“Azərbaycan xalqının parlaq oğlu, “Sovet ittifaqı Qəhramanı”, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanov misilsiz igidliyi, qəhramanlığı, hərb sənətiylə, qanı və həyatı bahasına ölümsüzlük şöhrətini qazandı. Onun qəhramanlıq obrazı, şərəfli döyüş yolu Sovet Vətəni üçün böyük nümunədir. Həzi Aslanovun adı gələcək nəsillərin yaddaşından heç vaxt silinməyəcək”.

Bu sözləri erməni tarixçisi və jurnalisti Hayro Sarkisov ölməz Azərbaycan oğlu, sərkərdə Həzi Aslanov haqqında yazdığı “General Həzi Aslanov” kitabının girişindəndir (Aйро Саркисов «Генерал Ази Асланов» Азернешр, Баку – 1945. с. 5).

Həzi Aslanov yanvar ayında həm dünyaya göz açıb (22 yanvarda) və gözlərini (yanvarın 25-i) əbədiyyən yumub. Odur ki, bu yazımı qəhraman həmvətənimin mövludu və həlak olmasının 115 illiyinə həsr edirəm.  

Həzi Aslanov yalnız Azərbaycanın, azərbaycanlıların, SSRİ-in və sovet xalqının deyil, bütün bəşəriyyətin oğlu və qəhramanıdır. Çünki o, dünyaya ağalıq iddiasında olan III Reyxin amansız ordularına qarşı savaşırdı. Keçdiyi döyüş yolu da, doğulduğu yurdundan yüzlərlə kilometr uzaqlarda idi. Dünyanı faşizm ilə nasizm bayrağı altındakı təkqütblü olmağına imkan verməyənlərdən biri də şübhəsiz ki, sərkərdə Həzi Aslanovdur. Çox təəssüf ki, son 35 ildə məmləkətimizdə Azərbaycan xalqının qəhraman oğluna dil uzadanlar da tapılır. Ölkəmizdə onun adını, keçdiyi döyüş yolunu, amalını Azərbaycan Respublikasına heç bir aiddiyatı olmadığını anqıranlar peyda olmaqdadır. Bu murdar ünsürlər bir qədər də irəli gedərək bəyan edirlər ki, Həzi Aslanov SSRİ-in süqutuna qədər yaşatdız, bəsdir. Artıq o, bizə lazım deyil. Biz müstəqil Azərbaycan uğrunda canlarından keçən qəhraman oğul-qızlarımızın adını fəxrlə çəkməli, onların şərəfinə abidələr ucaltmalıyıq.

Xalq olaraq qəhramanlar yetişdirdiyimiz kimi, nankorlar, alçaqlar, şərəfsizlər və satqınlardan da azlıq çəkməmişik. İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə və adlarını çəkmədiyim onlarla qəhramanlarımıza qarşı aşağılama kompaniyası tarixən yadların qucağında oturaraq postlar tutan müsavatçıların və şərəf-ləyaqətdən daim pəhrizdə olan AXC rəhbərlərinin “işgüzarlığ”ı sayəsində başladıldı və bir qərinədən çoxdur ki, bu iyrənc təbliğat davam edir. Ömrünün böyük hissəsini Həzi Aslanovun həyat və döyüş yolunun araşdırılmasına, eləcə də onun ikinci dəfə Sovet İttifaqı Qəhramanı adına layiq görülməsiylə bağlı gizlədilən sənədlərin axtarıb tapılmasına həsr edən tədqiqatçı Musa Bağırov bir çox həqiqətləri xalqa çatdıra bildi. Təəssüf ki, adı çəkilən araşdırmaçı 2022-ci ildə dünyasını dəyişərək Həzi Aslanovun 115 illik yubileyini görə bilmədi. Amma Musa müəllim xalqımızın general oğlu ilə bağlı çox saylı məqalələri və “Sərkərdənin taleyi” adlı sanballı araşdırma kitabının bizlərə yaddaş goyub getdi. Mərhum tədqiqatçı Musa Bağırov həm 9 may  2018-ci ildə hafiztimes.com – a müsahibəsində, həm də Həzi Aslanovla bağlı çəkilmiş sənədli filmdə Əbülfəz Elçibəy hökuməti dönəmində qəhraman generala laqeyd münasibətin olduğunu və onların xalqımızın böyük oğluna ikinci dəfə Sovet İttifaqı Qəhramanı adının verilməsiylə bağlı təqdimat keçirməkdən də imtina etdiyini vurğulayırdı:

