
II Liqada çempionluğa iddialı komandalardan biri “Araz Saatlı” olsa da, komanda finişi 8-ci pillədə tamalmadı. Bu il qarşıya qoulan hədəflərə çata bilməyən Saatlı təmsilçisinin gələn mövsümkü hədəfləri nə olacaq? Globkom.info olaraq bu suala cavab tapmaq üçün klubun prezidenti Ədalət Abdullayevlə əlaqə saxladıq.
“Olduqca ağır mövsüm keçirdik. İstər I, istərsə də II dövrədə qarşımıza mükafatçılar sırasında yer almağı hədəf qoysaq da, alınmadı. Maliyyə sıxıntısı mövsüm boyu bizi müşahidə etdi. Nə qədər çalışsaq da, maliyyə qanaqları tapa bilmədik və buna görə də çətinliklər yaşadıq. Həm sponsorluğumuzu, həm də çempionatın gərginliyini nəzərə alsaq, minimum hədəfimizi – II liqada qalmağı reallaşdıra bildik. Hansı ki, çempionatda qalmaq üçün 7-8 komanda gərgin mübarizə aparırdı. Şükür ki, bu sınaqdan üzü ağ çıxdıq. Amma gələcək üçün ümidliyik, ləng də olsa, peşəkarlaşma yolunda addımlamaqdayıq, sponsor axtarışlarımızı da davam etdiririk”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info