
Artıq hamıya məlumdur ki, ABŞ postindustrial quruluşun (qlobalist nəzəriyyənin) ölkəni uçuruma apardığını görüb və ölkəni yenidən sənayeləşdirməyə (reindustralizasiya) çalışır. Bunun üçün nə edəcəyi haqda əvvəl yazmışam deyə onları təkrarlamıram: https://globkom.info/butun-xeberler/dunyaya-kimler-niye-nece-hokm-etmek-isteyir-qlobalistlerle-ultraqlobalistlerin-doyusu-analiz
Buna nail olmaq üçün ABŞ 2 əsas məsələni həll etməlidir:
1. ABŞ-da sənayeyə investisiya qoyulması üçün əlverişli şərait yaratmaq (yəni investor əmin olmalıdır ki, ABŞ-da istehsal edəcəyi məhsulu Çinlə rəqabətdə sata biləcək);
2. ABŞ-dan kənarda böyük premial bazarı nəzarətdə saxlamaq.
1-ci məsələni Çini çökdürməklə həll etmək olardı. ABŞ bunun üçün əlindən gələni etdi və etməkdədir: https://globkom.info/butun-xeberler/dunyada-ne-bas-verir-perdenin-arxasina-yuxaridan-baxis
Lakin Rusiyanı özünə tabe etmədən Çini boğmaq mümkün deyil: https://globkom.info/butun-xeberler/elbir-olub-bir-ayi-bir-sir-ile-ovlayacaq-dovsani-tedbir-ile-amerika-rusiya-cin-arasinda-qlobal-mubarize-qizisir
Artıq məlumdur ki, ABŞ Rusiyanı ram edə bilmədi, onunla Çinin arasına girə bilməyəcək. Deməli, Çini çökdürmək planı real deyil. Bunun belə olacağını proqnozlaşdırmışdım, lakin ABŞ-ın alternativ planın da olduğu əvvəl ağlıma gəlməmişdi. Dünyada baş verənlərə təhlil edəndə belə bir planın da olduğunu ehtimal edirəm.
B planı Avropanı çökdürməkdir. Avropanın inkişafı 2 amilə söykənirdi:
-ucuz Rusiya enerji daşıyıcıları (neft, qaz və məhsulları) və təbii sərvətləri;
- böyük Çin bazarı.
ABŞ Ukraynada müharibəni yaratmaqla Rusiyadan Avropaya gedən bütün neft-qaz kəmərlərini bağlatdı. Belarusdan keçən kəməri Polşada bağlatdı. Baltik dənizindən keçən kəmərləri isə partlatdı. Nəticədə Avropada enerji böhranı başladı. 2022-ci ildən Avropada sənaye üçün enerji qiymətləri 4-7 dəfə qalxıb. Bu isə Avropanın sənaye məhsulunun maya dəyərini artırır və onu rəqabətdə uduzdurur. Belə qiymətlərlə böyük enerji tutumlu sənaye sahələri (şüşə, gübrə, kimya, metallurgiya və s. sənayesi) işləyə bilməz. Avropada belə sənaye sahələri bağlanmağa, iqtisadiyyatda geriləmə başladı.
Eyni zamanda ABŞ Çinə qarşı müxtəlif sanksiyalar tətbiq etdi və Avropanı həmin sanksiyalara qoşulmağa məcbur etdi. Aİ-nin başsız liderləri də ABŞ-ın göstərişi ilə Çini ittiham etməyə başladılar. Aydındır ki, Çin də Avropaya qarşı kontrsanksiyalar tətbiq etdi. Avropa biznesi böyük Çin bazarını itirməyə başladı.
Beləliklə, ABŞ Avropanı hər 2 uğur amilindən məhrum etdi. Ağır vəziyyətə düşmüş avrobiznesə ölümcül gülləni vurmaq üçün Tramp bəyan etdi ki, aprelin 2-dən bütün Avropa mallarına 25% idxal tarifi tətbiq edəcək.
Avropa biznesinə şah və mat!
Avrobiznes Rusiya bazarını itirib, Çin bazarını itirə-itirə gedir, ABŞ bazarını yaxın aylarda itirəcək!
Əvvəl avrobiznes ümid edirdi ki, müharibə tezliklə bitəcək və hər şey əvvəlki vəziyyətinə qayıdacaq. Müharibənin uzandığını və sanksiyaların ləğv edilməyəcəyini anlayan biznes Avropadan qaçmağa başladı.
Amma ABŞ bu haqda da düşünmüşdü. Avrobiznes elə yerə qaçmalıdır ki, orada biznes qurmaq (investisiya qoymaq) üçün aşağıdakı əlverişli şərtlər olsun:
-enerji ucuz olsun;
-kifayət sayda texniki ixtisaslaşmış fəhlə və mütəxəssis kardları olsun;
-alıcılıq qabiliyyəti olan böyük sayda istehlakçı yaxın olsun.
Bu şərtlərə cavab 2 ölkə var: Çin və ABŞ. Çin daha uyğun idi, çünki işçi qüvvəsi ABŞ-la müqayisədə ucuzdur, texniki kadrları daha çoxdur, bazarı da böyükdür. Məntiqlə avrobiznes Çinə qaçmalı idi. Lakin ABŞ bunu da nəzərə alıb.
Bütün məlumatlar deməyə əsas verir ki, ABŞ Çinlə heç vaxt müharibəyə girməyəcək, xüsusən də Çin-Rusiya ittifaqı yaranandan sonra. Bəs niyə ABŞ dayanmadan Çinə qarşı isteriyanı qızışdırır, hərbi doktrinasında Çini 1 N-li düşmən elan edir, hərbi gəmilərini Çinin ətrafına toplayır, Çinə qarşı hərbi bloklar yaradır?
Bu hərəkətləri ilə ABŞ dünyanın inandırmağa çalışır ki, uzağı 5 ilə Çinlə müharibəyə girəcək. İndi özünüz deyin: belə perspektivi olan Çinə böyük (mənfəətini illər sonra gözləyən) biznes investisiya qoyarmı?
Deməli, Avropa biznesinin köçməyə bir yeri qalır- ABŞ. Göründüyü kimi, avrobiznes məqsədli şəkildə istiqamətləndirilir. Buna seçimin kanallaşdırılması deyilir. 1-ci məsələ beləcə həll edilir.
2-ci məsələ xarici bazar tapmaqdır. Çin bazarını ABŞ itirəcək, çünki Çin mallarına öz bazarını bağlayır. Bəs hansı yeni premial bazar qazana bilər? Əlbəttə, Avropa bazarını.
Avropa sənayesizləşdirildikdən sonra bütün sənaye mallarını idxal etməli olacaq. ABŞ Avropanı öz nəzarətində saxlamaqla ora Çin, Rusiya, Türkiyə, Hindistan mallarını buraxmayacaq və yalnız öz mallarını satacaq.
Bu səbəbdəndir ki, ABŞ Rusiyadan Avropaya gedən kəmərlərə, portlara nəzarət etmək istəyir. Çünki müharibədən sonra iqtisadi əlaqələr bərpa ediləndə elə tarif siyasəti aparacaq ki, Avropaya satılan enerji daşıyıcılarının və digər xammalın son qiyməti həmişə çox yüksək olsun və öz mallarına rəqabət yaranmasın.
Bir sözlə, Avropanı parçalayan elə onun "xaç atası" ABŞ-dır.
Maykl Karleone demişkən: It’s not personal – it’s business (xüsusi bir şey yoxdur, bu biznesdir).
Asif Şəfəqqətov
P.S. Bəzi detalları buraxdım, bəlkə sonra yazdım.