Zelenskinin adminstrasiyası "Kursk əməliyyatı" günlərində, sonrasında, hətta son günlərə - Rusiya ordusunun bu "boru hücumu" əməliyyatına qədər çox fərqli söhbətlər edir, yalanlarla xalqı başını qatmağa çalışdı. Amma son bir həftədə rusların uğurlu "Kursk əməliyyatı" nəticəsində  ərazilərinin böük bir hissəsini azad etməklə artıq dünyaya da göstərdi ki, Kursk vilayyəti gələcək sülh danışıqlarında müzakirə oluna, hər hansı bölgə ilə alış-veriş edilə bilməz. Qısası yəhudi Volodimiz Kurskla bağlı məqsədləri puç oldu və 67 mindən çox əsgərin boşuna canını qurban verdi. Zelenskinin "Putinə sillə vurmaq" naminə apardığı Kursk hücumu özünün bəla oldu və başına qanar su töküldü.

Cənab Tramp öz mövqeyini bildirəndən, "kollektiv Qərbin" Ukraynanı NATO-ya üzvlük məsələsində aldatdığını açıq səsləndirəndən sonra Zelenski maygülü kimi ortada qaldı. Vicdandan məhrum qəhbə gədədir. Ukrananın “rəhbər”inin zərrə qədər vicdanı və şərəfi olsa, Ukraynay  xalqına, qardaş rus xalqına vurduğu zərərə görə intihar etməlidi. Amma o, hələ də, yalançılıq etməyə davama edəcək.

İş o yerə çatıb ki, danışmağa həvəsli olmayan Angela Merkel də dilləndi. Xanım eks-kansler, “Zelenski təkbaşına, Avropanı da yanına alaraq şərtlərini diqtə edə bilməz, Putinlə diplomatik danışıqlara getməlidir...” ifadəsini qətiyyətlə bildirdi.

Halbuki, danışıqlar hələ 2022-ci ildə mühəribənin ilk günlərində İstanbulda oldu və sülh sazişi bağlana bilərdi. Zelenskinin nümayəndəsi razılaşmaya imza da atdı. Rusiya ordusunu Kiyev vilayətindən çıxardı, xoş məram göstərdi. Zelenski isə geri çəkilən Rusiya ordusunu kürəyindən vurdu, uydurma videolar çəkib, paylaşdı və bununla bütün dünyanın rusofob faşistlərini ruhlandırdı, Rusiyaya qalib gələcəyində inandırdı. Müharibə daha da qızışdırıldı, "Buça soyqırımı" kinosunu çəkdirdi, düşmənçiliyi dərinləşdirdi və fərmanla Putinlə danışıqlar aparmağı qadağan etdi.

Kapitalistlərin yerli və xarici maliyyəsilə fəaliyyət gösətərn media təbliğatçıları ukrayna xalqının beynini yudular. Başqa cür ukrayna xalqı bir səhnə təlxəyinə aldanmazdı.

Qərb imperializmi, onun xidmətçisi olan rusofoblar müharibənin həqiqi səbəblərini heç müzakirəyə çıxarmadılar. Özlərini və hamını aldatdılar ki, güya Zelenski azadlıq və demokratiya uğrunda müharibə aparır. Güya Putin Ukraynadakı demokratiyadan bərk narahat idi, Erdoğanın sözü olmasın, "gözü götürmürdü", "qısqanırdı…”

"Avropa bizi qısqanıyor". Rusiya "demokratik Ukraynanı" qısqanırmış...

Putinin başqa ölkələrin daxili idarəçiliyi heç vecinə deyil.

Ukraynada isə 2014-cü ildəki Maydandan sonra heç bir demokratiya olmayıb. Banderaçı faşistlərin diktaturası başladı. Bu gün Suriyada ələvilərin öldürüldüyü kimi, Ukraynada da nasist iti olmuş Banderanı qəbul etməyən milyonlarla insan razılaşmadı. Krım və Donbas o saat üsyan bayrağını qaldırdı. Amma Ukraynanın qərb və mərkəzi hissəsində, banderaçıların lotuluq etdiyi Kiyevdə fərqli düşüncə və dünyagörüşü sahiblərini linç etdilər. Bu günə kimi də edirlər.

