Kapitalizmə nəfəs verən xüsusi mülkiyyətdir. Xüsusi mülkiyyət kapitalistlərin zəhmətkeşləri soymaq hüququdur. Bu, elə bir vəziyyət yaradır ki, istehsal etdiyimiz əməyin böyük bir hissəsi onların ciblərinə axır. Ona görə də burjua qanunvericiliyndə ilk növbədə mülkiyyət toxunulmazlığı təsbit edilmişdir.

Hər biriniz dəfələrlə harın sahibkarların “Mən sizə maaş verirəm, çünki bu, mənim zavodumdur”, “Bu mənim obyektimdir, sizi işdən qova bilərəm” - həyasız bağırtısına rast gəlmisiniz. Bütün bunlar siniflər arasında münasibətlər kimi xüsusi mülkiyyətin bilavasitə təzahürləridir.

Kommunistlər xüsusi mülkiyyətin əleyhinədir. Lakin xüsusi mülkiyyətin ləgv edilməsi fabriklərin və ya zavodların, bir sözlə istehsalat müəssisələrin məhv edilməsindən ibarət vandalizm aktı deyil. Xüsusi mülkiyyətin dağıdılması, ilk növbədə, bugünkü idarəçilərin müəssisənin gəlirlərini öz xeyrinə bölüşdürmək üçün üstünlük hüququndan məhrum etmək, istehsalat rəhbərlərinin ayrıca sosial qrup kimi onların ləğvinə qədər təyin edilməsi qaydasının dəyişdirilməsidir.

Kommunist cəmiyyətində idarəetmə funksiyaları əmək kollektivlərinə veriləcək; müəssisədə kim işləyirsə, bu vəzifələri bölmədən eyni vaxtda idarə edəcək.

Bu əsas prinsipləri başa düşmək indi, kapitalistlərin kommunist ideyası ilə fəal mübarizə apardığı, onu hər cür dəyişdirdiyi və təhrif etdiyi bir vaxtda çox vacibdir. Hətta faşist Almaniyasının məhkəməsi də (Georgi Dimitrovun məhkəməsi, hökm olmadan Ernest Telmanın qətli) Kommunist Partiyasını qanuni olaraq, qadağan edə və fəhlə sinfinin mənafeyinin haqlı olduğunu təkzib edə bilmədi.

Şəxsi mülkiyyətin məhv edilməsi zərurəti kapitalizmin mövcudluğunun bilavasitə nəticəsidir və burjuaziyanın şüurlu işçilərin iradəsinə qarşı müqavimət göstərməyə daha gücü çatmayacağı zamanın müstəsna məsələsidir!

Ədalət Abdinov

Globkom.info