
Dünən I LiqadaXIII tura start verildi. MOİK doğma divarlar arasında “Cəbrayıl” qəbul edirdi. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatdı. Bununlar “hərbiçilər” çempionatın ikinci yarısında ardıcıl iki oyundu qələbə qazanır. Diqqət çəkən məqamlardan biri də odur ki, Müdafiə Nazirliyinin komandası son iki qarşılaşmada hesabda geri düşəndən sonra fədakarlıq sərgiləyərək geridönüş edir. MOİK-in müdafiəsində hansı problemlər var? Globkom.info olaraq bu sualı aydınlaşdırmaq üçün komandanın baş məşqçisi Qəzənfər Abbasovla danışdıq.
“Komandamız iki oyundur qələbə qazanır. Özü də hesabı rəqiblər açdıqdan sonra meydanda daha yaxşı çıxış edirik. Bu bizi sevindirir. Son iki oyunda 4 qol buraxmağımız heç də o demək deyil ki, müdafiəmizdə problemlər var. Bizim müdafiədən hücuma çıxırıq. Ola bilər bu keçid zamanı futbolçularım tələskənliyə, fərdi səhvlərə yol verirlər və rəqiblərimiz də bundan maksimum istifadə edərək qapımıza qollar vururlar. Buna rəğmən bir daha qeyd etmək istəyirəm ki, müdafiədə ciddi problemlərimiz yoxdur. Həmçinin yetirmələrimin hesabda geri olduqdan sonra meydanda daha əzmlə döyüşərək hesabı öz xeyrimizə dəyişərək qələbələr qazanmaq bizi sevindirir. İki turdu uğurlu nəticə göstəririk və bu gedişatın davam etməsində maraqlıyıq. Təbii ki, nöqsanlarımızı da aradan qaldırmağa çalışacağıq”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info