“SSRİ-in rəhbəri Mixail Qorbaçovun qarşısına Həzi Aslanovun ikinci dəfə qızıl ulduza təqdim olunması ilə bağlı faktları qoyduqdan sonra o, 21 iyun 1991-ci ildə sərəncama qol çəkməyə məcbur oldu. Çünki o, da ermənilər kimi istəmirdi ki, Həzi Aslanova ikinci dəfə qəhraman adı verilsin. Mən medalı və ordeni (Lenin ordenindən söhbət gedir – red. A.İ) götürüb, Bakıya gəldim. Həmin vaxt prezident olan Əbülfəz Əliyevin yanına getdim, məsələni danışdım. Qayıdıb dedi ki, Musa müəllim, bunun bizə dəxli yoxdur, Həzi Aslanov ruslar üçün vuruşub, onun bizə aidiyyatı yoxdur. Medalı, ordeni qəbul etmədi. Dedim ki, Əbülfəz müəllim, Azərbaycandan 700 min insan müharibəyə gedib, 350 mini həlak olub. Bu Azərbaycanın hərb tarixidir, şərəfi, şöhrətidir. Xahiş edirəm, bunu qəbul edin. O, isə götürmədi. Həmin Qızıl medalı və ordeni evə gətirdim. Onlar düz iki il evimdə qaldılar. Hara verə bilərdim? Heç kim qəbul etmirdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra bir müşavirə keçirilirdi. Mən də orada çıxış etdim. Sonra isə  ona yaxınlaşıb (Heydər Əliyevə - red. A.İ) dedim ki, həmin orden və medal iki ildir məndədir, heç kim qəbul etmir. O, isə “Nə danışırsan?! Haradadır?! Tez onları mənə gətir!” – dedi. Səhərisi gün saat 11.00-da ordeni də, medalı da götürüb Prezidentin qəbuluna getdim. Heydər Əliyev çox mehribanlıqla məni qucaqladı, orden-medalı məndən təhvil aldı. Bir gün sonra isə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhramanı adının verliməsiylə bağlı həqiqətləri xalqa çatdırmaq və bu məsələylə bağlı tədbirin keçirilməsi üçün fərman imzaladı”(“Bir gün də yaşasa müdafiə naziri olacaqdı – Həzi Aslanovun böyük sirri” https://hafiztimes.com/bir-gun-d%c9%99-yasasa-mudafi%c9%99-naziri-olacaqdi-generalin-olumunun-boyuk-sirri-musahib%c9%99video-ermeni/;

https://www.youtube.com/watch?v=l-azx_MkIBE 31:28 – 32:10 dəqiqələri).

Həzi Aslanov oğlu Tofiqə məktubunda yazırdı:

“Əzizim Tofiq! Sən yazırsan ki, atacan faşistləri bərk əzişdir! Gül balam, mən sənin tapşırığını dürüst yerinə yetirirəm. Aprelin 22-də (1943-cü ildə red. – A.İ) hücuma keçdik, tankımın tırtılları ilə 200 hitlerçini əzdim. Bunu sənin səadətin, xalqımızın xoşbəxtliyi üçün edirəm” (Hayro Sarkisov “Qvardiya generalı Həzi Aslanov”, Gənclik 1975. s. 21;

Sovet İttifaqı Qəhramanı tank qoşunları general-mayoru Həzi Aslanov kitabı, s. 29).

