
Avrokuboklar ölkəmizi təmsil edəcək klublarımızın rəqibləri bəlli oldu. “Qarabağ” – “Şelburn” – “Linfild”, “Sabah” “Selya”, “Zirə” “Hayduk”, “Araz-Naxçıvan” isə “Aris” ilə qarşılşacaq. Veteran futbolçu Samir Əliyev Globkom.info –a açıqlamasında komandaların şanslarını dəyərləndirdi.
“Qarabağ”dan başqa digər 3 təmsilçilərimiz çətin rəqiblər düşdü. İstər “Hayduk”, istər “Aris”, istərsə də “Selya”nın kifayət qədər avrokubok təcrübəsi var. Klublarımızın işi çətin olacaq. Onu da xüsusi vurğulamaq lazımdır ki, “Zirə” ilə “Sabah”ın az da olsa avrokubok təcrübəsi olsa da, “Araz-Naxçıvan”ın bu stajı yoxdur. Muxtar Respublika təmsilçisinin işi daha çətin olacaq. Buna rəğmən futbolda əvvəldəcən nəticəni demək olmur. Yaşıl meydanda hər cür nəticə və sensasiylar reallaşır. Düşünürəm ki, komandalarımızın heyətlərini gücləndirməklə, yaxşı toplanış keçməklə və oyunlarda əzmkarlıq göstərməklə mərhələ keçmək şansları var. Hər bir təmsilçimizə uğurlar arzu edirəm”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info