
Müxtəlif Avropa ölkələri, xüsusən də Ukrayna, Britaniya, Fransa və Almaniya düşüblər Trampın üstünə ki, niyə Ukraynaya hərbi yardım etmirsən, niyə Rusiyaya qarşı Avropanı dəstəkləmirsən? Dəstəkləmirsə, deməli, Putinə satılıb və ya keçmiş KQB agentidir, ya da Putin onu aldadıb.
Bunun isə çox banal səbəbi var: PUL YOXDUR!
Tramp taxta oturandan sonra xəzinəyə baxıb və dəhşətə gəlib – XƏZİNƏ BOŞDUR!
Buna görə də onun indi etdiklərinin hamısının bir məqsədi var – XƏZİNƏNİ DOLDURMAQ!
Bu məqsədlə:
-USAID-i (ABŞ-ın beynəlxalq "yumşaq gücü", rəngli inqilablar "kontoru") bağladı – +$60-70 milyard;
-Amerika Milli Demokratiya Dəstək Fondu NED-i (digər rəngli inqilablar "kontoru") bağladı – +$40-50 milyard;
-Dövlət departamentlərində görünməmiş ixtisarlar gedir (Mask departamentlərin sayını 430-dan 99-a endirmək, 800 minə yaxın işçi ixtisar etmək istəyir);
-NASA-nın büdcəsini ixtisar edəcəklər (Bezosun layihəsi dayandırılacaq);
-Rusiya və Çinlə razılıq əsasında hərbi xərcləri 50% (!!!) azaltmaq istəyirlər;
-Bu baş verməsə, Pentaqonun büdcəsini (hazırda ~$1 trilyon) mərhələlərlə hər il 8-10% azaltmaq məqsədi götürüblər;
-Avropadan və Orta Şərqdən ABŞ qoşunlarını çıxarmaq istəyirlər;
-Dünyaya səpələnmiş 800-ə yaxın hərbi bazaların bir çoxundan imtina edəcəklər;
-Sosial sığorta xərclərini əhəmiyyətli dərəcədə azaldacaqlar (hazırda $1,3 trilyon büdcəsi var);
-Medicare (tibbi sığorta) sistemində də ixtisarlar aparacaqlar (büdcəısi ~$1 trilyondur);
-ÜST-dən çıxdı – yüz milyonlarla üzvlük haqqına qənaət etdi;
Gündəlikdə BMT-dən çıxmaq məsələsi də var;
-Kanada, Meksika, Çin, Britaniya və AB-yə qarşı tarif sanksiyaları tətbiq edir və ya etməyə hazırlaşır – +~$500 milyard;
-Tarif sanksiyası istəmirlərsə, ABŞ-dan baha qiymətə mallar almağı tələb edir;
-Ukraynanın azı $500 milyardlıq sərvətinə sahib olmaq istəyir;
-Kanada və Qrenlandiyanı zəbt etmək istəyir ki, onların sərvətlərinə havayı sahib ola bilsin;
-Panamanı ələ keçirmək istəyir ki, həm öz gəmilərinin kanaldan keçməyinə görə pul ödəməsin, həm də başqa ölkələrin gəmilərindən pul qazansın;
-İstehsal müəssisələrini ABŞ-a qaytarmağa çalışır;
-Çox bahalı və uzun sürən transgender (cinsdəyişmə) əməliyyatları xərclərinin büdcədən ödənilməsini ləğv etdi (təkcə bu il ABŞ-da 300 min belə əməliyyat planlaşdırılıb);
-Hətta $5 milyona "qızıl kart" satmağa başlayıblar və s.
Yəni Trampın bütün addımlarının arxasında $37 trilyonluq dövlət borcunu azaltmaq dayanır (bu haqda bir neçə ay əvvəl yazdığımı aşağıda ayrıca verəcəm). Bu ilin sonunadək dövlət borcunun $40 trilyona yüksələcəyi gözlənilir. Borcun qaytarılması üzrə illik xərc büdcənin 20%-ni təşkil edəcək! Bu ABŞ tarixində ən yüksək məbləğdir, hətta hərbi xərclərdən də çoxdur.
2025-ci il büdcəsi $2 trilyon kəsirlə planlaşdırılıb. Bu ABŞ-ın ÜDM-nin 7%-i qədərdir!
Siz də ABŞ-dan 90-cı illərin səxavətini və "fironluğunu" gözləyirsiniz...
Su meymunun boğazına çatanda balasını ayağının altına qoyar,– deyiblər.
Asif Şəfəqqətov
24 noyabr 2024 tarixində yazdığım
ABŞ-ın dövlət borcu $36 trilyondur!!!
Bu fantastik borcu təsəvvür etmək üçün belə bir misal gətirirəm:
Əgər siz borcunuzdan gündə $1 milyon qaytarsanız,
$1 trilyonu qaytarmaq üçün sizə 2740 il tələb olunacaq.
$36 trilyonu qaytarmaq üçün isə sizə 98640 il tələb olunur.
Mən hələ borca görə faiz ödəmələrini nəzərə almadım.
Aydındır ki, ABŞ normal rejimdə bu borcu heç vaxt bağlaya bilməz. Buna görə də, məncə, ABŞ-ın bir neçə çıxış yolu var:
1. Ya Rusiyanı, ya Çini özünə tam tabe etmək və onların hesabına borcları bağlamaq;
2. FRS-i dövlətə tabe etmək və borcları silmək;
3. Dövləti texniki defolt elan etmək və borcları silmək;
4. Dolları 25-30% ucuzlaşdırmaq və bunun hesabına borcları ödəmiyi asanlaşdırmaq. Zərurət yaranarsa, bu əməliyyatı təkrarlamaq;
5. Kriptovalyuta (əsasən, bitkoin) birjasına monopol nəzarəti ələ keçirmək, bunun sayəsində onun kursunu kəskin qaldırmaq və borcu kriptovalyuta ilə ödəmək.
Fikrimcə, 1-ci yol artıq iflasa uğrayıb. Digərləri isə Trampın planlarında var.
Nəzərə alın ki, uzunmüddətli yığım üçün dollar artıq etibarlı valyuta deyil. Kriptovalyutaların kursunun yüksələcəyi ehtimalı isə çox böyükdür.