Dünən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunları keçirildi. “Araz-Naxçıvan” - “Qarabağ” qarşıdurmasında meydan sahibləri rəqibini məğlub etdi, “Neftçi” isə doğma publika qarşısında “Sabah”a uduzdu. Hər iki matçla bağlı Zaur Həşimov Globkom.info – a danışdı.

“Kubokun yarımfinal mərhələsində iki gərgin oyuna şahidlik etdik. “Araz-Naxçıvan” – “Qarabağ” qarşıdurmasında “atlılar” 90 dəqiqədə üstünlüyə sahib olsalar da, meydan sahibləri ehtiyatlı oynayaraq rəqibini məğlub etməyi bacardılar. Naxçıvanlılar yaxşı xarakter sərgilədilər. Ağdam təmsilçisi məğlub olsa da, onları hesabdan silmək olmaz. Düşünürəm ki, cavab görüşündə də eyni ssenarini müşahidə edəcəyik. Yəni, “Qarabağ” “1-ci nömrə” ilə oynayacaq, “Araz-Naxçıvan” isə əks hücümlara bel bağlayacaq. Son çempion finala çıxmaq üçün bütün gücünü ortaya qoyacaq. “Neftçi” – “Sabah” matçı daha sürətli və qarşılıqlı hücüm şəraitində keçdi. Hər iki komandanın mükafatçılar sırasında yer almaları üçün kuboka fokuslandığından tərəflər qələbə üçün alışıb-yanırdılar. “Bayquşlar” vacib inamlı qələbə qazansalar da, cavab oyununda daha güclü intriqa şəraitində keçəcək. “Neftçi”nin mövsümdə uğur qazanmaq üçün başqa şansları yoxdu. Onlar Masazır təmsilçisiylə ikinci raundda daha fanatikcə döyüşəcəklər. İstənilən halda yarımfinalın cavab matçları daha gərgin və maraqlı keçəcək”.

ABDULLA İSMAYILOĞLU

Globkom.info