Dünən Mərdəkanda yığmamız Macarıstan seçməsiylə yoldaşlıq oyunu keçirdi. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsiylə başa çatdı. Matçdan sonra yığmamızın üzvü İsmayıl İbrahimli Globkom.info – a danışdı.

- Macarıstanla qarşılaşma ilə bağlı fikirlərin maraqlıdır...

- Rəqibimiz kifayət qədər güclü komandadır. Onların heyətində ulduz futbolçular var. Buna rəğmən yaxşı mübarizə apardıq, döyüşdük.

- Səncə, Latviya və Macarıstanla yoxlama oyunları seçmə mərhələyə hazırlıq üçün kifayət edəcəkmi?

- Qrup mərhələsindəki rəqiblərimizin gücü hamıya yaxşı bələddir. Amma biz yaxşı mübarizə aparmağa fokuslanmışıq.

Qarşıdakı mövsümü “Zirə”də olacaqsan yoxsa “Qarabağ”a qayıdacaqsan

Böyük ehtimal qəsəbə təmsilçisində qalacam.

ABDULLA İSMAYILOĞLU

Globkom.info