
24 fevralda Kiyevə gəlmiş Danimarkanın baş naziri Mette Frederiksen "Ukraynaya dəstək ol!" konfransında dedi:
"Mən anlayıram ki, çoxları atəşin dayandırılmasının yaxşı ideya kimi səsləndiyini düşünür. Lakin əslində Ukraynada sülh indi gedən müharibədən daha təhlükəli ola bilər."
Yəni millətinizin sağ qalması tamamilə məhv olmasından daha təhlükəlidir. İndi tarixə müraciət edək.
1940-cı ilin 9 aprelində Almaniya 40 minlik qoşunla Danimarkaya hücum etdi. Danimarkanın 15 minlik qoşunu var idi. Danimarka azğın işğalçı ilə ölüm-dirim savaşına çıxdı, rəşadətlə döyüşdü... və bu II DM-in ən yaddaqalan müharibəsi oldu. Çünki:
- Müharibə nə az, nə çox, düz 6 saat çəkdi və Danimarka təslim oldu.
- Müharibədə Almaniyadan 2 nəfər öldü, 10 nəfər yaralandı; Danimarkadan isə 16 nəfər öldü, 23 nəfər yaradandı.
İndi Mette xanımdan soruşsan ki, bəs siz niyə hava qaralmamış faşistlərə təslim olduduz, cavab verəcək ki, bizim üçün vətəndaşımızın həyatı hər şeydən üstündür.
Məntiq aydındır: "Ukraynalılar insan deyillər ki, onlar ağ(a)lar üçün qurbanlıqdırlar".
Avropada müstəmləkəçi düşüncə tərzi yüzillər ərzində formalaşıb ki...
Asif Şəfəqqətov
Globkom.info