Bu həftə Azərbaycan yığması doğma divarlar arasında Macarıstan seçməsini qəbul etdi. Qarşılaşma macarların 2:1 hesablı qələbəsiylə başa çatdı. Həm oyun, həm də qarşıdakı planlarla bağlı ölkənin əsas komandasının üzvü Anatoli Nuriyev Globkom.info – a danışdı.

- İki yoxlama oyunları keçirdiz, toplanışda heç olmasa bir qələbə qazanmaq üçün nə çatmadı?

- Yaxşı toplanış oldu. Latviyada yaxşı mübarizə aparsaq da, qol vura bilmədik. Bakıda macarlarla görüş bizim həm çətin, həm də maraqlı oldu. Onlar yaxşı rəqibdir. Nə qədər maraqlı qarşılaşma olsa da, məğlub olduğumuza görə qəmginik. Artıq 10 oyundu uğur qazana bilmirik, bu heç də xoş deyil.

- Son saniyəyə kimi döyüşdüz, ikinci qol üçün nə çatmadı?

- Çox çalışdıq, meydanda bütün gücümüzü qoyduq. Deməzdim ki, bəxtimiz gətirmədi. Çünki rəqibin qol vurmaq üçün fürsətləri oldu və onlar da yararlana bilmədilər. Son saniyələrdə hesabı bərabərləşdirmək şansımız olsa da, alınmadı.

Son iki yoxlama matçları qarşıdakı qrup oyunları üçün yaxşı hazırlıq olacağını düşünürsənmi?

- Hesab edirəm ki, faydalı oyunlar oldu, əsas da Macarıstan seçməsiylə. Onlar kifayət qədər güclü kollektivdir və macarlarla qarşıdurma bizim üçün yaxşı təcrübə oldu.

ABDULLA İSMAYILOĞLU

Globkom.info