Ötən həftə Azərbaycan Premyer Liqasında XIII turu çərçivəsində “Neftçi” – “ Qarabağ” görüşü baş tutdu. 90 dəqiqə sonrası sevinən tərəf qonaqlar oldu. Ağdam təmsilçisinin müdafiəşisi Bəhlul Mustafazadə matçla bağlı Globkom.info – a danışdı.

"Neftçi" ilə gözlədiyimizdən daha çətin oyun alındı. Rəqib bizə qarşı həm yaxşı motivasiya, həm də kreativ futbol ilə mübarizə apardı. Amma biz oyundan qopmadıq, ilk yarıda azlıqda qalmağımıza baxmayaraq sona kimi intizam, əzm, istək nümayiş etdirərək vacib qələbə qazandıq".

Futbolçu komanda yoldaşı Kevin Medinanın qırmızı alması və öz zədəsi haqqında da fikir bildirdi.

"Medinanın epizodu haqqında dəqiq nəsə deyə bilmərək, epizoda diqqətlə baxıb nəsə demək olar. Zədəmə gəlincə, artıq travmamı sağalmışam, özümü rahat hiss edirəm. Bacardıqca daha yaxşı formaya düşmək istəyirəm".

ABDULLA İSMAYILOĞLU

Globkom.info