, hamısının qərargahı Britaniyadadır) və s.

Müasir Britaniyanın gücü də məhz dünya dəniz ticarəti yollarına nəzarət etməsindədir. Onun hərbi gücü yoxdur. Hərbi güc kimi o ABŞ-dan, İsraildən və s. ölkələrdən (vaxtilə hətta çar Rusiya və Osmanlı imperiyalarından) istifadə edir.

Buna görə də Britaniya dəniz ticarət yollarına alternativ quru ticarət yollarının çəkilməsini həmişə özünün dünya hegemonluğuna, hətta mövcudluğuna qarşı müharibə elan olunması kimi qəbul edib.

Yeni "İpək yolu" və IMEC layihələri də bu qəbildəndir. Bu layihələrin hər hansı birinin reallaşmaması üçün Britaniya növbəti dünya və ya ən azı Orta Şərqdə uzunmüddətli və ağır regional müharibənin baş verməsi üçün əlindən gələni edəcək. Onun isə müharibələr yaratmaq sahəsində əsrlərə sığmayan təcrübəsi var.

I Dünya müharibəsinin səbəblərindən biri də məhz Britaniyanın ticarət yollarına nəzarət monopoliyasına qarşı təhdid olmuşdu. XIX əsrin 2-ci yarısından dünya bazarları uğrunda Britaniya ilə mübarizə aparan Almaniya ticarət yollarında Britaniya asılılığından can qurtarmaq üçün çarə axtarırdı. https://www.facebook.com/share/p/16ciWwhLca/

Bu dövrdə o 3B (Berlin - Bosfor (Bizans) - Bağdad) nəqliyyat layihəsini irəli sürdü. Layihəyə əsasən Berlindən Bosfora qədər mövcud olan d/y xətti Bosfordan Bağdada (2400 km) qədər çəkiləcək d/y xətti ilə birləşdirilməli, sonra isə bu yol Fars və Ədən körfəzlərinə qədər uzadılmalı idi. Layihə reallaşarsa, Britaniyanın Fars körfəzi ölkələrində, Süveyş kanalında, Qırmızı və Aralıq dənizlərində hökmranlığı mənasız olacaqdı.

Maraqlı və gərgin siyasi hadisələrin müşayiəti gedən çoxtərəfli danışıqlardan sonra 1903-cü ildə Osmanlı imperiyası 3B üzrə işə başlamaq üçün Almaniya şirkətinə konsessiya verdi. 1906-cı ilə yolun 900 km-i artıq çəkilmişdi (İzmit - Eskişehir - Konya - Ereqli). 1913-cü ildə Fars körfəzi və Küveytin statusu məsələsinin kəskinləşməsi ilə əlaqədar Britaniya, Almaniya və Fransa arasında Bağdad d/y ilə bağlı danışıqlar bərpa olundu. 29 iyul 1913-cü ildə Osmanlı ilə imzalanan konvensiyaya görə, Britaniya Fars körfəzinə qədər uzatmamaq şərti ilə Almaniyanın d/y-nu Bəsrəyə qədər tikməsnə razılaşdı. Kompromis tapmaq üçün Almaniya 1914-cü ilin iyununda Bağdaddan cənuba d/y xəttinin tikintisini Britaniyaya verdi.

28 iyul 1914-cü ildə isə I Dünya müharibəsi başlandı. Bu müharibədə Almaniyanın müttəfiqləri Avstriya-Macarıstan, Bolqariya və Osmanlı idi. İndi isə 1-ci xəritədə 3B d/y-nun keçdiyi ölkələrə baxın. Yəni bu ittifaq məhz logistik maraqlar ətrafında yaranmışdı. Antanta müttəfiqləri də da eyni səbəbdən yaranmışdı.

Müharibədə Almaniya və müttəfiqləri məğlub oldular və Britaniyanın logistik hökmranlığına təhdid uzun müddətə aradan qaldırıldı.

Asif Şəfəqqətov