
Azərbaycan faşistləri hər 28 Apreldə - "biz sürətlə inkişaf edəcəkdik, amma işğalçı Sovet Rusiyası və yerli bolşeviklərin xəyanəti olmasaydı”. Bu ifadəni 30 ildən çoxdur Sovet hökumətinə və sosializmə qarşı işlədərək anqırırlar.
Azərbaycan Sovet Sosialist Respublikası öz qüsurları və nailiyyəltəriylə bir tarixi həqiqit oldu. Faşistlər o nailiyyəltəri ümumiyyətlə görməzdən gəlir, bəzən hətta öz adlarına çıxırlar, ayrı-ayrı şəxslərin fövqəladə istedadına yozurlar... Qüsurları isə ya uydurur, ya da çox şişirdir, ya da təhrif edirlər.
Amma tarixi reallığa çevrilməyən 1918-1920-ci illərin I Cümhuriyyəti haqda "qalsaydı biz bu gün İsveçrəni də qabaqlayardıq" məzmunda şizofrenik əfsanələr danışırlar. Faşistlərin 23 aylılq Azərbaycan Cümhuriyyəti haqında uydurduqları əfsanə Atlantida əfsanəsi kimi bir şeydir.
Adı çəkilən cümhuriyyət tarixi reallığa çevrilə bilmədisə, onun necə olacağını hansı deduktiv üsulla təxmin etmək olar?
- Keçən əsrin əvvəlində xalqımızın necə olduğunu klassiklərimizin təsvirindən yola çıxaraq.
- O dövrün sosial həyatını, sosial-iqtisadi vəziyyətini, elm-təhsil səviyyəsini, kadr potensialını nəzərə alaraq.
- Hətta günümüzün, XXI əsrin kapitalizmini görərək, Azərbaycan SSR-dən bu kapitalist Azərbaycana güclü sənayə, kənd təsərrüfatı infrastrukturu, güclü elm-təhsil bazası, cahil faşistin, misal üçün, sovet dövründə kəndlərdə, kolxozlarda, əkin sahələrində qurduğu, yaratdığı on minlərlə km irriqasiya-meliroasiya infrastrukturandan bixəbərdir. Onları heç bir fermer, hətta bir neçə fermer qurub-yarada bilməz.Necə ki, yaratmayıb da! Amma sovetin yaratdıqlarını da dağıdıblar, ya da baxımsızlıqdan dağılıb.
- 1918-20-ci illərdəki Azərbaycanda irticacı kapitalizm qalsaydı məmləkətimizin vəziyyəti necə olardı? deyə sual etsək, Türkiyə Cümhuriyyəti, onun tarixi, keçmişi, bu gününə baxmaqla ən dəqiq və konkret cavabı almış olarıq. Kapitalist Azərbaycan heç vaxt kapitalist Türkiyə səviyyəsinə çatmayacaq - bu, 2X2=4 qədər həqiqətdir. Sovet Azərbaycanının istənilən onilliyini götürün, eyni illərin kapitalist Türkiyəsi ilə müqayisə edin. Bu cür müqayisələr dəfələrlə aparmışam. İndi növbəti müqaisə.Türkiyənin Xəbərlərində xalqı, daha doğrusu qadınları 2023-cü ildə görün nə ilə sevindirirlər. Konstitusiya məhkəməsinin təzə, hələ 9 aydan sonra qüvvəyə minəcək qərarında deyilir: artıq türk qadınlarına ərlərinin soyadına keçmək məcburi olmayacaq. Yəni, Türkiyədə bu günə kimi qadın üçün ərinin soyadına keçmək, ərinin soyadını öz soyadının yanına ikinci soyadı kimi dürtmək məcburi idi.
Halbuki sovet sosializmi vaxtı bizim qadınlara o hüquq 100 il əvvəl verilmişdi. Sovet qadınları ərə gedəndən sonra öz soyadlarında qala bilərdilər, ərinin soyadını götürmək onların seçimi olub - vəzifəsi, öhtəliyi deyil. Bundan başqa, ikili soyadından da istifadə edə bilərdilər, bu da könüllü idi. Həmçinin kişilər də öz arvadlarının soyadına keçə bilərdilər. Bilirəm, bizim camaat üçün gülməli səslənir, bəlkə bizim camaat heç sovet vaxtı da bunu bilməyib, amma sovet qanunvericiliyi kişiyə də eyni hüququ vermişdi: könüllü olaraq arvadının soyadını götürə bilərdi.
1920-ci ildə Azərbaycanın müstəqil qalmaq şansı sıfır idi. Bu həqiqəti dərk etməyən adamın tək adı "cahil" ola bilər. Bir Fantastik (absurd) versayımı da qeyd edim ki, Azərbaycan Cümhuriyyəti, yəni irticacı kapitalist, ağaların-bəylərin xozeyinlik etdiyi Azərbaycanın formal da olsa, yəni AzSSR kimi müstəqil qalsaydı xalqımız 1970-ci illərə qədər feodal qaydalardan, gerizəkalılıqdan, nökərçilikdən çıxara bilməyəcəkdi. Əksini düşünənin də cəmi bir adı var - cahil.
Cənab Ərdoğan “həzrət”lərinin hakimiyyəti dövründə qeyri-rəsmi qadağan edilmiş "Zübük" filmində 1970-1980-ci illərin kapitalist Türkiyəsini və əhalinin sosial həyatı necəliyini görmək olar. Əsas da Kamal Sunalın canlandırdığı obrazda deputat seçilsəm, məktəblər əvəzinə məscidlər tikdirəcəm deməsi və aponentinin ona insanlar ibadətlərinin evlərdə də edə bilər, amma evlərdə təhsil verilə bilməz, bunun üçün məktəblər lazımdır.
A.Sultanov
Globkom.info