“Qəbələ” qış fasiləsindən sonrakı ilk oyununda xal itkisinə məruz qaldı. Komanda XII turda doğma divarlar arasında “Baku Sportinq”in müqavimətini qıra bilmədi. Amma XIII turda səfərdə “Difai Ağsu”nu məğlub edə bildi. Arxada qalan iki turla bağlı “qırmızı-qaralar”ın futbolçusu Ruslan Vorontsov Globkom.info – a açıqlama verdi.

“Çempionatın açılış turunda olduğu kimi qış fasiləsindən sonrakı turda həmişə ağır, gərgin keçir. Oyunlara gəlincə, hər iki rəqiblə çətin qarşılaşa oldu. “Baku Sportinq”lə görüşdə çoxsaylı qol imkanları əldə etsək də, son nöqtəni qoya bilmədik. “Difai Ağsu” ilə səfər matçında da ciddi müqavimətə rast gəldik. Amma əsas odur ki, bizə lazım olan bir qolu vura bildik. İstənilən çempionatda ikinci yarı daha gərgin, dramatik keçir. Bütün komandalar maksimum nəticəyə köklənib. Amma daha yaxşı oyun sərgiləyib, nəticələrimizi bir qədər də yaxşılaşdırmalıyıq. Məqsədimiz hər oyunda qələbə qazanmaq və çempionluqdur. Hazırda I Liqada məğlub olmayan yeganə komanda bizik. Çox istərdik ki, elə mövsümdə məğlub olmadan çempion olaq”.

 

ABDULLA İSMAYILOĞLU

Globkom.info