Cənab Zelenski bu gün dəfələrlə ABŞ-yə təşəkkür bildirib. Halbuki, bir neçə gün əvvəl Zelenski utanmadan Trampın üzünə deyirdi ki, "təkik, tək vuruşmuşuq"...

Trampda ona "ABŞ-ın köməyi olmasaydı, siz  heç iki həftə müharibə edə bilməzdiniz" deyəndə, xoxolların yəhudi rəhbəri ABŞ-ın dövlət başçısını ələ salmağa başladı. Bu lap sosial şəbəkələrdə “Putinin, biz istəsək Ukraynanı 3 günə işğal edərik “bəyanat”ına bənzədi"

Halbuki, Putin heç vaxt "3 günə işğal edərəm" fikrini söyləməyib. Bu, bir əfsanədir, bir yalanı uydurublar, 2022-ci ildə kütləvi də təkrar edirlər. Gözümüzün qabağında hər dəqiqə Ukrayna mövzusunda bir ton yalan istehsal edilir,  kütlələrə həqiqət kimi yedizdirilir.

Bütün rusofob faşistlər bu müharibəni elə təqdim edirlər ki, sanki dahi, qəhrəman, fateh komandan Zelenski rəşadətli ukrayna ordusu ilə tək başına Rusiyanı məğlub edir...

Zelenski də öz təbliğat maşınının yalanalrına o qədər inanıb ki, güya müharibəni özü aparır.

ABŞ-dan ona xəbər yolladılar ki, "sən bizim proksimizsən, sən ancaq biz istəyəndə müharibə edə bilərsən, biz istəmiriksə, dayanacaqsan".

Rəsmi Vaşinqtonun "köməyi kəsirik" xəbəri çıxan kimi özünü Vilyam Volos hesab edən Zelenski  əl quzusuna döndü. Ona  başa saldılar ki, “Ağ Ev”, Konqres, Pentaqon olmadan sən də, sənin banderaçı Ukraynan da heç nəsiz.

Nə isə... Bu Ukrayna mövzusu əslində çox vacib mövzudur. Çox məsələrin, o cümlədən bizə də dəxli olan gedişatlar müharibənin nəticələrindən asılıdır. Amma öz ölkəmizdə baş verən hadisələri də unutmamalıyıq.

Bu gün Bakıda işçi-kuryerləri, Şirvanda da yer süpürən qadını maşın vurdu. Artıq bu neçənci dəfədir ki, avtomobillər küçə təmizlikçilərini sağlamlığına ziyan vurur, həyatına son qoyur.

Kapitalizm vəhşiləşdirir, səbirsiz edir, elə sürücülərdə də səbr qalmayıb. Bu texnologiya da hamının diqqətini dağıdır. Sürücülər sükan arxasında tik-toka baxırlar.

Bu günlərdə yeni bir jurnalist qızı həbsə atdılar. Rusiyadan maliyyələşən "Sputnik"i bağladılar, ki, orada işləyən azərbaycanlılar onsuz da musavatçı idilər, rusofobluq edirdilər, heç nəyə yaramırdı o media. Nə müəllif yazıları, nə analizləri, nə də alternativ bir xəbər qaynaqları vardı. İldə bir dəfə- 9 May-da zadda, Faşizm üzərində Qələbəylə bağlı xala-xətrin-qalmasın deyə, bir-iki söhbət yayardılar. Başqa heç nə. Dediyim kimi, Rusiya boş yerə Azərbaycanın rusofob jurnalistlərinə maaş verirdi.

Amma Qərbin maliyyəsilə fəaliyyət göstərən medianın bağlanması mənfi haldır. Onlardan bəzi, başqa mediada çıxmayan xəbərləri görmək, öyrənmək olurdu. Onsuz da iqtidar yönümlü bir çox  media qurumları rusofobluq, antisovetçilik edir. Qərbin buradakı mediasının bu işi əlavə olaraq elə bir təsiredici deyil. Onlardan yalnız fərqli, başqa mətbuatda olmayan məlumat alırdıq. Onsuz da hakimiyyətin təbliğat maşını maksimum antisovetçilik, rusofobluq edir.

Xalqımızın başı hələ də Zelenskini qəhraman elan etməyə, Trampa lənətlər yağdırmağa qarışıb…

A.Sultanov

Globkom.info