Jurnalist həmkarım, idman yazarı Rəşad Ergün öz feysbuk profilində yaşına, başına, savadına yaraşmayan, olduqca qərəzli bir paylaşım edib. Paylaşımda qeyd olunub :

“9 may Qələbə günü yox, insanlıq tarixinin utanc günü kimi niyə qeyd edilmir? Hitler də əbləh idi, Stalin də”

Səmimi deyim ki, həmkarımdan futbol yazarı, AFFA tənqidçisi kimi çox şey öyrənmişəm. Onunla siyasi, elmi, fəlsəfi dünyagörüşlərimiz gecə-gündüz qədər fərqli olmasına və tez-tez mübahisə etməyimizə baxmayaraq, Rəşad əfəndi yazılarımı, məqalələrimi öz saytında həmişə dərc etdirib. Buna görə ona minnətdaram. Yəni, bizim fərqli əqidələrdə sahibliyimiz insan kimi düşmən olmağımız anlamına gəlmir.

Jurnalist həmkarımın qərəzlilikdən alışıb-yanan "savadlı" paylaşımına faktlarla cavab verək.

1. Nə Adolf Hitler, nə də İosif Stalin təsadüflər nəticəsində iqtidara gəlməyib. Onların hər biri acılı-ağrılı həyatlar yaşayıb, müharibələrdən keçdikdən sonra milyonların səsləri, arzuları ilə iqtidara gəlib.

 2. Hitler ilə Stalin öz xalqlarının liderləri idi və xalqları üçün dünyaya meydan oxuyurdular. Hər ikisi öz xalqını üstün etmək istəyirdi, necə ki, hər bir kəs öz ailəsinin rifahını yaxşılaşdırmağı hər şeydən üstün hesab edir.

3. Almaniya ilə SSRİ müharibəsi yalnız iki dövlətin yox, həm də iki fərqli qütbün, iki titanların şəxsi savaşı idi. Burda qalib də, məğlub da tarixdə əbədi olaraq öz yerini tutmaqla yanaşı daim açıq qalan məsələyə çevriləcəkdi.

4. Siz Rəşad Ergünün özünə örnək seçdiyi, Azərbaycan xalqına ideal siyasi xadim kimi sırıdığı Əbülfəz Əliyevdən (Elçibəy) fərqli olaraq nə Hitler, nə də Stalin hakimiyyətləri dönəmində fiaskolu siyasətləri ilə gündəmə gəlib rüsvay olmadılar.

5. Müharibə getdiyi məmləkətdə düşmənlə təmasda olan yerli özünü müdafiə batalyonlarını döyüş əməliyyatları rayonlarından çıxararaq şəxsi hakimiyyətini qurmaq üçün Ali Sovetin və digər dövlət orqanlarının binasına basqın etməklə Şuşanı, Laçını dığalara peşkəş edən nə kommunistlər, nə də nasistlər idi. Bunu edən sizin sevimli Elçibəyiniz və onun “cəbhəçi” tərəfdarları idi. Əbləhliyin ən bariz nümunələrindən də biri budur. Nə Hitler, nə də Stalin bu cür əbləhliklə iqtidara can atmayıb.  

6. İqtidarda olduğu 1 il 7 gün ərzində əhali arasında etnik, irqi, milli, dini ayrıseçkilik yaradaraq separatçılığa təkan verən, Kəlbəcər kimi strateji əhəmiyyətli rayonu ermənilərə təslim edən yenə demokrat Elçibəy və onun komandası idi.

7. Nə Hitler, nə Stalin müharibənin ən amansız, çıxılmaz vəziyyətlərində belə paytaxtlarını və onu müdafiə edən orduları başsız qoyub qaçmadılar. Amma sizin qibtə etdiyiniz Elçibəy Azərbaycan torpaqlarında müharibənin getdiyi, rayonların, qəsəbələrin, kəndlərin işğal olunduğu, dövlətçiliyin yox olma təhlükəsi olan bir vaxtda gecə ikən xəbərsiz-səmirsiz paytaxtdan qaçdı. Heydər Əliyev demiş: "Prezidentin harda olduğu məlum deyil".

