
53 il bundan əvvəl 6 mart 1972-ci ildə Türkiyənin görkəmli solçu, marksist, aktivist, 1968-ci il etiraz hərəkatının təşkilatçılarından və liderindən biri, gizli Türk Xalq Qurtuluş Ordusunun yaradıcılarından olan Dəniz Gezmiş edam edildi. O, cəmi 24 il ömür sürsə də, Türkiyənin və Türk dünyasında müasir sol hərəkatında dərin izlər qoymağı bacardı. Dəniz Gezmişin məşhur aforizmlərini diqqətinizə çatdırırıq.
- Gənclik yalnız inqilab qarşısında məsuliyyət daşıyır, partiyalar qarşısında deyil;
- Hədsiz solçuluq eşqdir. Ona görə də insanların sol tərəfi hədəf alınır. Eşq bu qədər solçudursa, onun içindən sağ çıxmaq mümkünsüzdür;
- Vətən onu parça-parça satanların deyil, onun uğrunda dar ağacına gedənlərindir;
- Mən Amerikan imperializminə, Sovet revizyonizminə, Rumıniya riyakarlığına, Bolqar köləliyinə qarşı olan bir türk inqilabçısıyam;
- Biz heç bir şəxsi mənfəət güdmədən xalqımızın azadlığı və xoşbəxtliyi naminə savaşdıq;
- Strateji olaraq düşüncələrimizi heç vaxt gizlətmərik. Hansı şərtlərdə olursa-olsun fikirlərimizi açıqca dilə gətirərik. Düşüncələrimizlə məzara qədər gedərik;
- Vətən üçün yuxularımız çəkilibsə, artıq inqilab başlayıb deməkdir
- Bədənlər ölər, fikirlər əsla!;
- Burada ölən sadəcə bədənimdir, hansı ki, müvəqqəti bir can idi, gec-tez öləcəkdi. Amma düşüncələrimi öldürə bilməyəcəksiz, düşüncələrim yaşayacaq;
- Kimlər harda azadlıqları naminə mübarizə aparırsa, onların gözünün içinə bax ana, onda məni görəcəksən.
ABDULLA İSMAYILOĞLU
Globkom.info