
Azərbaycan Premyer Liqasının XXI turunda “Şamaxı” səfərdə “Neftçi”yə məğlub oldu. Bununla da bölgə təmsilçisi qış fasiləsindən sonra arxada qalan 3 oyuna xalsızlığı davam etdi. “Şirlər”in futbolçusu Vladislav Veremeyev Globkom.info – a danışdı.
“Səfərdə oynasaq da, ilk dəqiqələrdən çox istəkli idik. Məqsədimiz rəqibi maksimum təzyiq altında saxlayıb erkən qol vurmaq idi. Qol üçün fürsətlərimiz olsa da, yararlana bilmədik. Belə olduqda, fasilə ərəfəsində ani səhv nəticəsində qapımıza penalti təyin olundu və meydan sahibləri fürsətdən maksimum yararlananaq ilk yarını qalib kimi başa vurdular. Artıq 3 tur arxada qalsa da, xalımız yoxdur. Təbii ki, bu xoş hal deyil. Amma inanıram ki, komanda olaraq yol verdiyimiz səhvlərdən nəticə çıxaracaq və qarşıdakı oyunlara daha ciddi hazırlaşacağıq”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info