Həzi Aslanov “xalqımızın xoşbəxtliyi üçün bunu edirəm” ifadəsində Qədirqulu kişinin ailəsi, o cümlədən tifili Əbülfəzin də müharibəsiz, sülh-əminamanlıq içində xoşbəxt yaşaması üçün özünü düşmən gülləsi-mərmisi üstünə atırdı.  1943-cü ilin aprelində azərbaycanlı sərkərdə döyüş meydanında misilsiz qəhramanlıqlar göstərərək düşmən qüvvələrinə həm tələfatlar verib, həm də hərbi dühası ilə vermaxtın marşal və generallarını heyran edərkən, Ordubadın Kələki kəndindəki 5 yaşlı Əbülfəz güllələrin, tankların vahiməli səsindən, bombalarla şəhərlərin viran edildiyi mənzərələrdən uzaqda idi və evinin isti küncündə uzanıb yatırdı. İllər keçəcək və bu uşaq Sovet hökümətinin pulsuz, keyfiyyətli təhsilindən faydalanaraq şərqşünas olacaq, bir qədər sonra isə keçmişinə tüpürərək xalqımızın 70 illik tarixini, o cümlədən Böyük Vətən Müharibəsi zamanı dünya xalqlarına nümunə çəkilən azərbaycanlı qəhramanları, da aşağılayacaqdır. Alnına luzer siyasi xadim yazılan, bir illik iqtidarı dövründə fərari damğası alan saqqallı prezidentin Həzi Aslanova rişxənd etməsi, onu Azərbaycanın qəhramanlıq tarixində ağırlığı olan şəxsiyyət kimi görməməsi təbii haldır. Axı, bu yazıqlar cəsarət, döyüşkənlik, igidlik, qəhramanlıq, qeyrət sarıdan daim yoxsul olmaqla, qələbə dadmayan miskinlərdir. Ölməz  Azərbaycan oğlunun qəhramanlılqları haqqında nə danışmağa bir gün, nə də yazmaq üçün bir məqalə kifayətdir. Onun döyüş yolu ilə bağlı faktlardan aylarla danışsaq, silsilə yazılar yazsaq, tədiqiqatlar aparsaq yenə vaxt, ömür yetməz. General-mayor Həzi Aslanov haqqında məşhur simaların (qeyri-azərbaycanlıların, özüm yadlardan misal çəkirəm, bilinsin ki, Həzi Aslanovun məqamı nə qədər ucadır) dediklərini nəzərinizə çatdıracam.

Tank qoşunları general-mayoru Vasiliy Volskiy (sonralar general-polkovnik rütbəsinə qədər yüksələcək) Stalinqrad döyüşünün fəal iştirakçılarından və irəlidə gedən ali rütbəliydi. O, qanlı Stalinqrad vuruşması zamanı Həzi Aslanovun rəşadəti, igidliyini yüksək qiymətləndirib. Hayro Sarkisov bu barədə yazır:

“Korpus komandiri general Vasiliy Tomofeyeviç Volski hərb meydanını gözdən keçirərkən düşmənin darmadağın edilmiş maşınlarını, toplarını və arabalarını görcək gülümsəyərək dedi -  Baxan kimi bilirəm, bu, Həzi Aslanovun işidir”.

(Hayro Sarkisov “Qvardiya generalı Həzi Aslanov”, Gənclik 1975. s. 32)

Sovet İttifaqı marşalı Georgi Jukov xatırlayır ki, 51-ci ordu düşmənin müdafiəsini müvəffəqiyyətlə yardıqdan, rumınların dörd və almanların bir motorlaşdırılmış diviziyasını darmadağın etdikdən sonra general V.T.Volskinin 4-cü mexanikləşdirilmiş korpusu Plodovitoyeyə düşmənin müdafiəsini yarmağa göndərildi. Həzi Aslanovun tank alayı, 4-cü mexanikləşdirilmiş korpusun tərkibində, general T.İ.Tanoçişinin 10-cu tank korpusu isə əməliyyat zolağında vuruşurdu (G.K.Jukov “Xatirələr və düşüncələr” M, 1969. s. 433).

Sovet İttifaqının və Çexslovakiya Sosialist Respublikasının qəhramanı, marşal Andrey Yerömenko Həzi Aslanov barədə yazır:

“Verxne-Kumski bir neçə dəfə əldən-ələ keçmişdi. Qeyd etmək lazımdır ki, bərabər olmayan bu döyüşdə bütün hissələr müstəsna qəhramanlıq göstərdilər, podpolkovnik (polkovnik-leytenant) M.S.Diasamidzenin 1378-ci atıcı alayı, podpolkovnik H.Ə.Aslanovun 55-ci tank alayı, polkovnik D.M.Burdovun 235-ci tank briqadası və bəzi başqa hissələr xüsusilə fərqləndilər. Bu hissələr və birləşmələr axırıncı mərmi, axırıncı patron (güllə) qalanadək vuruşdular, altı gün davam edən dəhşətli döyüşlərin ağırlığına tab gətirdilər, lakin düşmənin qarşısında bir addım da geri çəkilmədilər.