8. İllər sonra Kələkidəki hücrəsindən çıxan Əbülfəz Əliyev çıxışlarında “Məni devirdilər, işləməyə imkan vermədilər” deyə aləmə car çəkəcəkdi. Adama deyərlər əgər devrilməyi, Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı naminə yürütdüyün siyasəti həyata keçirmək istəyirdinsə ortaya bütün siyasi iradəni qoyub rəqiblərinə, sənə imkan verməyənlərə qarşı amansız mübarizə aparmalıydın. Əgər bunu bacarmırdınsa vaxtında istefa verib getməliydin. Yox, əgər qalıb mübarizəni davam etdirəcəkdinsə sona qədər bunu etməliydin. Əbülfəz Əliyevin evi kitablarla, əsas da tarixi, siyasi, xatirə kitablarla zəngindir, heç olmasa bilik mənbələrindən 1973-cı ildə (həmin ildə Əbülfəz Əliyevin 35 yaşı vardı) Çilidə baş verən hərbi çevrilişdən dərs çıxarmalıydı. Əgər çıxarsaydı Kələkiyə qaçmağı yox, kommunist həmkarı olmuş Salvador Aliyende kimi gülləni başına çaxmalıydı. Qaçmağı ilə siyasi avantürist, əbləh olduğunu sübut etmiş oldu.

9. Nə Hitler, nə Stalin Elçibəy kimi "Biz bayrağımızı Tehrana, Pekinə sancacağıq" kimi absurd, gülünc iddialarla çıxış etməyib. Hitler və Stalin bəlli məqsədləri üçün dünyanı qarşılarına alıb, öz ağırlıqları ilə də tarixə möhür vurdular. Həm hərb sahəsində, həm siyasətdə, həm tarixdə müəyyən izlər qoyublar ki, bu gündə dünyanın aparıcı dövlətlərində onların nəaliyyətləri öyrənilir, barələrində araşdırmalar aparılaraq on minlərlə cild-cild kitablar yazılır, sənədli-bədii filmlər çəkilir. Bu qədər öyrənilən şəxslər əbləh yox, nəhəng tarixi fiqur, dünyanı dəyişdirən şəxslər olurlar. Odur ki, dünya durduqca Stalin, Hitler öz xalqları ilə yanaşı dünya xalqları içərisində də daim xatırlanacaq, qibtə ediləcək, tənqid olunacaq. Böyük-böyük zirvələri fəth etmək “Don Kixot”luğuna düşənlər də daim öz hücrəsindən kənara çıxa bilməyəcək və zamanla öz xalqı da onlara gülüb, rədd edəcək.

10. İnsan nə qədər cahil, nadan, qərəzli ola ki, “9 May”a Hitler və Stalinə görə qiymət verə. Məgər II Cahan savaşında xüsusi qəhramanlıqlar göstərmiş İsrafil Məmmədov, Həzi Aslanov, Ziya Bünyadov Zoya Kosmodemiyanskaya, İvan Kojedub, Erix Hartman, Otto Karius, Erix Rudorfer, Mihayel Vitman və adlarını qeyd etmədiyim yüzlərlə qəhraman döyüşçüləri tarix və xalqları fürerə, generalisimusa görə qiymətləndirib, yad edir?! Yoxsa Bakı başda olmaqla bütün Azərbaycanın müharibə zamanı istirablarını, acılarını, fədakarlıqlarını, mətanətini, qurbanlarını hansısa partiya və katibə görə yoxdan gəlməliyik?! Böyük Vətən Müharibəsi yalnız cəbhəyə yollanan 700 min azərbaycanlının yox, Azərbaycanda xalqının eləcə də SSRİ-də yaşayan və özünü azərbaycanlı hesab edən hər kəsin müharibəsidir. Çünki bu müharibə hər bir qapını döyərək əzizlərinin qara kağızını alan, bədənin bir hissəsini itirərək ömrünü əlil kimi sürdürməli olan insanların faciəsinə şərik olmağı nəsib etmiş, minlərlə yeniyetmələrin gəncliklərini yaşamadan qocalmasına gətirib çıxarmışdı. “9 May” nə Stalinin, nə Hitlerin, nə Kommunist partiyasının, nə də Rusiyanın bayramı deyil. Bu bayram SSRİ-də yaşayan keçmişini, vicdanını, şərəfini, əzizlərinin fədakarlıqlarını, qəhramanlıqlarını unutmayan başda azərbaycanlılar olmaqla bütün Sovet xalqının və insanlığın qorunması üçün çarpışan dünya xalqların bayramıdır. Ən ədalətli müharibə belə insan ölümü üzərindən həyata keçirilir. Belə bir ifadə var: müharibəni başladan yox, sonlandıranlar müdrikdir. “9 May” həqiqətən də insanlığın xilası günüdür. O insanlığın ki, müharibə davam etsəydi 70 milyon yox, 100,150,200, 300 milyon bəlkə də daha çox insanların məhvinə gətirəcəkdi. Elə olacağı təqdirdə böyük ehtimal nə Rəşad Ergün, nə də yaşamadığı dövrə qarşı ucuz populistlik edən onun kimilər dünyaya gələcəkdi.

