
U-21 seçməmiz təlim-məşq toplanışı başa çatdı. Gənclər yığmamız iki yoxlama matçında bir məğlubiyyət aldı və bir heç-heçə etdi. Belə ki, seçməmiz ilk görüşdə Belaruslu həmyaşıdları 3:1 uduzdu, monteneqrolularla görüşdə isə qolsuz bərabərliyə nail. Globkom.info olaraq bu yoxlama matçları ilə bağlı veteran futbolçu Adil Mahmudovun fikirlərini öyrəndik.
“Ayxan Abbasovun gəlişiylə U-21 millimizdə canlanma hiss olunur. Əvvəlki yoxlama oyunlarında onlar qələbə qazanıb, heç-heçəyə nail olmuşdular. Bu dəfəki iki sınaq oyununda məğlubiyyət və heç-heçəyə nail oldular. Görüləsi işlər çoxdur. Gəlin, açıq danışaq uşaq futbolumuzda problemlər çoxdur. Həmçinin yeniyetmə futbolçuların yetişməsi üçün yaxşı vəziyətdə meydança və infrastrukur yoxdur. Sadaladığım məsələlərdə də nöqsanlar çox olduğundan futbolçu yetişdirməkdə çətinlik çəkirik. Hazırda Ayxan müəllim böyük yükün altına girib, hamımız ona kömək etməli və inanamalıyıq. Hesab edirəm ki, o, gənclər yığmamızın nəticələrinin yaxşılaması üçün əlindən gələn hər şeyi edəcək. Həmçinin yaxın illərdə ölkəmizdə futbolun ekosisteminin də yaxşılaşdırılacağına inanıram”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info