
Azərbaycan Premyer Liqasının XXXI turunun mərkəzi oyunu “Qarabağ” – “Neftçi” idi. Azərbaycan derbisində ağdamlılar rəqibini 3:0 hesabıyla darmadağın etdi. Matçla bağlı veteran futbolçu Globkom.info – a fikirlərini bildirdi.
“Son mövsümlərin tipik “Qarabağ” – “Neftçi” derbisini izlədik. “Süvarilər” daha çox hücumda oynadı, “ağ-qaralar” isə “2-ci nömrə” ilə çıxış etdilər. Matç boyu Qurban Qurbanovun yetirmələri rəqibini bütün komponentlərdə üstələdi. Görünən odur ki, “Neftçi”nin bütün gücünü “Sabah”la kubok qarşılaşmasının ikinci raunduna saxlayıb. Ümumi götürsək, dinamik görüş oldu. Bu oyuna təşrif buyuran azarkeşlərin sayında artıma şahidlik etdik ki, bu da matça müəyyən qədər rəng qatdı. “Qarabağ” bu qələbə sayəsində çempionluğa bir addım da yaxınlaşdı”.
ABDULLA İSMAYILOĞLU
Globkom.info