- Kubokdan kənarda qalmağınızı faciə hesab etmirsiz?

- Yox, böyüdələsi nəsə yoxdur. Zatən yuxarıda da qeyd etdim ki, ilk görüşdə 2:0 uduzmuşduq və fərqi də asanlıqla aradan qaldırma çox çətindir.

- Bu gün səni heyətdə görmədik zədəlisən yoxsa istirahət verib?

- Bir qədər zədəm vardı, bəzi iynələrdə vurulub. Düzdür, meydana çıxa bilərdim. Sadəcə gücə düşməyib, istirahət etməyim məqsədə uyğun hesab edildi.

- Qarşıda Premyer Liqanın XXV turu gəlir və yenə də “Neftçi” ilə oynayacaqsız. Səncə, bu səfər yaxşı nəticə qazana biləcəksizmi?

- “Neftçi” ilə evdə oynayacağıq və xal qazanmağa fokuslanacağıq. Əslində tək “ağ-qaralar”la yox, qarşıdakı çempionat matçlarının hər birində maksimum nəticəyə köklənmişik.

ABDULLA İSMAYILOĞLU

Globkom.info