“Kəpəz” bu mövsümdən çox əziyyət çəksə də, klub elitada yerini qoruya bildi. “Sarı-göylər”in üzvü Əli Səmədov mövsümdə komandasını çıxışı və baş məşqçi Azər Bağırov gedişi barədə Globkom.info – a müsahibə verdi.

- Mövsümlə bağlı çıxışınızı necə dəyərləndirərdin?

- Mövsümə yaxşı başlamamışdıq. Komanda tam komplektləşməmişdi. Buna rəğmən həm heyətimizə, həm büdcəmizə, həm də adımıza layiq mübarizə apardıq. Əzmkarlıq göstərib 10-cu yerdə gedən “Səbail” ilə aramızda böyük xalq yaratmaqla elitada yerimizi qoruya bildik. Ümumi götürəndə uğurlu mövsüm keçirdiyimizi düşünürəm.

- “Kəpəz”i elitada saxlayan Azər Bağırov komandadan getdi, bu barədə nə deyərdin?

- Səmimi deyim ki, Azər müəllimin komandadan qəfil ayrılmasını gözləmirdik. Amma son anda rəhbərliklə qarşılıqlı razılıq əsasında onun getdiyini öyrəndik

- Səncə, Azər Bağırov komandada qalsa, daha ədalətli olmazdımı?

- Azər Bağırov həm yaxşı məşqçi, həmdə gözəl insandır. Təbii ki, onun qalmasını istərdik. Amma baş məşqçi ilə rəhbərlik görüşüb, müzakirə edibsə və ayrılıq reallaşıbsa, deyəcək nəsə yoxdur. Azər müəllimə gələcək karyerasında da uğurlar arzulayıram.

- Özün necə, “sarı-göylər”in sırasında qalacaqsanmı?

- Hələlik bu barədə nəsə deyə bilmərəm. İlk olaraq baş məşqçi təyinatı olmalıdır. Ondan sonra məsələ aydınlaşacaq.

ABDULLA İSMAYILOĞLU

Globkom.info