Mənsur Hüseynov adlı oxucu bizə yazır: “İngilislərin və yaxud basqa xalqların var-dovlətmizi daşımasından söhbət gedirsə, bir fakt deyim. O vaxt Moskva Azerbaycandan 1 barel nefti 10 qəpiyə alırdı. Elə  Gurcustandan da 0,5 litr barjomini 10 qəpiyə alırdı. Bu idi ədalət?“

Bu və bu qəbildən ittihamlarla tez- tez rastlaşırıq. Düşünürəm ki, belə sualların cavablandırılması ictimai maarifləndirmə işinin bir parçası kimi olduqca vacib əhəmiyyət kəsb edir. Əvvələn barellə litrin fərqini bilməyənlərin nəzərinə çatdırmağı özümüzə borc bilirik. Bir barel 159.6 litrə bərabərdir ki, bu qədər neftə görədə heç vaxt 10 qəpik kimi sinvolik məbləğ ödənilə bilməzdi. Yox əgər oxucu litirlə bareli səhv salıbsa və bəlkə də bir barel əvəzinə 1 litir yazmaq istəyibsə onda oxucudan soruşmaq lazımdır -  bəs indi nefitmizi neçəyə satırıq? Nəzərinizə çatdıraq ki, Əsrin müqaviləsi çərçivəsində hasil olunan neftin orta bazar qiyməti hər barel üçün 55 dollar olub. Bu isə o deməkdir ki, 1 litr neftin satış qiyməti orta hesabla 25- 30 sent, yəni bizim pul ilə 20 qəpiyə satılırdı. Bəs Gürcüstanın 0.5 litr borjomi suyunu və ya 0.5 litr Esentuki mineral suyunu neçəyə alırıq? Orta hesabla yarım litrini 1 manata, bir litrini 2 manata alırıq. Nisbəti və FƏRQİ görürsünüzmü? Xaricilər 1 litr mineral suyu bizə, bizim 1 litr neftimizi onlara satdığımız qiymətdən 10 dəfə baha satırlar. Deməli hazırda 1 litr barjomi suyu 1 litr azərbaycan neftindən 10 dəfə baha satılır. Həm də nəzərə alın ki, mineral suyun çıxarılması heç bir vəsait və əziyyət tələb etmir, bu sular yerin səthinə təbii şəkildə çıxır neftin isə dənizin dibindən hasil olunub bazara çıxarılması milyardlarla investisya, illərlə əziyyət tələb edir. Amma nəticədə mineral su neftdən 10 dəfə baha satılır. Onuda nəzərə almaq lazımdır ki, sovet vaxtı neftin dünya bazarında satış qiyməti indikindən 2- 4 dəfə ucuz olub, hansı ki, bu qiymətləri Sovet İttifaqı müəyyən etmirdi. Oxucunun diqqətinə onu da çatdırırıq ki, 1918- 20- ci illərdə İngilislər, Almanlar, Osmanlılar Azərbaycandan talayıb apardıqları neftə görə heç bir qara qəpik də ödəmədilər, əksinə neftin daşınma xərcini belə müsavat hökuməti qarşılayırdı.

Sovet hakimiyyətini ancaq bir şeydə “ ittiham” etmək olar ki, hazırda dükanlarda 0.5 litri bizə 1 manata, 1 manat 20 qəpiyə satılan və keyfiyyətindən də bixəbər olduğumuz mineral suları cəmi 10 qəpiyə satırdı həm də dövlət keyfiyyət nişanı ilə. Soveti birdə onda “ ittiham” etmək lazımdır ki, sovetlər bizə nefti xammal kimi su qiymətinə satmaq əvəzinə EMAL edərək hazır məhsul kimi qat-qat baha qiymətə satmağın texnologiyasını öyrətmişdi. Nəticədə Azərbaycan Sovet Hakimiyyətinin axırıncı on illiklərində bir litr də nefti xammal kimi satmamış əksinə özü Rusiyadan və Qazaxıstandan neft alaraq emal etmiş və baha qiymətə satmışdır. Beləki, Azərbaycan ittifaq dönəmində cəmi 13 milyon ton neft hasil edəndə, təkcə Bakıdakı neft emalı zavodlarının emal gücü illik 25 milyon ton idi. Ona görədə respublikanın neftemalı zavodları tam gücü ilə işləsin deyə hasil etdiyimiz qədərdə nefti başqa respublikalardan alıb ondan 100 – ə qədər adda məhsul alaraq xammal yox, hazır məhsul ixrac edirdik. Bu nefti xammal kimi satmaqdan 5-6 dəfə daha çox gəlir gətirirdi. Bəs indi? İndi nefti ancaq ucuz xammal kimi həm də su qiymətindən belə dəfələrlə ucuza satırıq və bununlada İsrailin, İtalyanın və digər ölkələrin neftemalı zavodlarını ucuz xam neftlə təmin edirik. Onlarsa bizdən su qiymətinə aldıqları nefti emal edib, hazır məhsul şəklinə salaraq bizə 5-10 qat baha qiymətə satırlar. Hörmətli oxucu, budurmu ədalət?! Müstəqillik çarşabı altında min hoqqadan çıxan fahişə kapitalizm illərdir xalqımız istismar edir, talayır...

Mənbə: Feysbukadı Azərbaycan Kommunistləri səhifəsi 16 iyul 2013