
Bu həftə I Liqada baş tutan “İmişli” – “Qəbələ” qarşılaşmasında qonaqlar qələbə qazandılar. Bununla da “qırmızı-qaralar” vahid liderliyini bir qədər də gücləndirdi. Hazırda bölgə təmsilçisi ən yaxın izləyicisindən 7 xal qabaqdadır. “İmişli” üzərində qələbədə komandasının qollarından birinə imza atan Şahin Şəhniyarov danışdı.
“Çətin oyun olacağını bilirdik. Ona görə matça yaxşı hazırlaşmışdıq. Baş məşqçimizin tapşırıqlarına əlimizdən gələn qədər riayət etməyə çalışdıq. Çox sevincliyəm ki, əziyyətimizin bəhrəsini gördük, qələbə qazandıq. Qələbəmizdə vurduğum qolla pay sahibi olduğum üçün özümü xoşbəxt hiss edirəm”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info