Çox faktları işıqlandırıb Rəşad əfəndinin özünə örnək seçdiyi liderin necə əbləh, miskin, “9 May” təqvimin isə necə möhtəşəm bayram olduğunu sübut etmək olar. Amma düşünürəm anlamaq istəyənlər üçün yuxarıda vurğuladıqlarım kifayətdir.

Ukrayna-Rusiya müharibəsi başlayandan həmkarım tez-tez “Yaşasın Zelenski”, "Slava Ukrayinı" şüarı ilə diqqət çəkir. Ay Rəşad əfəndi, heç olmasa Hitlerə, Stalinə əbləh deməmişdən əvvəl bu gün Ukraynalı milliyətçilərin, döyüşçülərin, muzdurların qollarındakı svastikanı, oxuduqları "Mayn Kampf"ı, SS generalı Leon Dergelin yazdığı “Demokrat Hitler”, III Reyx, rusafobiya, ağ irqin üstünlüyü və s. bu kimi mövzularla zəngin ədəbiyyatları “mütaliyə”lərinə nəzər yetirsən pis olmaz. Hansı ki, döyüş meydanında hər Ukrayna hərbi birliyi darmadağın edildikdən sonra onların qoyub qaçdıqları düşərgələrindən, dotlarından, bunkerlərindən, səngərlərindən həmin kitablar, jurnallar çıxır. Əgər Rəşad Ergün Hitleri əbləh adlandırırsa o zaman ən böyük əbləh Zelenski, ən çox əbləhlər isə ukraynalı milliyətçilər, döyüşçülər, siyasi-ictimai xadimlərdir.

P.S Əslini, keşmişini, tarixini, zatını-kökünü tanımayanlar “9 May”ı insanlıq tarixinin utancı hesab edə bilər. Keçmişini, istirab çəkmiş nənə-babalarını unutmayan, vicdanı, namusu, qeyrətini itirməyənlər üçün 9 May həm insanlığın xilası, həm də qələbə günü kimi qalacaq və qeyd olunacaq.

ABDULLA İSMAYILOĞLU

Məqalə 17 may 2022-ci ildə azssr.blogspot.com saytında dərc olunub

(https://azssr.blogspot.com/2022/05/9-may-insanligin-xilasi-gunudur.html?m=1&fbclid=IwY2xjawKJwwhleHRuA2FlbQIxMABicmlkETFHenk2UnVqZU1CeTZaeU1xAR5d5Gfh1jKw37lhJ5Yqo-TYhLlMN3CQoj_Zwfg-N7kGyKiz_6FCVYkZbgLWQg_aem_dFz-enPuIPQK7Bd6sQwaRw)

P.S.1 Yazdıqlarımdan 3 il keçməsinə rəğmən Rəşad Ergun və dayısı Mahir Rüstəmov, həmçinin bu manqurtlar, keçmişinə tüpürən miskinlər hələ 71 illik Sovet dövrünü və Böyük Vətən Müharibəsində azərbaycanlıların igidliklərini, qəhramanlıqlarını aşağılayıb, söyməklə məşğuldurlar. Anlamırlar ki, keçmişə təhqirlər yağdırmaqla ilk olaraq öz zatlarını “yad” edirlər. Bu ikiayaqlını jurnalist həmkarım yazmaqla çox böyük qələt etmişəm, çünki belələri zurnalist, kimlərinsə diqtəsiylə hürən ikiayaqlılardır.