
XXI turda “Sumqayıt” doğma divarlar arasında “Araz-Naxçıvan”ı qəbul etdi. Görüş qolsuz başa çatdı. “Kimyaçılar”ın legioner futbolçusu həmin matçla bağlı Globkom.info – a danışdı.
“Son turda bərabər səviyyəli oyun alındı. İlk yarıda topa nəzarət bizdə idi. Bir-iki qol vura bilərdik, amma şanslarımızdan yararlana bilmədik. Fasilədən sonra isə rəqib təşəbbüsü ələ aldı. Onların da fərqlənmək üçün şansları olsa da, son nöqtəni qoya bilmədilər, qapıçımız da yaxşı oynadı. Təbii ki, məqsədimiz qələbə qazanmaq idi, amma yekun bir xal ilə kifayətləndik. Hazırda bizi kubokda “Sabah”la çətin sınaq gözləyir. Masazır təmsilçisinin heyətində keyfiyətli oyunçular var. Buna baxmayaraq onlarla matçda bütün performansımızı sərgiləyərək yaxşı nəticə qazanmağa çalışacağıq”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info