...Verxne-Kumski rayonunda gedən döyüşlər öz mövqelərində möhkəm dayanan Qızıl Ordu döyüşçülərinin rəşadətinə ən parlaq misaldır. Onların adları Stalinqrad vuruşması tarixinə qızıl hərflərlə yazılmağa layiqdir”.

(A.İ.Yerömenko “Böyük dönüş. Stalinqrad dastanı” məqalələr məcmuəsində. M, “Elm” nəşriyatı, 1968. s. 148)

Sovet İttifaqı Qəhramanı, marşal Leonid Qovorov da Həzi Aslanov qəhramanlığını yüksək qiymətlənirərək demişdi:

“...Azərbaycanlıların gələcək nəsilləri tank qoşunları general-mayoru Həzi Aslanovun adını ehtiramla çəkəcəklər. Sovet İttifaqı Qəhramanı Həzi Aslanov bahadırcasına həyatı və ölümü, onun Stalinqraddan Riqa körfəzinə və Şərqi Prussiyaya qədər gedən zəfər yolu nəsillər üçün rəşadət, mərdlik, Vətənə sədaqət timsalı olacaqdır”. (Bakinskiy raboçiy, 27 aprel 1945-ci il sayı; Sovet İttifaqı Qəhramanı tank qoşunları general-mayoru Həzi Aslanov kitabı, səhifə 21)

Cənub-Şərq cəbhəsi Siyasi İdarəsinin rəisi, general-mayor P.İ.Popov igid azərbaycanlı oğlu haqqında yazır:

“Podpolkovnik H.Ə.Aslanovun komandanlıq etdiyi 55-ci əlahiddə tank alayının tankları müstəsna rəşadət göstərdilər. 4-cü mexanikləşdirilmiş korpusun başqa hissələri ilə birlikdə alay düşmənin 12 həmləsini dəf etdi. Almanların qüvvələri alayın qüvvələrindən üç-dörd qat üstün idi. Lakin alay davam gətirdi” (P.İ.Popov “Söz də döyüşdür. Stalinqrad vuruşması” məqalələr məcmuəsində. Volqoqrad, 1970. s. 117)

Böyük Vətən Müharibəsi iştirakçısı, tarix üzrə elmlər doktoru, SSRİ EA-ın üzvü Aleksandr Samsonov “Volqadan Baltikədək” kitabında Həzi Aslanovu belə xarakterizə etmişdir:

“55-ci tank alayına milliyətcə azərbaycanlı olan Aslanov komandir təyin edilmişdir. Həzi Əhəd oğlu Aslanov peşəkar zabitdir, o komsomol səfərbərliyi sayəsində orduya gəlmişdir. O, hündür boylu olmayan, arıq, canlı, bəsirət gözlü və aydın, ifadəli danışığı ilə diqqət çəkir. Həyata atıldığı vaxtdan Vətən sevər, Lenin ideyalarına sadiqliyi ilə seçilir. 14 yaşlı yeniyetməykən komsomola qəbul olmuş, zabitliyi zamanı isə kommunist olmuşdur. Açıq danışan, möhkəm əqidəli, prinsipial bir insan olan Aslanovun öz ətrafındakı adamlara təsiri çox güclü idi. O, döyüşdə qorxu nə olduğunu bilməyən, düşmənə qarşı amansız olmağı bacaran, yenilməz və mərd bir əsgər olduğu kimi, həm də çox xeyirxah, həssas yoldaş idi. Onun bir xasiyyəti də vardı, istəyirdi ki, ən çətin və məsul vəzifələrin yerinə yetirilməsi məhz ona tapşırılsın” (От Волги до Балтики. Очерк истории 3-ю гвардейского механизированного корпуса. 1942—1945 гг. издание 2-е, исправленное ш дополненное М., АН СССР, 1973. с. 20 )

Moskva sirkinin məşhur artisti, RSFSR-in “Xalq artisti”, BVM iştirakçısı, veteran tankçı Mixail Şuydin Həzi Aslanov barədə müsahibəsində deyəcəkdir:

“Çox igid adam idi. Tank həmlələrinə “Villis” maşınında gedirdi. Bilirsinizmi? Bu, dəbilqəli cəngavərlər sırasında siyirmə-qılınc getməyə bərabərdir. Gərək özünü ölməz hesab edəsən ki, bax bu cür hərəkət edəsən. O, mənə tank bağışlamış və demişdi ki, müharibədən sonra həyatda günəşdən çox gülüş olacaqdır”.

