
İki gün öncə Sumqayıtda baş tutan kubokun final matçında “Sabah” “Qarabağ”a üstün gələrək ilk dəfə titul qazanmaqla tarix yazdı. Masazır təmsilçisinin qapıçısı Yusif İmanov uğurları və gələcək planlarla bağlı Globkom.info – a danışdı
- Axır ki, ilk titulunuzu qazandız, bu barədə nə deyərdin?
- Bu il çempionat bizim üçün yaxşı keçmədi, ona görə də bütün diqqətimizi kubok turnirinə fokusladıq. Çox şükürlər olsun ki, illərlə arzuladığımız nəticəni qazandıq və “Sabah”ın uğuru ilə klubun tarixində yeni bir səhifə açdıq. Düşünürəm ki, bunun ardını gətirməliyik. Hamımızın sevincinin həddi-hüdudu yoxdur.
-Həm bərabərlik, həm də qələbə qollarını son dəqiqələrdə vurduz, oyunun əlavə vaxta gedəcəyini görəndə nə düşündün?
- Çox həyəcanlı idik, dəhşətli hislər idi. Meydanda olanda heç belə emosiyalar keçirmirsən. Hələ əlavə vaxtın da penaltilər seriyasını getməyi doğru olduğunu görəndə daha da həyəcanlanırsan. Amma şükürlər olsun ki. Tellurun qolu bizi həm penalti seriyasından qorudu, həm də kubok qazandırdı.
- Avrokuboklarda uğurlu çıxış edəcəyinizi gözləyirsənmi?
- Əlbəttə. Hamılıqla buna inanırıq və əlimizdən gələn hər şey edəcəyik ki, Avropla liqasında maksimum irəli gedək.
ABDULLA İSMAYILOĞLU
Globkom.info