Keçən ay bankların kredit portfeli 375 milyon manat artaraq 27 milyard manat səviyyəsini də keçib.

Oktyabrda bankların kredit portfeli 1.4% və ya 374.6 milyon manat artaraq 27 milyard 80.5 milyon manat olmuşdur.

GlobKom.İnfo xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının Statistik bülleteninin Oktyabr buraxılışında qeyd olunur.

Kredit portfelinin strukturu belədir:

- biznes kreditləri – 54% (14 milyard 628.1 milyon manat);

- istehlak kreditləri – 30.6% (8 milyard 277.8 milyon manat)

- ipoteka kreditləri – 15.4% (4 milyard 174.6 milyon manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.2 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.