(“Cмeнa” jurnalı, 1964, N 4, səhifə 9; Sovet İttifaqı Qəhramanı tank qoşunları general-mayoru Həzi Aslanov kitabı, səhifə 24)

“Pravda” qəzeti Həzi Aslanov və onun tankçıları barədə vurğulayırdı:

“Bu günlərdə Sovet İttifaqı Qəhramanı adına layiq görülmüş podpolkovnik Aslanovun komandanlıq etdiyi tank hissəsi də qorxmazcasına, mətanətlə, bacarıqla, yenilməz iradə, qələbə çalmaq əzmi ilə vuruşmuşdur. Tankçılar düşməni müvəffəqiyyətlə və amansızcasına darmadağın etmiş, almanlar əks hücuma keçdikdə isə podpolkovnik Aslanovun rəhbərlik etdiyi hissə düşmənin basqınını dəf etmiş, beş gün ərzində faşistlərin 40 tankını, 50 avtomobilini və bir batalyon piyada qoşununu sıradan çıxartmışdır” («Прaвдa» qəzeti, 27 dekabr 1942-ci il sayı).  

Hətta adı Həzi Aslanovun ölümündə hallandırılan (təəssüf ki, ortaya dəlil sübut hələ də qoyulmayıb), azərbaycanlı sərkərdəyə paxıllıq edən dığa İvan Baqramyan belə onun qəhramanlığını etiraf etmək məcburiyyətində qalıb:

“Həzi Aslanovun adı ölməzdir. Bu ad bəşəriyyətin ən qəddar düşmənlərinə - hitlerçi faşistlərə qələbə çalmış xalqın xatirində əbədi yaşayacaqdır”.

(Hayro Sarkisov “Qvardiya generalı Həzi Aslanov”, Gənclik 1975. s. 6)

Rusiyanın “Zvezda” telekanalında Легенды армии” (Ordunun əfsanələri) verlişi rubrikasına Həzi Aslanova da sənədli film həsr olunub. Həmin ekran əsərində Rusiyanın məşhur Aleksey İsayev, Mixail Baryatinski Azərbaycanın qəhraman oğulu sərkərdəlik dühasıyla bağlı faktları dilə gətirirlər. Bu barədə çox danışmayıb linki paylaşıram ki, özünüz baxıb agah olasınız (Легенды армии. Ази Асланов - https://www.youtube.com/watch?v=MEHzCjUFr9M).

Yuxarıda qeyd etdiyim məsələyə yenidən qayıdıraraq demək istəyirəm ki, Həzi Aslanova nə fərari Elçibəyin, nə onun luzer ardıcıllarının, nə də avropalı lordların qucağında oturmağı, Sem dayının konqresmenlərinin gündəyməzini-penisi minet etməyi şərəf bilən müsavatçıların qiymətinə, dəyərinə ehtiyacı var. Tank qoşunları üzrə cəngavərimiz sağlığında Azərbaycan xalqı tərəfindən layiqli dəyərini alaraq insanlarımıza qəhramanlıq varisliyi qoyub gedib. O, qəhramanlıq ki, istənilən əsrdə yeni rəşadət, igidlik, sərkərdəlik səhifəsi yazmaqla azərbaycanlıların müharibə tarixlərini zənginləşdirir və zənginləşdirəcəklər. Həmçinin Həzi Aslanova yenə sağlığında xalqın əsl rəhbəri, el arasında kişi kimi tanınan Mir Cəfər Bağırov tərəfindən də təltifini alıb. Azərbaycanın 20 illik rəhbəri xalqın qəhraman oğlu haqqında 1943-cü ildə demişdir:

“...Azərbaycan xalqı, alçaq nemes-faşist işğalçılarını möhkəmliklə, mərdlik və bacarıqla qıran öz şanlı oğlunun igidliklərini eşidib şad oldu və fəxr etdi. Sizin əsgəri qoçaqlığınızı və düşmənə qalib gəlmək bacarığınız azərbaycanlı döyüşçülər və komandirlər üçün, Qızıl Ordu əsgərləri üçün nümunə olacaqdır. Qoy sizin zəhmli maşınlarınız Azərbaycan xalqının və qardaş Sovet xalqlarının azad və xoşbəxt yaşayışına qəsd edən hitlerçi quldur dəstələrini gələcəkdə də əzsin”.

