Ehtimallara görə, dünən Yəmən İsrailin paytaxtında Ben Qurion hava limanına İranın “Xeybər Şəkan-2” (və ya onun əsasında guya yəmənlilərin hazırladığı “Fələstin-2”) orta mənzilli ballistik raketini atıb.

“Xeybər Şəkan-2” raketini İran ilk dəfə 2024-cü ilin yanvarında sınaqdan keçirtdi. Sınaq uğurlu hesab edildi.

Raketin texniki xarakteristikaları:

-uçuş məsafəsi – 2200-2500 km;

-döyüş başlığının çəkisi – 550 kq,

-sürəti – 16 MAX,

-ikipilləlidr,

-stells texnologiyası ilə təchiz olunub (yəni radarlarda görünmür),

-ballistik trayektoriya ilə uçur, lakin hədəfə yaxınlaşanda trayektoriyasını dəyişir.

1-ci dəfə İran bu raketdən təyinatı üzrə İsrailə cavab zərbəsi endirərkən– 2024-cü ilin 14 aprelində istifadə etdi. Atılmış 7 raketin heç biri İsrail və koalisiya qüvvələrinin təyyarələri, HHM və RHM sistemləri vura bilmədi. Raket İsrailin Navatim hərbi hava bazasına düşdü. Bu zərbə xəbərdarlıq məqsədi daşıdığı üçün İran canlı qüvvələrini və texnikasını nişan almamışdı. Buna görə zərbə İsrailə böyük ziyan toxundurmadı.

2-ci dəfə 2024-cü ilin sentyabrında 1 raket (bu dəfə onun analoqu “Fələstin-2”) Yəməndən atıldı. Yenə İsrail HHM və RHM sistemləri onu vura bilmədi.

3-cü dəfə İran İsrailə 2-ci cavab zərbəsi endirərkən – 2024-cü ilin 1 oktyabrında istifadə etdi. Atılan raketlərin heç birini İsrail vura bilmədi. Bu İranın 2-ci xəbərdarlığı idi – bu dəfə İran İsrailin Neqev səhrasındakı strateji bombardmançı təyyarə bazasını hədəfə almış və bazaya ciddi ziyan vurmuşdu: https://globkom.info/butun-xeberler/abs-israil-birliyinin-yaxin-serqde-bacarmadigi-savas-maraqli-detallar

2025-ci ilin 4 may zərbəsi, məncə, İranın son xəbərdarlığı idi. Bu zərbə son vaxtlar ABŞ-ın İranı bombalamaq haqda hədələrinə, həmçinin İran neftini alanlara qarşı sanksiya tətbiq etməsinə cavab olaraq endirilib (zərbənin nəticəsi videoda). Demək istəyib ki, biz də sizin tankerlərinizi məhv edə bilərik və siz onları heç nə ilə qoruya bilməzsiniz. Sizin ən yaxşı qoruduğunuz Ben Qurion hava limanı bizim raketlər qarşısında acizdirsə, tankerlərinizi necə qoruyacaqsınız?!

Maraqlı nüans: raketlər kosmik peykdən idarə olunur və tuşlanırlar. İrana bu xidməti kim verir: Rusiya, Çin, yoxsa hər ikisi? İran neftinin 90%-ni Çin aldığı üçün axırıncı raket zərbəsində Çinin daha maraqlı olduğunu düşünürəm.

Yeri gəlmişkən, raketin adındakı Xeybər sözü haqqında. Bu söz toponimdir və Məhəmməd peyğəmbərin Xeybər döyüşünə işarədir. Həmin döyüşdə peyğəmbərin tərəfdarları Xeybər yəhudilərinə qarşı döyüşmüş və qalib gəlmişdilər.

 

Asif Şəfəqqətov