“İmişli” I Liqanın ikinci yarısına uğurlu başlamadı. Komanda 12-ci turda səfərdə MOİk-ə məğlub oldu. Dünən isə bölgə təmsilçisi doğma divarlar arasında güclü “Karvan”ı 2:0 hesabıyla məğlubiyyətə uğratdı. Həmin qolların birini də Elmir Rəhimzadə rəqib qapısından keçirib. Futbolçu oyunıa bağlı Globkom.info – a fikirlərini açıqladı.

“Çempionata ikinci yarısına qələbəylə başlamaq istəyirdik. Ötən turda MOİK-lə oyuna yaxşı başlamağımıza, hesabda üstün olmağımıza rəğmən matça əlavə olunan dəqiqələrdə səhvlərimizdən dolayı qollar buraxaraq məğlub olduq. Odur ki, I Liqanın ikinci pərdəsinə uğursuz startımızdakı səhvlərimizi analiz edərək növbəti qarşılaşmaya ciddi hazırlaşmışdıq. “Karvan”ın gücü, iddiası hamıya bəlliydi və bizi çətin qarşılaşma gözələyəcəyini bilirdik. Buna rəğmən onlarla görüşdə maksimum meydanda güc, əzm sərgiləyərək layiqli qələbə qazandıq. Komandamın qələbəsində az da olsa faydalı olduğum üçün də çox sevincliyəm. Amma artıq bu matçı unudub qarşıdakı “Qəbələ” ilə oyuna ciddi hazırlaşmalıyıq. Bu bizim üçün həm prinsipial, həm də çempionluq yolunda çox vacib qarşıdurmalarımızdan biridir. Ona görə də “qırmızı-qaralar”la görüşdə maksimum nəticəyə köklənməliyik”.

Futbolçu hazırkı performansı haqqında da söz açdı:

“Çempionatın ilk yarısındsa zədələrdən əziyyət çəkdiyimi üçün nə istədiyim formanı yığdım, nə də arzuladığım oyunları göstərə bildimı. Şükürlər olsun, hazırda zədəm yoxdur və yavaş-yavavaş formamı yığıram. Amma öz oyunumdan razı deyiləm, hələ üzərimdə işləyib çox artırmalıyam. Məqsədim ötən mövsümdəki formamı bərpə etmək və komandama maksimum faydalı olmaqdır”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info