
Üç gün əvvəl yığmamız Masazırda Belarus millisiylə qarşılaşdı. Matç qonaqların 2:0 hesablı qələbəsilə başa çatdı. Qarşılaşma ilə bağlı rəqib futbolçu Valeri Qromıko Globkom.info – a müsahibə verdi.
- Azərbaycan seçməsini məğlub etdiz. Matçla bağlı fikirlərin maraqlıdır...
- İlk yarıda topa nəzarət etməyə başladıq, fürsətlərimiz olsa da, onları ikinci hissədə qollarla tamamlaya bildik.Ümumilikdə yaxşı oyun alındığını düşünürəm. Son qarşılaşmalarda yaxşı nəticələr əldə edirik, bu hal bizə qələbəyə inamı artırır.
- Əvvəlcə Tacikistanı, sonra bizi məğlub etdiz. Hər iki rəqib necə dəyərləndirərdin?
- Azərbaycan təbii ki, Tacikistan seçməsindən güclüdür. Hazırda müsəlman coğrafiyasında Ramazan bayramıdır, tacik oyunçular arasında oruc tutanlar vardı, onlar ikinci yarıda çox yorğun olduqları görsəndi. Bilmirəm sizin futbolçular sırasında da oruclular var ya yox, amma bu hal müəyyən qədər oyuna təsir etdiyini düşünürəm.
- Səncə, Ramazandakı orucluq sizə qələbələr qazandırdı?
- Belə deməzdim, amma oruc tutanda istər-istəməz meydandakı performansa təsir edir, futbolçularda fiziki çatışmazlıq və aqressivliyin olmaması özünü göstərir.
- Bizimlə oyunlarınızın statistikasına nəzər yetirsək, sizi üstələyirdik. Elə sonuncu matçda da qalib gələn tərəf biz olmuşuq. Bu sizdə revanş hislərini yüksəltməmişdi?
- Yox, belə düşünmürəm. Sizə məğlub olduğumuz vaxtdan bu yana millimizdə müsbət dəyişikliklər var, həmçinin digər oyunlarda da maksimum faydalılığımızı ortaya qoyuruq.
- Belarus doğumlu məşhur siyasi, dövlət xadimi, SSRİ Ali Sovetinin sədri Andrey Qromıko ilə qohumluğun yoxdur?
- Onun adını eşitmişəm, amma heç bir qohumluğumuz yoxdur (gülür)
ABDULLA İSMAYILOĞLU
Globkom.info