Ukraynadakı korrupsiya dillər əzbəri olduğu halda musavatçılar Ukraynanı Azərbaycandan və Rusiyadan fərqli bir ölkə kimi qələmə verdilər. Bir sözlə, yalan yalan üstünə. Bu yalanlarla hara varacaqdılar? Nəyə ümid edirdilər?

Tutalım, Zelenski kokaindən ayılmır, göydə uçur. Bəs Azərbaycanın siyasətçiləri 2022-dən bəri, niyə uydurma təbliğatın təsirindən çıxa bilmirlər və ya çıxmaq istəmirlər?! Eldar Namazovun dövlətin mediası sayılan “İctimai Televiziya”da tonlarla yalan danışıb. Onun heç bir analizi, təxmini düz olmayıb.

Azərbaycan xalqının zərrə ağılı varsa, bu müharibə başlayandan xalqa kimlər və nələri danışıb - hamısını xatırlasın, görsün kimlərin dalına düşüb getdiyini, özünə qiymət versin.

Mən vicdanım qarşısında rahatam. Müharibə başlayandan fb-da ukraynalılara belə nələr olacağını izah etməyə çalışırdım. Azərbaycanlı manqurtla ukraynalı manqurtun elə bir fərqi yoxdur. Onlara yaxşılıq etməyə çalışdım, anlamadılar. Sadəcə Qərbin bu tezliklə Zelenskinin arxasından çəkiləcəyini təmin etmirdim. Tramp amili öz işini gördü. Ukraynanın istənilən halda məğlub olacağını bilirdim. Amma düşünürdüm ki, bu qədər dəstəklə, dünyanın ən varlı və inkişaf etmiş ölkələrinin hər cür dəstəyilə Ukrayna çox şeylər edər, Putinin hakimiyyətini zəiflədər. Zelenski və onun komandası isə postsovet Ukrayna tarixinin ən korrupsioner, acgöz, qabiliyyətsizi çıxdı.. Putin isə bütün siyasi karyerasının ən yüksək reytinqinə çatdı. Vladimir Vladimiroviçin hakimiyyəti heç vaxt belə möhkəm və monolit olmamışdır. Zelenskigil Ukraynada kommunist ideologiyanı, sovet simvolikasını ümumiyyətlə qadağan etdilər, solçu-kommunist düşərgədən heç kimi seçkilərə buraxmadılar. Bir də Putin iqtidarını möhkəmlədərək Rusiyanın sol-kommunist düşərgəsinə zərbə vurdular.

Hə, dünən bir ukraynalı politoloqa qulaq asırdım. ABŞ-la Ukraynanın Ciddada imzaladığı razılaşmadanı əldə edib, o sənəddən bəndlər oxuyurdu. Həmin sənədə görə Ukrayna sülhə razı olduğunu birmənalı bildirmir. Sənəddə təsbit edilmiş müddəaya görə Ukrayna müəyyən şərtlərlə sülh imzalaya bilər. Yəni, elə Putinin "biz sülhə razıyıq, amma müəyyən nüanslar var" söhbətinə bənzər. Zelenski və Qərb müttəfiqləri isə "dünya ictimaiyyətini" milyon neçənci dəfə aldadaraq ABŞ-Ukrayna danışıqlarının nəticəsini elə təqdim etdilər ki, güya Ukrayna sülhə artıq razıdır, "top Rusiyanın sahəsində", "hər şey artıq Rusiyadan asılıdır", "Putin şərtsiz hə deməsə, deməli sülhə qarşıdır". Bu ifritə yığını özlərini çox ağıllı, Putini isə mal hesab edir...

A.Sultanov

Globkom.info