(“Azərbaycanın qəhrman oğlu Həzi Aslanov” Azərnəşr, 1943. s. 5)

Mir Cəfər Bağırov Azərbaycan hərb tarixində ilk tarana gedən təyyarəçi kimi qəhramanlıq göstərən oğlu Cahangirə Sovet ittifaqı Qəhramanı adı verilməməsi üçün hər şey etdi. Hətta SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin belə Azərbaycan rəhbərini bu inadından döndərə bilmədi. Azərbaycan birinci şəxsi qısa və lokanik cavab vermişdir: “Mənim oğlum heç bir sovet əsgərindən artıq deyil”. Amma Mir Cəfər Bağırov üçün bir çox azərbaycanlılar o, cümlədən Həzi Aslanov çox üstün idi. O, tank qoşunları generalını Azərbaycan SSR-in Müdafiə Naziri postuna gətirmək istəyirdi. Amma onun vaxtsız və müəmmalı ölümü bu təyinatın həyata keçirilməsinə imkan vermədi. Nəticədə Bağırov həm özünün, həm də Azərbaycan gələcək dayağı olacaq böyük bir fiquru itirdi. Amma Azərbaycanın rəhbəri xalqın qəhraman oğlunun məmləkətimizdən uzaqlarda dəfn olunmasına imkan verməyərək onun nəşini paytaxtımızda dəfn olunmasına nail oldu.  

P.S Əminəm ki, SSRİ-yə soxulan Vermaxt qüvvələrinin feldmarşalları Fyodr fon Bok, Erix fon Manşteyn, Fridrix Paulus və digərləri onların hərbi birləşmələrinə sarsıdıcı zərbələr endirən polkovnik-leytenant Aslanovu həm lənətlər yağdırıb, həm də qibtə ediblər. İstənilən halda bu Azərbaycan qəhraman oğlu üçün daha bir ölməzlik zirvəsidir.

 

ABDULLA İSMAYILOĞLU

Globkom.info

 

Ədəbiyat siyahısı

 

1. Aйро Саркисов «Генерал Ази Асланов» Азернешр, Баку – 1945.

2. Hayro Sarkisov “Qvardiya generalı Həzi Aslanov”, Gənclik 1975.

3. “Bir gün də yaşasa müdafiə naziri olacaqdı – Həzi Aslanovun böyük sirri”(https://hafiztimes.com/bir-gun-d%c9%99-yasasa-mudafi%c9%99-naziri-olacaqdi-generalin-olumunun-boyuk-sirri-musahib%c9%99video-ermeni/)

4. General – Həzi Aslanov haqqında sənədli film (https://www.youtube.com/watch?v=l-azx_MkIBE)

5. Sovet İttifaqı Qəhramanı tank qoşunları general-mayoru Həzi Aslanov (biblioqrafiq göstərici) Azərbaycan Dövlət Nəşriyatı, 1985.

6.  G.K.Jukov “Xatirələr və düşüncələr” M, 1969.

7. A.İ.Yerömenko “Böyük dönüş. Stalinqrad dastanı” məqalələr məcmuəsində. M, “Elm” nəşriyatı, 1968

8. Bakinskiy raboçiy, 27 aprel 1945-ci il sayı

9. От Волги до Балтики. Очерк истории 3-ю гвардейского механизированного корпуса. 1942—1945 гг. издание 2-е, исправленное ш дополненное М., АН СССР, 1973.

10. “Cмeнa” jurnalı, 1964, N 4

11. «Прaвдa» qəzeti, 27 dekabr 1942-ci il sayı

12. Легенды армии. Ази Асланов (https://www.youtube.com/watch?v=MEHzCjUFr9M)

13. “Azərbaycanın qəhrman oğlu Həzi Aslanov” Azərnəşr, 1943.