
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın rəqibi bilindi. Ağdamlılar turnirin II təsnifat mərhələsində “Şelburn” – “Linfild” cütünün qalibi ilə qarşılaşacaq. “Atlılar”ın ilk oyunu ilə bağlı veteran futbolçu Zaur Həşimov Globkom.info –a açıqlamasında bunları dedi.
“Qarabağ” həm “Şelburn”, həm də “Linfild”dən üstün komandadır. Hətta “köhlən atlar” illər əvvəl “Linfild” ilə pley-off oynamış və iki qarşılaşmanın nəticəsinə görə təmsilçimiz qalib gəlmişdir. Odur ki, Avropa klublarından II təsnifat mərhələsinə vəsiqəni təmin edəcək tərəfin başlıca məqsədi Ağdam komandasına müqavimət göstərməyə və qapılarını maksimum toxunulmazlığı təmin etmək olacaq. Hesab edirəm ki, Qurban Qurbanovun yetirmələri turnirdəki ilk sınağından uğurla keçəcəklər”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info