
Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi general Kit Kelloqun çıxışına (06.03.2025) diqqətlə qulaq asın. Görün o, nə qədər acız vəziyyətdədir, az qala əlləri əsir, suallara cavab verə bilmir.
Ondan dəfələrlə soruşurlar ki, siz Ukraynaya təzyiq edirsiniz, bəs Rusiyaya qarşı hansı təzyiq vasitələrindən istifadə edirsiniz? Cavablarına özünüz qulaq asın. Demək olar ki, hamısının cavabının mənası birdir: cənab Prezidentin yerinə mən cavab verə bilmərəm, o, nə etdiyini yaxşı bilir.
https://www.facebook.com/asif.shafaggatov.3/videos/9040797219379324
Demokratlar, həmçinin respublikaçıların da çoxu, Avropa ölkələri və Ukrayna siyasiləri, həmçinin bizdəki Amerika aşiqləri də Trampı tənqid edirlər ki, o, Putinə güzəştə gedir və ya nəyinsə müqabilində ona təzyiq etmir.
Əslində isə vəziyyət başqadır. Nə Tramp, nə də respublikaçılar heç vaxt Rusiyaya sevgisi ilə seçilməyiblər. Respublikaçılar həmişə militarist mövqeləri ilə fərqləniblər. Tramp isə Ukraynaya kütləvi şəkildə ölümcül silahlar verən ilk ABŞ prezidenti olub. Ona qədər heç bir ABŞ prezidenti buna cürət etməmişdi. Bəs nə baş verdi ki, Trampın və respublikaçıların Rusiyaya qarşı mövqeyi 180° dəyişdi?
Məsələ burasındadır ki, ABŞ Ukrayna müharibəsində Rusiyaya uduzdu!
Son 40 ildə ABŞ-ın məğlubedilməzliyi, qüdrəti, iqtisadi və siyasi gücü haqda o qədər böyük mif yaradılıb ki, hələlik heç kim buna inanmır, bunu qəbul edə bilmir. Ona görə də təəccüblənirlər ki, niyə ABŞ Rusiyaya təzyiq göstərmir? Axı uzağı 1-2 il də Rusiyanı sıxsalar, Rusiya dağılacaq (hər halda buna inanırlar). Dərd də burasındadır ki, Rusiya ilə belə qarşıdurmada ABŞ özü 1-2 il davam gətirməyə bilər.
ABŞ Rusiyaya qarşı bütün mümkün təzyiq vasitələrindən istifadə etdi – demək olar ki, va-banka getdi, özünə ziyan olan sanksiyaları da tətbiq etdi, amma Rusiyanı nəinki zəiflədə bilmədi, əksinə, Rusiya daha da güclənməyə başladı, həmçinin Rusiyanın Qlobal Cənub və Qlobal Şərqlə siyasi-iqtisadi münasibətləri möhkəmləndi. ABŞ-da isə hər şey əksinə oldu:
ABŞ-ın son təzyiq vasitəsi taktiki və strateji nüvə raketləri idi. Onu da Rusiya "Oreşnik"i nümayiş etdirməklə susdurdu. ABŞ Rusiyanın hipersonik raketləri qarşında tam silahsızdır. ABŞ bütün tarixi boyu xarici hücum qarşısında bu qədər aciz olmamışdı:
Yəni məsələ Trampda deyil. Trampı hakimiyyətə gətirənlər onun qarşısına məhz bu planı qoyublar: nə edirsən et, ABŞ-ı düşdüyü "dərədən" çıxart. Buna görə də ona hər əməlində "yaşıl işıq" yandırılıb – diktatorluq da edə bilər, Konstitusiyanı da tapdalaya bilər, ABŞ-ın ənənəvi dost ölkələrini bir çürük qoza da sata bilər, lap İblislə də dost ola bilər... təki ABŞ-ı xilas etsin.
Rusiya ABŞ-ın vəziyyətini yaxşı bilir. Buna görə də Ukraynada sülhə tələsmir. İndi müharibənin dayandırılmasını Trampdan çox istəyən lider yoxdur. Çünki müharibənin uzanması ABŞ-ın xeyrinə deyil: https://globkom.info/butun-xeberler/elbir-olub-bir-ayi-bir-sir-ile-ovlayacaq-dovsani-tedbir-ile-amerika-rusiya-cin-arasinda-qlobal-mubarize-qizisir
Müharibə uzanarsa, ABŞ dilemma qarşısında qalacaq:
1) Ukraynaya kömək etməlidir– bu halda iqtisadiyyatı bərbad olan ABŞ daha da pis vəziyyətə düşəcək;
2) Ukraynaya kömək etməməlidir– bu halda ABŞ dünyada söz sahibliyini itirəcək və dünyanın yeni bölgüsündə Rusiyanın tələblərini qəbul etmək məcburiyyətində qalacaq.
Trampın tez-tez Ukraynaya "əlində kartın yoxdur", Rusiyaya "bütün kartlar əlindədir" deməsi boşuna deyil. Ukraynada müharibə tezliklə dayandırılsa, Rusiya ilə qlobal danışıqlar stolu arxasında ABŞ-ın da əlində "kartlar" olacaq, dayandırılmasa, bu "kartları" itirəcək.
NƏTICƏ: Ukrayna ABŞ-ın (dolayısı ilə Rusiyanın) şərtləri ilə sülhə razı olanacan ABŞ Ukraynaya qarşı təzyiqləri artırmaqda davam edəcək. Zelenski razılaşmazsa, onu istənilən yolla vəzifədən uzaqlaşdıracaq.
Yəni əslində Trampı Ukrayna yox, ABŞ maraqlandırır, sadəcə, ABŞ-ın taleyi Ukraynada həll olunur.
Asif Şəfəqqətov
GlobKom.İnfo