Ötən həftə “Sabah” Azərbaycan Kubokunda “Qarabağ”a üstünlük gələrək ilk dəfə titul qazandı. Bu münasibətlə “bayquşlar”ın futbolçusu Anatoli Nuriyev Globkom.info – a müsahibə verdi.

- “Qarabağ” üzərindəki qələbə və kuboka sahiblənməyinizlə bağlı təəssüratların maraqlıdır...

- Çox çətin, emosional və bizim xoş bir nəticəylə bitən oyun alındı.  “Qarabağ” çox layiqli rəqibdir, onlarla mübarizə qalib gələrək kuboka sahiblənmək böyük uğur hesab edirəm. Ağdam təmsilçisiylə matçda bizi onlardan bir qədər çox istəkli idik.

- İlk titulunuzu qazandız, bu sizə həm avrokuboklarda, həm də növbəti mövsüm üçün daha yaxşı mübarizə aparmaq üçün motivasiya verəcəkmi?

- Bu il çempionatda uğursuz düçar olduq və mövsümü 5-ci pillədə tamamladıq. Ona görə də bütün diqqətimizi kuboka fokusladıq. Buna baxmayaraq daha yaxşı çıxış etmək üçün üzərimizdə çalışmalı və oyun planında artırmalıyıq. İnşallah irəli daha yaxşı mübarizə aparcağımıza inanıram.

- “Sabah”da qalacaqsanmı?

- Bu barədə hələlik nəsə deyə bilmərəm. 

ABDULLA İSMAYILOĞLU

Globkom.info